23:06 / 12-11-2026
Avtomobili yandıran yeniyetmə saxlanılıb
23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
22:36 / 12-11-2026
Yataqxananın yaxınlığında tanışına bıçaqla hücum etdi
18:43 / 12-11-2026
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb-Könül Nurullayeva
18:40 / 12-11-2026
Rusiya nümayəndə heyətinin Əbu-Dabi ətrafındakı hərəkətlərini lentə almaq cərimə ilə nəticələnə bilərdi
18:36 / 12-11-2026
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
18:33 / 12-11-2026
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
18:29 / 12-11-2026
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
18:26 / 12-11-2026
Polkovniki partlatmaq üçün istifadə edilən partlayıcı qurğu Baltikyanı ölkələrdən isti hava şarı ilə çatdırılıb
18:21 / 12-11-2026
Polşa Konstitusiya Məhkəməsinin sədri Svetskovski işə buraxılmayıb
18:18 / 12-11-2026
Keçmiş Playboy modeli Zelenskidən mükafat aldı
18:15 / 12-11-2026
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
18:11 / 12-11-2026
Vitkov Zelenskiyə Putinlə danışıqlarının nəticələri barədə məlumat verəcək
18:08 / 12-11-2026
Vitkoff Rusiya ilə Ukrayna arasında qarşıdan gələn məhbus mübadiləsini irəliləyiş adlandırdı
18:06 / 12-11-2026
Paşinyan "elit" Dublin otelində ayaqqabı mıxının olmamasından şikayətləndi
18:02 / 12-11-2026
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
09:37 / 12-11-2026
Yoldan keçənlərə paylamaq üçün mağazadan ərzaq oğurlayıb
09:35 / 12-11-2026
Vitkoff və Kuşner Kreml danışıqlarından əvvəl Dmitriyevlə görüşəcəklər
23:45 / 11-11-2026
Dvalişvili Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə günahlandırır
23:40 / 11-11-2026
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
22:00 / 11-11-2026
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
21:56 / 11-11-2026
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
21:51 / 11-11-2026
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
21:46 / 11-11-2026
Venesuela illərdir ilk dəfə ABŞ-a təmir üçün neft avadanlıqları göndərib
21:42 / 11-11-2026
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib
21:39 / 11-11-2026
Rusiyanın gənclərdən ibarət futbol komandası Türkiyəyə uçuşu ilə bağlı problemlərlə üzləşib
21:32 / 11-11-2026
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
21:28 / 11-11-2026
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
20:18 / 11-11-2026
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
20:14 / 11-11-2026
Kreml: "Amerikalılarla ünsiyyət davam edəcək"
20:03 / 11-11-2026
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
19:55 / 11-11-2026
Soyuducuda təqaüdçülərin parçalanmış cəsədləri tapılıb
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası yaradıldı
Tarix: 25-12-2019 23:13 | Bölmə: Siyasət
Yığıncaqda açıq səsvermə ilə Nəsibə İsrafilqızı Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri seçildi
Dekabrın 22-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təsis yığıncağı keçirildi. Yığıncaqda fəaliyyətləri və imzaları ilə ölkənin elmi, ictimai, ədəbi və mədəni həyatında yaxşı tanınan xanımlar iştirak etdilər.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli yığıncağı giriş sözü ilə açaraq Qərbi Azərbaycan İcmasının məram və hədəfləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. O bildirdi ki, Qərbi Azərbaycan İcmasını yaratmaqda məqsəd son 200 il ərzində işğal olunmuş tarixi torpaqlarımız uğrunda mübarizə aparmaqdır. Bu mübarizənin tərkib hissəsi kimi, insanlarımızın o torpaqlara bağlılığını gücləndirmək, yeni nəsli Qərbi Azərbaycan uğrunda mübarizə ruhunda tərbiyə etmək və baba-nənələrimizin minillər boyu yaratdıqları Qərbi Azərbaycan dəyərlərinə sahib çıxmaq, onları qoruyub saxlamaq və yaşatmaqdır. Əziz Ələkbərli xüsusi olaraq vurğuladı ki, “Əgər hər güclü kişinin arxasında güclü bir qadın

dayanırsa, hər güclü təşkilatın da arxasında güclü bir Qadınlar Şurası dayanmalıdır” və ümidvar olduğunu bildirdi ki, bu gün mötəbər heyətlə bu tədbirdə iştirak edən Qərbi Azərbaycan xanımlarının bu gün təsis edəcəyi Qadınlar Şurası Qərbi Azərbaycan İcmasının döyünən ürəyi olacaqdır.
Yığıncaqda açıq səsvermə ilə Nəsibə İsrafilqızı Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Rəhilə Abdullayeva və Teyfə Zilfiqarova sədr müavinləri seçildilər. Şura üzvləri Flora Xəlilzadə, İradə Rzazadə, Məhluqə Qaramanlı, Elza Orucova, Azadə Novruzova, Leyla Abdullayeva, Səadət Məhərrəmqızı, Pərvanə Zəngəzurlu, Sevil Məmmədova, Səmayə İsmayılova, Rəfiqə Göyçəli, Nüşabə Qələndərli, Şəfəq Nəcəfova, Roza Əhmədova, Azadə Novruzova, Cəmalə Nəbiyevaə və Maarifə Rzayeva seçildilər. Etika Akademiyasının prezidenti Günel İbrahim isə Şuranın Fəxri üzvü seçildi.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Nəsibə İsrafilqızı yığıncaq iştirakçılarını salamlayaraq ilk sözü əməkdar jurnalist Flora Xəlilzadəyə verdi. Flora xanım Qərbi Azərbaycan haqqında xatirələrindən kövrək hisslərlə bəhs edərək o torpaqlara təkrar qayıtmaq ümidilə yaşadığını dəfələrlə vurğuladı, həm Qərbi Azərbaycan İcmasının, həm də onun Qadınlar Şurasının yaradılmasını son dərəcə vacib hesab etdi.
Sonra isə söz Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rzazadəyə verildi. İradə xanım da öz növbəsində bu möhtəşəm yığışacağın bu gün araya-ərsəyə gəlməsində Əziz Ələkbərliyə təşəkkür etdi və Nəsibə xanımı seçdikləri üçün hamıya təşəkkür etdi, ümidvar olduğunu bildirdi ki, Nəsibə xanım bu cətin və şərəfli işin öhdəsindən layiqincə gələcəkdir.
Tanınmış QHT rəhbəri, Əlil Qadınlar Assosiasiyasının prezidenti Məhluqə Rəhimova (Qaramanlı) da öz növbəsində Şuranın işinə uğurlar arzuladı və hər kəsin əlindən gələn dəstəyi göstərməli olduğu fikrini dönə-dönə səsləndirdi, özünün və rəhbəri olduğu təşkilatın dəstəyini əsirgəməyəcəyinə söz verdi.
Elza Qüdrətqızı öz çıxışında ata-baba yurdu Zəngəzur torpaqları haqda bəhs edərək əmin olduğunu bildirdi ki, Qərbi Azərbaycan uğrunda mübarizə bizim haqq işimizdir və bu gün təsis edilən Qadınlar Şurası Qərbi Azərbaycan İcmasının fəaliyyətinə hər cür dəstək olmalıdır.
Sonra söz alan Səmayə İsmayılova işlədiyi İrəvan Dövlət Azərbaycan Dram Teatrı haqqında geniş məlumat verdi, bildirdi: “Müğənni olmağıma baxmayaraq, bəxtimdən, taleyimdən, səsimdən və sənətimdən küskünəm. Necə illərdir mən bu torpaqlar haqqında oxuya bilmirəm. Ürəkdən söz gəlmir. Vətən olmayınca oxunan mahnılar da ürəkdən gəlmir”.
Texnika elmləri namizədi Rəhilə Abdullayeva da öz növbəsində Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının fəaliyyətindən razılığını bildirdi. Cəmiyyətin sədrinə yaratdığı şəraitə və qadınları bir araya gətirdiyinə görə təşəkkürünü bildirdi.
Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu çıxış edərək illərdən bəri vətən həsrətiylə göynədiyini dilə gətirdi, sevgi şeirlərindən belə vətən həsrəti gəldiyini bildirdi, o torpaqlara qayıtmaq üçün var güvüylə çalışacağına söz verdi.
Şairə xanım Sevda İbrahimli öz kövrək şeirləri ilə xoş bir ab-hava gətirdi.
Respublika Ombustman Aparatından Azadə xanım Novruzova çıxış edərək öz ürək sözlərini çatdırdı və bildirdi ki o da bizim yanımızdadır. Əlindən gələn köməyi etməyə hazırdır.
Rəqibə xanım öz çıxışında Qərbi Azərbaycan qadınlarının hər birini salamladı və buraya bu qədər mötəbər, bir-birindən dəyərli xanımların yığılmağından məmnun olduğunu bildirdi. Şuranın bütün tədbirlərlərinə dəvət olunmasını xahiş etdi, imkan yaradasınız iştirak edim bir birimizdən xəbərimiz əlaqəmiz olsun.
Aida xanım: “Bu gözəl təşəbbüs coxdan olmalı idi, gecikmişik, buna baxmayaraq xoşbəxtəm ki , bu gün bura yığılmışıq. Bu gün mən burada vətən ətri,torpaq hənirtisi hiss elədim, kövrəlirəm, qəhərlənirəm, amma bu günü mən ömürdən saymıram, çünki bu gün biz buradayıq və el qızlarımızın arasındayıq”, – dedi.
Tədbirin gedişində Türkiyədən canlı bağlantı yaradıldı və əslən Amasiya rayonunun Qaraçanta kəndindən olan Türkiyənin görkəmli ictimai-siyasi xadimi, bir dönəm əvvəl Qars bələdiyyə başqanı olan Murtaza Qaraçanta tədbir iştirakçılarını salamladı, xanımlara işlərində uğurlar arzuladı. Əvvəlki bağlantıda Qərbi Azərbaycan İcmasının nümayəndələrini Türkiyəyə dəvət etdiyini xatırlatdı və bu gün də Qadınlar Şurasının nümayəndələrini qardaş Türkiyəyə dəvət etdi.
Sonda tədbir saatlarla çay süfrəsi arxasında davam etdi. Hiss olunurdu ki, heç kəs dağılmaq istəmir. Çünki Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının ofisi həmin gün hamı üçün kiçik bir Vətən idi, bura toplananlar isə illərin Vətən həsrətliləri idilər.
Analoq.az
Baxış sayı: 1 690
Bölməyə aid digər xəbərlər

Dünən, 22:44
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
Dünən, 18:43
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb-Könül Nurullayeva
11-11-2026, 20:18
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
11-11-2026, 07:34
Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir-Könül Nurullayeva
10-11-2026, 19:47
10 noyabr bəyanatı regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açdı-Könül Nurullayeva
10-11-2026, 18:04
Lavrov: "Moskva Kiyev üçün möhlət verməyə razı olmayacaq"
9-11-2026, 13:45
Bu gün Azərbaycan Bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır-Könül Nurullayeva
8-11-2026, 21:36
Politoloq Trampın Milleri Ağ Evin Aparat rəhbəri təyin etməsinin səbəbini izah etdi
5-11-2026, 21:31
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı