18:39 / 15-09-2026
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
18:37 / 15-09-2026
Kreml Kiyevin Rusiya enerji obyektinə hücum cəhdi barədə gecə məlumat verdi
18:33 / 15-09-2026
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
18:29 / 15-09-2026
Lukaşenko: "Belarusda siyasi məhbus yoxdur, çünki belə bir maddə yoxdur"
18:25 / 15-09-2026
Taylanddan Rusiyaya narkotik qaçaqmalçılığına görə 16 il həbs cəzası alıb
18:22 / 15-09-2026
İtkin düşən 12 yaşlı oğlan sağ tapılıb
18:19 / 15-09-2026
Keçmiş meri öldürən nəvə qonşularına yalan danışdı
18:16 / 15-09-2026
Polşa Prezidenti sutenyorluqla bağlı qalmaqallı bir nəşrə görə "Onet"i
18:10 / 15-09-2026
ABŞ İranla müharibənin Vaşinqtona nə qədərə başa gəldiyini açıqladı
18:07 / 15-09-2026
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
18:03 / 15-09-2026
4,4 bal gücündə zəlzələ baş verib
18:00 / 15-09-2026
Lavrov ABŞ-la İran və Ukrayna ilə bağlı ticarət əlaqələri barədə xəbərləri təkzib etdi
17:58 / 15-09-2026
At oğruları dəstəsi məhkum edilib
17:53 / 15-09-2026
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
17:49 / 15-09-2026
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
17:43 / 15-09-2026
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
17:27 / 15-09-2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
17:20 / 15-09-2026
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
17:11 / 15-09-2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 / 15-09-2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
12:35 / 15-09-2026
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
12:29 / 15-09-2026
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
18:19 / 14-09-2026
İki gənc əkiz qardaş ölü tapıldı
18:16 / 14-09-2026
İnsult keçirən turist vertolyotla tez bir zamanda təxliyə edildi
18:12 / 14-09-2026
Ukrayna Kanada tərəfindən zəmanət verilən 841 milyon dollarlıq maliyyə yardımı alacaq
18:08 / 14-09-2026
Almaniya Müdafiə Nazirliyi Litvadakı briqada üçün zorla əsgər toplayacaq
18:06 / 14-09-2026
İki NATO kəşfiyyat təyyarəsi patrul xidməti göstərir
18:03 / 14-09-2026
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
18:00 / 14-09-2026
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
17:56 / 14-09-2026
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
17:52 / 14-09-2026
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
17:49 / 14-09-2026
Bir qız süni ağac oyuğunda ilişib qalıb və xilasedicilər ona kömək ediblər
17:44 / 14-09-2026
Avtobus qəzasında doqquz nəfər yaralanıb
17:41 / 14-09-2026
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
17:37 / 14-09-2026
Ər arvadını boğub
17:34 / 14-09-2026
Qazanxanada baş verən baş verən yanğında bir kişi və bir qadın həlak olub
Şərurdan başlayan sənət yolu
Tarix: 18-02-2021 11:07 | Bölmə: Mədəniyyət

Naxçıvan Muxtar Respublikasının tərkibinə daxil olan rayonların içərisində Şərur rayonunun özünəməxsus yeri vardır.Ərazisinin böyüklüyünə, torpağının münbitliyinə, barına-bəhərinə görə digər rayonlardan çox fərqlənir.
Naxçıvan Muxtar Respublikasının digər rayonlarından fərqli olaraq Şərur rayonunun Azərbaycan aşıq şeirinin inkişafında da yeri ayrıcadır.Çünki ustad sənətkarımız Aşıq Ələsgərin ustadı əgər Aşıq Alı olmuşdursa, Aşıq Alının da ustadı Şərur elindən olan Ağ Aşıq Allahverdi (Qara Osman oğlu - Kosacan kəndi ) olmuşdur. “Ağır Şərili “ , “ Yüngül Şərili “ kimi saz havalarının adları da məhz bu torpaqla, bu diyarla bağlı olmuşdur.
Tarixən olduğu kimi ötən əsrimizdə də Şərur torpağında saza-sözə böyük dəyər verilmişdir.Gənclik illərimizdə yorulmadan, sevə-sevə dinlədiyimiz Aşıq Həmidin ( Danzik kəndi ), Ağ Aşığın ( Aşıq Usub- Sədərək kəndi ), Aşıq Hüseyn Arpaçaylının, Aşıq Əli Şəhriyarlının, Aşıq Əlinin ( Aralıq kəndi ), Aşıq Nəsibin ( Axaməd kəndi ) simaları göz önümüzdə canlandığı kimi, xatirələri də qəlbimizdə yaşamaqdadır.Şərur torpağında bu gün də saza-sözə böyük dəyər verilməkdədir.
Aşıq poeziyamızın, aşıq sənətinin inkişafında Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi klassik kişi sənətkarlarımızla yanaşı, Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti kimi qadın sənətkarlarımızın da böyük rolu olmuşdur.O cür qadın sənətkarlardan biri də XX əsrdə Şərur torpağında doğulmuş və şöhrətli Azərbaycandan çox-çox uzaqlara yayılmış Aşıq Nabatdır.
Aşıq Nabat ( Nabat Paşa qızı Cavadova ) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində ( o kənd indi Xanlıqlar kəndinə birləşdirilib ) yoxsul bir ailədə dünyaya gəlmişdir.Çox erkən anasını itirən bu qız atasının himayəsində böyümüşdür.Aşıq Nabatın məlahətli və əsrarəngiz səsinin olması hər kəsin diqqətini özünə cəlb etmişdir.Dədə Qorqud timsallı nuranı ağsaqqal babaların söylədiyi ovsunlu dastanlar, ağbirçək nənələrimizin şirin-şəkər nağılları onun ruhunu saz-söz üstündə kökləmişdir və Aşıq Nabat nağılı, Aşıq Nabat dastanı da beləcə yaranmış, dildən-dilə, ağızdan-ağıza düşmüşdür.
Aşıq Nabatın ailə qurmaq sevdası onu sevmədiyi bir insana zorla vermək istədikləri üçün baş tutmamışdır.Bu hadisə ona böyük təsir etdiyindən Şərurda duruş tapa bilməyib Qarabağa getməli olur.1934-cü ildə Bərdəyə gəlir.Burada məclislərdə oxuduğu zaman Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olur, onunla birlikdə el məclislərində iştirak edə -edə saz-söz sənətinin sirrlərinə dərindən yiyələnir.Eyni zamanda Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və Qurban Pirimov kimi ustadlarla bir yerdə xanəndəlik edir.
Aşıq İslam Yusifov və Aşıq Nabat(1960-cı il)
Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçür, burada Borsunlu Məzahirin aşıqlar dəstəsinə qoşulur.Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymur kimi gözəl aşıqlarla tanış olub, onlarla birlikdə məclislərə gedir.1938-ci ildə aşıqların ikinci qurultayına nümayəndə seçilir.1940-cı ildə may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir və sevimli şairimiz Səməd Vurğunun “ Danışaq “ adlı qoşmasını ilk dəfə burada oxuyur.Hələ 26 yaşında Kremlin səhnəsində uğurla çıxış edən Şərurun bu nəğməkar qızının səsi-sorağı Azərbaycanın sədlərini aşmış olur.1954-cü ildə “ İzvestiya “ qəzetində onun haqqında geniş məqalə yazılır və həm də şəkili verilir.
Aşıq Nabatın ecazkar səsi olduğunu görən böyük şairimiz Səməd Vurğun onu Bakıya dəvət edir.1961-ci ildə aşıqların III qurultayına nümayəndə seçilir.Həmin dövrdə otuz üç aşıq haqqında xüsusi bülleten buraxılır ki, onlardan biri də Aşıq Nabat olur.
1968- ci ildə isə böyük folklorşünas alimimiz Sədnik Paşayev
“ Azərbaycan qadını “ jurnalında onun haqqında gözəl bir məqalə ilə çıxış edir və Aşıq Nabata yüksək qiymət verir.
Aşıq ömrünün sonuna qədər Yevlax şəhərində yaşamasına baxmayaraq, Şəruru heç zaman unutmamış, onun həsrəti ilə yaşamış və 1973-cü ildə ölərkən öz vəsiyyətinə görə Şərura gətirilmiş və Siyaqut kəndində dəfn olunmuşdur.Hazırda yeganə övladı olan qızı Kəmalə xanım isə Yevlax şəhərində yaşayır.
Aşıq Nabat təkcə ifaçı aşıq olmamış, eyni zamanda , həm də yaradıcılıqla məşğul olmuşdur.Çox təəssüflər olsun ki, aşığın şeirləri sağlığında toplanmamış və çap olunmamışdır. İllər keçdikdən sonra Aşıq Nabatın 70 illiyi ərəfəsində gözəl ziyalı, qədirşünas insan olan AYB –nin üzvü, Məmməd Araz Mükafatı laureantı, şair-publisist Budaq Təhməz aşığın olduğu yerləri el-el, oba-oba gəzərək, böyük çətinliklər bahasına olsa da belə, onun irsinin çox kiçik bir hissəsini toplaya bilmişdir.Səksəninci illərdən üzü bəri isə aşığın yaradıcılığının təbliği ilə məşğul olmuşdur.Sevimli şairimiz filologiya elmlər namizədi, dosent Məhərrəm Cəfərlinin yaxından köməkliyi və redaktorluğu ilə “ Aşıq Nabat “ kitabçasını çap etdirib oxuculara ərməğan etmişdir.İstedadlı şairimiz Budaq Təhməz aşığın keşməkeşli həyatını və könül dünyasını əks etdirən “ Aşıq Nabat “ adlı lirik-romantik bir poema da yazmışdır.Bununla da o, Aşıq Nabat şəxsiyyətinə və yaradıcılığına olan sevgisini poetik bir dillə, dərin məhəbbətlə əks etdirmişdir.Şair, eyni zamanda, 1982-ci ildə Şərur rayonunun Siyaqut kənd orta məktəbində Aşıq Nabatın yubileyini təşkil edib keçirmişdir.Hətta görkəmli akademikimiz İsa Həbibbəyli də o zamanlar həmin yubileydə iştirak etmişdir.
Bir filoloq, bir ziyalı, bir şair, hər şeydən əvvəl isə, aşıq poeziyasının vurğunu olan bir oxucu kimi Aşıq Nabatın şeirlərini incələdikcə heyrətlənməyə bilmirəm.Bir daha anlayıram ki, Aşıq Nabat heç də sıradan biri olmamışdır.Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər bulağından su içən aşıq mükəmməl söz sahibidir.Onun şeirlərindəki fikir dolğunluğu, fikrin poetik ifadə tərzi, aşıq şeirinə məxsus duruluq və axar adamı valeh etməyə bilmir.Aşığın şeirlərində yurd sevgili, yurd həsrətli hisslər daha üstünlük təşkil edir.Bu da səbəbsiz deyil.Gənclik illərindən doğulduğu Şərur torpağından ayrı düşən bir aşıqdan bundan savayı, daha nə gözləmək olardı ki?!..
Taleyin hökmüylə gələn qardaşlar,
İtirmişəm tapın ellərim mənim.
Çərxifələk saldı məni toruna,
Ağlamır, lal olub dillərim mənim --
deyən aşıq öz hisslərini, öz duyğularını nisgilli bir dillə ifadə edərək
“ Yaxşıdır “ rədifli gəraylısında son nöqtəni belə qoyur:
Qürbət eldə xan olunca,
Öz yerimdə qul yaxşıdır.
Doğulduğu torpağa varlığı ilə bağlı olan Aşıq Nabat illərlə yurd deyə-deyə yanıb yaxılır.
Taleyin hökmüdür belə,
Məni atıb eldən-elə.
Dərviş olub düşdüm dilə,
Bu dünyada, bu dünyada.
Nabat, harda qaldı elin,
Oğulsuz bükülüb belin.
Lal olub danışmır dilin,
Bu dünyada, bu dünyada.
Dərviş olub eldən-elə düşən aşığın yurd sevgisi zaman keçdikcə səngimək bilmir.
Könlüm axır Vətən sarı-deyən bu insanın həsrəti günü-gündən daha da artır, onu Vətənə sarı çəkir.
Klassik aşıq poeziyamızın ənənələri, ifadə formaları Aşıq Nabatın şeirlərində də öz bədii həllini dolğun şəkildə tapmışdır.
Al yaşıl geyinib tirmə bağlayın,
Bənzəyin qubaya-qaza, gözəllər.
Ağ buxağa gül-bənövşə düzərsiz,
Gərdən çəkib bağrın başın üzərsiz.
Sığallanıb toy-düyündə gəzərsiz,
Bu hal çox yaraşır sizə gözəllər.
Gözəllərə bu cür gözəlləmə deyən aşıq özünü də unutmur.
Həqiqət yolunda mən bir səyyadam,
Günəşli ölkəmə baxdıqca şadam.
Cəfakeşəm, yorulmamış Fərhadam,
Nabat meylin salıb saza gözəllər.
“ Açılmamış soldugüllərim mənim “ –deyən Aşıq Nabat daima taleyindən şikayətlənir.Lakin bunu elə bir formada, elə bir dillə ifadə edir ki, istər-istəməz heyrətlənməyə bilmirsən.
Dörd bir yanım qaranlıqdır, adadı,
Fələk tutub qollarımdan budadı.
Aman, qoyma, o dəryada, sudadı,
Qərq olub dəryada batan baxtımı.-
deyən aşıq sonda isə “ Paytaxtı yan üstə çönən mən oldum “ –deyir.
Bütün ustad aşıqlarımız kimi Aşıq Nabat da bayatı janrına müraciət etmiş, özünəməxsus orijinal bayatılar yarada bilmişdir.
Mən aşiqəm üz üşər,
Bu dərddən can üzüşər.
Bülbül qanad tərpədər,
Külək əsər, üz üşər.
Əziziyəm ağam, gəl,
Ölməmişəm sağam, gəl.
Boynumda qəm zənciri,
Yolunda dustağam, gəl.
Aşıq Nabatın bu kitabçada Aşıq Hüseynlə verilmiş birgə deyişməsini mən aşıq şeirimizin mükəmməl nümunələrindən biri kimi qiymətləndirərdim.
Aşıq Hüseyn Cavan
Aşıq Nabat, götür sazı deyişək,
Düz ilqardan, sədaqətdən danışaq.
Şairlərin sənətindən söz açaq,
Görünməmiş məharətdən danışaq.
Aşıq Nabat
Şair qardaş, sən qələmlə mən sazla,
Aşıq Nabatın Şərurdan başlayan sənət yolu Azərbaycanın hər bir elini, obasını, bütövlükdə Vətən torpağını qarış-qarış gəzərək dolaşdı və sonunda qəlblərə, onu sevən könüllərə köçdü və orada da yaşamaqdadır.
Di gəl ki, Aşığın adını həyatda əbədiləşdirmək, onun xatirəsini yaşatmaq üçün Şərurda onun adını daşıyacaq bir küçə, bir uşaq bağçası və ya bir məktəb olsaydı necə də gözəl olardı? Yəqin ki, bununla ilgili düşünənlər nə zamansa tapılacaqdır.
İnanıram ki, Şərurdan başlanan sənət yolunun yolçusu olan Aşıq Nabatın sazımızı yüksəklərə qaldırması Azərbaycanda qadın aşıqlarımız sırasında onun da özünə layiq yerinin olmasını göstərən ən böyük amillərdən biridir.
Ələsgər Talıboğlu,
şair-publisist, AYB –nin üzvü,
M.Araz mükafatı laureantı

Baxış sayı: 952
Bölməyə aid digər xəbərlər
Tarix: 18-02-2021 11:07 | Bölmə: Mədəniyyət

Naxçıvan Muxtar Respublikasının digər rayonlarından fərqli olaraq Şərur rayonunun Azərbaycan aşıq şeirinin inkişafında da yeri ayrıcadır.Çünki ustad sənətkarımız Aşıq Ələsgərin ustadı əgər Aşıq Alı olmuşdursa, Aşıq Alının da ustadı Şərur elindən olan Ağ Aşıq Allahverdi (Qara Osman oğlu - Kosacan kəndi ) olmuşdur. “Ağır Şərili “ , “ Yüngül Şərili “ kimi saz havalarının adları da məhz bu torpaqla, bu diyarla bağlı olmuşdur.
Tarixən olduğu kimi ötən əsrimizdə də Şərur torpağında saza-sözə böyük dəyər verilmişdir.Gənclik illərimizdə yorulmadan, sevə-sevə dinlədiyimiz Aşıq Həmidin ( Danzik kəndi ), Ağ Aşığın ( Aşıq Usub- Sədərək kəndi ), Aşıq Hüseyn Arpaçaylının, Aşıq Əli Şəhriyarlının, Aşıq Əlinin ( Aralıq kəndi ), Aşıq Nəsibin ( Axaməd kəndi ) simaları göz önümüzdə canlandığı kimi, xatirələri də qəlbimizdə yaşamaqdadır.Şərur torpağında bu gün də saza-sözə böyük dəyər verilməkdədir.
Aşıq poeziyamızın, aşıq sənətinin inkişafında Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi klassik kişi sənətkarlarımızla yanaşı, Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti kimi qadın sənətkarlarımızın da böyük rolu olmuşdur.O cür qadın sənətkarlardan biri də XX əsrdə Şərur torpağında doğulmuş və şöhrətli Azərbaycandan çox-çox uzaqlara yayılmış Aşıq Nabatdır.
Aşıq Nabat ( Nabat Paşa qızı Cavadova ) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində ( o kənd indi Xanlıqlar kəndinə birləşdirilib ) yoxsul bir ailədə dünyaya gəlmişdir.Çox erkən anasını itirən bu qız atasının himayəsində böyümüşdür.Aşıq Nabatın məlahətli və əsrarəngiz səsinin olması hər kəsin diqqətini özünə cəlb etmişdir.Dədə Qorqud timsallı nuranı ağsaqqal babaların söylədiyi ovsunlu dastanlar, ağbirçək nənələrimizin şirin-şəkər nağılları onun ruhunu saz-söz üstündə kökləmişdir və Aşıq Nabat nağılı, Aşıq Nabat dastanı da beləcə yaranmış, dildən-dilə, ağızdan-ağıza düşmüşdür.
Aşıq Nabatın ailə qurmaq sevdası onu sevmədiyi bir insana zorla vermək istədikləri üçün baş tutmamışdır.Bu hadisə ona böyük təsir etdiyindən Şərurda duruş tapa bilməyib Qarabağa getməli olur.1934-cü ildə Bərdəyə gəlir.Burada məclislərdə oxuduğu zaman Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olur, onunla birlikdə el məclislərində iştirak edə -edə saz-söz sənətinin sirrlərinə dərindən yiyələnir.Eyni zamanda Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və Qurban Pirimov kimi ustadlarla bir yerdə xanəndəlik edir.
Aşıq İslam Yusifov və Aşıq Nabat(1960-cı il)Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçür, burada Borsunlu Məzahirin aşıqlar dəstəsinə qoşulur.Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymur kimi gözəl aşıqlarla tanış olub, onlarla birlikdə məclislərə gedir.1938-ci ildə aşıqların ikinci qurultayına nümayəndə seçilir.1940-cı ildə may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir və sevimli şairimiz Səməd Vurğunun “ Danışaq “ adlı qoşmasını ilk dəfə burada oxuyur.Hələ 26 yaşında Kremlin səhnəsində uğurla çıxış edən Şərurun bu nəğməkar qızının səsi-sorağı Azərbaycanın sədlərini aşmış olur.1954-cü ildə “ İzvestiya “ qəzetində onun haqqında geniş məqalə yazılır və həm də şəkili verilir.
Aşıq Nabatın ecazkar səsi olduğunu görən böyük şairimiz Səməd Vurğun onu Bakıya dəvət edir.1961-ci ildə aşıqların III qurultayına nümayəndə seçilir.Həmin dövrdə otuz üç aşıq haqqında xüsusi bülleten buraxılır ki, onlardan biri də Aşıq Nabat olur.
1968- ci ildə isə böyük folklorşünas alimimiz Sədnik Paşayev
“ Azərbaycan qadını “ jurnalında onun haqqında gözəl bir məqalə ilə çıxış edir və Aşıq Nabata yüksək qiymət verir.
Aşıq ömrünün sonuna qədər Yevlax şəhərində yaşamasına baxmayaraq, Şəruru heç zaman unutmamış, onun həsrəti ilə yaşamış və 1973-cü ildə ölərkən öz vəsiyyətinə görə Şərura gətirilmiş və Siyaqut kəndində dəfn olunmuşdur.Hazırda yeganə övladı olan qızı Kəmalə xanım isə Yevlax şəhərində yaşayır.
Aşıq Nabat təkcə ifaçı aşıq olmamış, eyni zamanda , həm də yaradıcılıqla məşğul olmuşdur.Çox təəssüflər olsun ki, aşığın şeirləri sağlığında toplanmamış və çap olunmamışdır. İllər keçdikdən sonra Aşıq Nabatın 70 illiyi ərəfəsində gözəl ziyalı, qədirşünas insan olan AYB –nin üzvü, Məmməd Araz Mükafatı laureantı, şair-publisist Budaq Təhməz aşığın olduğu yerləri el-el, oba-oba gəzərək, böyük çətinliklər bahasına olsa da belə, onun irsinin çox kiçik bir hissəsini toplaya bilmişdir.Səksəninci illərdən üzü bəri isə aşığın yaradıcılığının təbliği ilə məşğul olmuşdur.Sevimli şairimiz filologiya elmlər namizədi, dosent Məhərrəm Cəfərlinin yaxından köməkliyi və redaktorluğu ilə “ Aşıq Nabat “ kitabçasını çap etdirib oxuculara ərməğan etmişdir.İstedadlı şairimiz Budaq Təhməz aşığın keşməkeşli həyatını və könül dünyasını əks etdirən “ Aşıq Nabat “ adlı lirik-romantik bir poema da yazmışdır.Bununla da o, Aşıq Nabat şəxsiyyətinə və yaradıcılığına olan sevgisini poetik bir dillə, dərin məhəbbətlə əks etdirmişdir.Şair, eyni zamanda, 1982-ci ildə Şərur rayonunun Siyaqut kənd orta məktəbində Aşıq Nabatın yubileyini təşkil edib keçirmişdir.Hətta görkəmli akademikimiz İsa Həbibbəyli də o zamanlar həmin yubileydə iştirak etmişdir.
Bir filoloq, bir ziyalı, bir şair, hər şeydən əvvəl isə, aşıq poeziyasının vurğunu olan bir oxucu kimi Aşıq Nabatın şeirlərini incələdikcə heyrətlənməyə bilmirəm.Bir daha anlayıram ki, Aşıq Nabat heç də sıradan biri olmamışdır.Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər bulağından su içən aşıq mükəmməl söz sahibidir.Onun şeirlərindəki fikir dolğunluğu, fikrin poetik ifadə tərzi, aşıq şeirinə məxsus duruluq və axar adamı valeh etməyə bilmir.Aşığın şeirlərində yurd sevgili, yurd həsrətli hisslər daha üstünlük təşkil edir.Bu da səbəbsiz deyil.Gənclik illərindən doğulduğu Şərur torpağından ayrı düşən bir aşıqdan bundan savayı, daha nə gözləmək olardı ki?!..
Taleyin hökmüylə gələn qardaşlar,
İtirmişəm tapın ellərim mənim.
Çərxifələk saldı məni toruna,
Ağlamır, lal olub dillərim mənim --
deyən aşıq öz hisslərini, öz duyğularını nisgilli bir dillə ifadə edərək
“ Yaxşıdır “ rədifli gəraylısında son nöqtəni belə qoyur:
Qürbət eldə xan olunca,
Öz yerimdə qul yaxşıdır.
Doğulduğu torpağa varlığı ilə bağlı olan Aşıq Nabat illərlə yurd deyə-deyə yanıb yaxılır.
Taleyin hökmüdür belə,
Məni atıb eldən-elə.
Dərviş olub düşdüm dilə,
Bu dünyada, bu dünyada.
Nabat, harda qaldı elin,
Oğulsuz bükülüb belin.
Lal olub danışmır dilin,
Bu dünyada, bu dünyada.
Dərviş olub eldən-elə düşən aşığın yurd sevgisi zaman keçdikcə səngimək bilmir.
Könlüm axır Vətən sarı-deyən bu insanın həsrəti günü-gündən daha da artır, onu Vətənə sarı çəkir.
Klassik aşıq poeziyamızın ənənələri, ifadə formaları Aşıq Nabatın şeirlərində də öz bədii həllini dolğun şəkildə tapmışdır.
Al yaşıl geyinib tirmə bağlayın,
Bənzəyin qubaya-qaza, gözəllər.
Ağ buxağa gül-bənövşə düzərsiz,
Gərdən çəkib bağrın başın üzərsiz.
Sığallanıb toy-düyündə gəzərsiz,
Bu hal çox yaraşır sizə gözəllər.
Gözəllərə bu cür gözəlləmə deyən aşıq özünü də unutmur.
Günəşli ölkəmə baxdıqca şadam.
Cəfakeşəm, yorulmamış Fərhadam,
Nabat meylin salıb saza gözəllər.
“ Açılmamış soldugüllərim mənim “ –deyən Aşıq Nabat daima taleyindən şikayətlənir.Lakin bunu elə bir formada, elə bir dillə ifadə edir ki, istər-istəməz heyrətlənməyə bilmirsən.
Dörd bir yanım qaranlıqdır, adadı,
Fələk tutub qollarımdan budadı.
Aman, qoyma, o dəryada, sudadı,
Qərq olub dəryada batan baxtımı.-
deyən aşıq sonda isə “ Paytaxtı yan üstə çönən mən oldum “ –deyir.
Bütün ustad aşıqlarımız kimi Aşıq Nabat da bayatı janrına müraciət etmiş, özünəməxsus orijinal bayatılar yarada bilmişdir.
Bu dərddən can üzüşər.
Bülbül qanad tərpədər,
Külək əsər, üz üşər.
Əziziyəm ağam, gəl,
Ölməmişəm sağam, gəl.
Boynumda qəm zənciri,
Yolunda dustağam, gəl.
Aşıq Nabatın bu kitabçada Aşıq Hüseynlə verilmiş birgə deyişməsini mən aşıq şeirimizin mükəmməl nümunələrindən biri kimi qiymətləndirərdim.
Aşıq Hüseyn Cavan
Düz ilqardan, sədaqətdən danışaq.
Şairlərin sənətindən söz açaq,
Görünməmiş məharətdən danışaq.
Şair qardaş, sən qələmlə mən sazla,
Əlli yaşlı bu bahardan danışaq.
Min dil açıb Azərbaycan torpağı,
Tükənməyən arzulardan danışaq.
Aşıq Nabatın Şərurdan başlayan sənət yolu Azərbaycanın hər bir elini, obasını, bütövlükdə Vətən torpağını qarış-qarış gəzərək dolaşdı və sonunda qəlblərə, onu sevən könüllərə köçdü və orada da yaşamaqdadır.
Di gəl ki, Aşığın adını həyatda əbədiləşdirmək, onun xatirəsini yaşatmaq üçün Şərurda onun adını daşıyacaq bir küçə, bir uşaq bağçası və ya bir məktəb olsaydı necə də gözəl olardı? Yəqin ki, bununla ilgili düşünənlər nə zamansa tapılacaqdır.
İnanıram ki, Şərurdan başlanan sənət yolunun yolçusu olan Aşıq Nabatın sazımızı yüksəklərə qaldırması Azərbaycanda qadın aşıqlarımız sırasında onun da özünə layiq yerinin olmasını göstərən ən böyük amillərdən biridir.
Ələsgər Talıboğlu,
şair-publisist, AYB –nin üzvü,
M.Araz mükafatı laureantı

Baxış sayı: 952
Bölməyə aid digər xəbərlər
Bu gün, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib













