00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
18:04 / 15-11-2026
Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlar xəttini açıqlayıb
17:34 / 15-11-2026
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
17:31 / 15-11-2026
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
17:28 / 15-11-2026
Stolüstü tennis üzrə Avropa çempionatının (14 yaşa qədər) finalında Rusiya komandası ukraynalıları məğlub edib
01:08 / 15-11-2026
İcra başçısının şəhid atası ilə bu cür görüşü ona oğlunu xatırladıb-VİDEO
19:21 / 14-11-2026
Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətdir-Könül Nurullayeva
23:06 / 12-11-2026
Avtomobili yandıran yeniyetmə saxlanılıb
23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
22:36 / 12-11-2026
Yataqxananın yaxınlığında tanışına bıçaqla hücum etdi
18:43 / 12-11-2026
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb-Könül Nurullayeva
18:40 / 12-11-2026
Rusiya nümayəndə heyətinin Əbu-Dabi ətrafındakı hərəkətlərini lentə almaq cərimə ilə nəticələnə bilərdi
18:36 / 12-11-2026
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
18:33 / 12-11-2026
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
18:29 / 12-11-2026
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
18:26 / 12-11-2026
Polkovniki partlatmaq üçün istifadə edilən partlayıcı qurğu Baltikyanı ölkələrdən isti hava şarı ilə çatdırılıb
18:21 / 12-11-2026
Polşa Konstitusiya Məhkəməsinin sədri Svetskovski işə buraxılmayıb
Xatirəsi qəlblərdə qalan sənət fədaisi
Tarix: 04-02-2021 01:42 | Bölmə: Mədəniyyət
Ağaxan Şərifov yaşadığı ömrün 30 ilini sevdiyi teatr sənətinə fəda etdi
2020-ci il həm pandemiya, həm də Qarabağın 30 illik işğalına son qoyulması ilə yaddaşlara əbədi həkk olundu. Pandemiya bizə müəyyən narahatlıqlar yaşatsa da, ən böyük sevincimiz, söz yox ki, mənfur düşmən üzərindəki şanlı qələbəmizdir. Buna görə Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə, silahlı qüvvələrin qorxmaz döyüşçülərinə və bir an belə qələbəyə inamını itirməyən xalqımıza sonsuz minnətdarıq. Keçən il ölkədəki pandemiya və müharibə şəraiti ilə bağlı saysız-hesabsız insanlar,o cümlədən sənət adamları stres və gərginlik keçirib, dünyalarını dəyişdilər. Dünyalarını dəyişmiş sənət adamlarının hər birini hörmətlə yad edirəm. Bu gün onlardan biri haqqında kövrək xatirələrimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Bu sənət adamı,daha doğrusu,sənət fədaisi haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Çünki onun dünyasını dəyişməyinə bu günə qədər inana bilmirəm. Haqqında danışmaq istədiyim sənətkar Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifovdur. Bu sənətkar, yaşadığı ömrün 30 ilini sevdiyi teatr sənətinə fəda etdi.
Ağaxan Şərif oğlu Şərifov 1962-ci il oktyabr ayının 22-də Ağsuda dünyaya gəlib. Hamımız yaxşı bilirik ki, Ağsu milli teatr və kino sənətinə Səməndən Rzayev,Mikayıl Mirzə və Rasim Balayev kimi sənətkarlar bəxş edib. Bu bölgədən neçə-neçə cavanlar məhz bu sənətkara baxaraq sənətə gəliblər. Ağaxan da istisna deyildi. Orta təhsilini başa vurandan sonra bir müddət istehsalatda çalışdı. 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Artıq Ağaxanın sənət yolu müəyyən olunmuşdu. Sevincinin həddi-hüdudu yox idi. Ürəyi sənət arzuları ilə aşıb-daşan Ağaxan 1990-cı ildə Universiteti bitirdi. Onun bəxtindən elə bu ərəfədə mərhum sənət dostum Hüseynağa Atakişiyev baş rejissoru olduğu Akademik Milli Dram Teatrından uzaqlaşdırıldı və dərhal müstəqil “Gənclər” Teatrını yaratdı. Teatra aktyor və digər sənət adamlarının çox böyük axını var idi. Hamı,o cümlədən cavanlar, Tofiq Kazımovdan sonra,məhz Hüseynağa Atakişiyevin milli teatr prosesinə yeni nəfəs gətirəcəyinə inanırdı. Dostum Hüseynağa tam yeni teatr konsepsiyası əsasında dövrünü qabaqlayan yeni teatr yaratmağa çalışırdı. Teatrın ətrafında yeni düşüncə tərzinə malik dramaturqlar, bəstəkarlar və rəssamlar dəstəsi toplanmışdı. Teatr Xadimləri İttifaqının Aktyor Evinin səhnəsini yeni teatr üçün ayırdılar. Hüseynağanın gecəsi-gündüzü yox idi. O, gecəni-gündüzə qatıb yeni bir teatr yaradırdı. Onun üçün çətin günlər başlamışdı. Mən belə çətin bir dövrdə təbii ki, dostumu tək qoymayıb, onun yanında olmalı idim. Mən Akademik Milli Dram Teatrındakı fəaliyyətimlə paralel olaraq, yeni yaradılmış “Gənclər”teatrında da çalışmağa qərar verdim. Teatra müraciət edən aktyorların sayı-hesabı yox idi. Çox ciddi seçim prosesi gedirdi. Mən də təbii ki, dostumun yanında idim. Hüseynağa peşəkar olaraq,bircə baxışla ictedadlı insanla qeyri-istedadsızı dərhal ayırd edə bilirdi. Ağaxan dərhal seçimdən keçdi və məhz bu illərdən başlayaraq, dörd il mən onunla bu tearda bir çox tamaşalarda birlikdə çalışdıq. Bu teatrın səhnəsində Ağaxan çox maraqlı və yaddaqalan obrazlar qalereyası yaratdı.
O, obrazın təsviri zamanı maraqlı və ən əsası da baxımlı oyun tərzi nümayiş etdirirdi. Ağaxan sənətlə bağlı çətinliyi olanda çəkinmədən mənə müraciət edirdi. Mən də hər zaman onun bütün suallarını cavablandırır, ona yardım etməyə çalışırdım. Sonrakı illərdə mən “İlham”miniatür tearı yaratdım. Ətrafıma gənclərdən ibarət çox böyük bir kollektiv topladım və dərhal Ağaxanı teatra dəvət etdim. O, tez bir zamanda kollektivdə hörmət qazanaraq,hamının sevimlisi oldu. Aktyorlar problemləri ilə bağlı məndən əvvəl ona müraciət edirdilər. Mən Ağaxanın bu keyfiyyətlərini əsas götürərək,onu truppa müdiri təyin etdim.
O, 1993-cü ildən 2007-ci ilə qədər teatrın trupa müdiri olub,bu işin öhdəsindən bacarıqla gəldi. Ağaxan teatrın həm truppa müdiri,həm də aparıcı aktyoru idi. O,bu teatrın səhnəsində Anarın “Əl əli yuyar”, Rəhman Əlizadənin ”Dünyanın axırı” və “Bəxtimin kələyi” Cahangir Aslanoğlunun ”Karnaval və ya şifonerdə eşq-məhəbbət”, Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah, Rafiq Səməndərin” İlhamın sərgüzəştləri”, ”Başsındıran məsələ” və ”Yorğanına baxıb, ayağını uzadan teatr”, Ramiz Əkbərin”Qulaq” və digər tamaşalarda baş rollarda tamaşaçıların görüşünə gəldi. O, tamaşadan tamaşaya daha artıq püxtələşir və daha artıq sənətkarlıq nümunəsi göstərirdi. Onun yaratdığı obrazlarda səmimilik, dəqiq ifa tərzi və peşıkarlıq yüksək idi. Ağaxan istedadlı və peşəkar sənətkar olmaqla yanaşı, həm də əxlaqlı və tərbiyəli,böyük-kiçik yeri bilən bir insan idi.
Ağaxan 2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaratdı. O, eyni zamanda mənim təklifimlə Mədəniyyət və İncəsənət Universitetində başçılıq etdiyim Musiqili Teatr Aktyoru kafedrasında baş lobarant vəzifəsində çalışdı. Ağaxan sözün əsl mənasında, zəhmətkeş və punktual bir insan idi. Ona tapşırılan hər bir işi yüksək səviyyədə görürdü. Teatrda olduğu kimi, vaxtilə tələbəsi olduğu təhsil müəssisəsində də çox qısa bir vaxtda müəllim və tələbə heyətinin hörmətini qazana bildi.
Ağaxan Akademik Musiqili Teatrında çalışdığı 13 il ərzində onlarla tamaşada irili-xırdalı neçəneçə obraz yaratdı. O.Rəcəbovla A.Babayevin ”Əlin cibində olsun”da 1-ci oğlan, R.Hacıyevin “Talelər qovuşanda” Evlər müdiri,R.Mirişli ilə M.Haqverdiyevin”Qısqanc ürəklər”də ofisiant, O.Rəcəbovla A.Babayevin “Şeytanın yubileyində” inzibatçı, O.Zülfüqarovla R.Heydərin ”Şəngülüm, Səngülüm, Məngülüm”də çaqqal, S.Ələsgərovla Ş.Qurbanovun ”Milyonçunun dilənçi oğlu”da 2-ci xidmətçi, R.Mirişli ilə M.Haqverdiyevin” Amerikalı kürəkən”də Qədeş Cəfər, Coni və Xanım, S.Fərəcovla Ə.Nesinin ”Şəhərdə manyak var”da komendant, M.Məmmədəvun ”Matəm marşı və yaxud gözünüz aydın”da Nadir, Ü.Hacıbəyovun “Ər və arvad”da süpürgəci, S.Kərimi ilə Ə.Olun ”Kimyagər”də Şeyx Salah, E.Sabitoğlu ilə C.Məmmədovun ”W.W.W.Fərzəlikefkom”da dayıoğlu, Ü.Hacıbəyovun ”O olmasın, bu olsun”da hambal, F.Allahverdi ilə Elçinin ”Baladadaşın toy hamamı”da Şofer və sair obrazlar sənətsevərlərin və teatr tədqiqatçılarının diqqətini cəlb etmişdi. Ağaxan bu tamaşalarda bir-birindən fərqli, maraqlı və rəngarəng obrazlar dünyası yaratmışdı.
Onun sonuncu işi S.Rüstəmlə M.S.Ordubadinin “Beş manatlıq gəlin” tamaşası oldu. Pandemiya səbəbindən bu tamaşanı və onun oynadığı obrazı tamaşaçılar görə bilmədi. Pandemiyadan sonra tamaşaçılar adı çəkilən tamaşanı təəssüf ki, Ağaxanın oynadığı obrazsız görəcəklər.
Mən iki tamaşa və bu iki tamaşada onun yaratdığı fərqli obrazlar haqqında ayrıca yazmaq istəyirəm. Bunlar “İlham” Miniatür Teatrında Mirzə Fətəli Axundzadənin“ Müsyo Jordan və Dərviş Məstəli şah” və Akademik Musiqili Teatrında Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşalarındakı maraqlı obrazlardır. Hər iki tamaşanın müəllifi və quruluşçu rejissoru mən idim.
Ağaxan M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Müsyo Jordan obrazını yüksək peşəkarlıqla yaratmışdı. Mən bu tamaşanı nağıl-oyun prinsipi əsasında qurmuşdum. Həm tamaşa,həm də Ağaxanın yaratdığı obraz mənm gözlədiyimdən də maraqlı, baxımlı və cazibadar alınmışdı. Bu, söz yox ki, aktyorun peşəkarlığından və tamaşanın janrına uyğun oyun tərzi nümayiş etdirməsindən irəli gəlirdi. Aktyor səhnəyə daxil olduğu andan diqqət mərkəzində ola bilirdi. Onun ifasında hərəkət-mizan toplusu tamaşanın ümumi ahənginə tam uyğun idi. Mən tamaşanın birinci hissəsini rejissor olaraq onun obrazının üzərində qurmuşdum. O, bu işin öhdəsindən məharətlə gəlmişdi. Onun ifasında şitlikdən əsər-əlamət belə yox idi. O, sadəcə olaraq, yad bir mühitə düşmüş insanın komik vəziyyətinə uyğun oyun tərzi nümayiş etdirirdi. Kətillə onun ardınca qaçan qulluqçu onu yıxanda və ya özü təzim edərkən yıxılanda belə, o, dərhal vəziyyətdən çıxmağa çılışır və daha artıq komik vəziyyətə düşürdü. Aktyor ifa zamanı hərəkətmizan toplusu ilə danışıq tərzinin vəhdətini yarada bilirdi. Nəticədə maraqlı bir obrazın nümayişi ilə qarşılaşırdıq. Mənim rejissor olaraq onun üçün tapdığım mizanlara əlavə cizgilər taparaq, onları daha artıq rəngarəng və baxımlı edirdi.
O, öz obrazının həm ifaçısı,həm də rejissoru idi. Mən onun bir çox tamaşalarda olduğu kimi, bu tamaşada yaratdığı obrazdan da tamlıqda çox razı qaldım. Tamaşadan tamaşaya obraz daha artıq tamamlanırdı. O, zalın obraza olan reaksiyasını hiss edərək, onu daha artıq baxımlı təqdim edirdi. O, obrazın təsviri zamanı jestlərdən, intonasiyalardan yerində və bacarıqla istifadə etməyi bacaran azsaylı sənətkarlardan idi. Qeyd etməliyəm ki, ”İlham”Miniatür Teatrının M.F.Axundzadənin ”Müsyo Jordan və Dərviş Məstəli şah”tamaşası Azərbaycan TXİ-nın “Qızıl Dərviş”mükafatına layiq görülmüşdü. Bu mükafatın qazanılmasında yaradıcı kollektivlə birlikdə Ağaxanın da payı var idi. Mənim haqqında yazmaq istədiyim ikinci səhnə əsəri Ramiz Mirişli ilə Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşası idi. Mən Ağaxanın bacarığına, peşıkarlığına və potensial imkanlarına inanaraq bu tamaşada ona üç fərqli və bənzərsiz obraz həvalə etdim. Mən onun bu çətin işin öhdəsindən gələcəyinə inanırdım. İnamımda yanılmadım. Ağaxan Qədeş Cəfər, Cangüdən Coni və Xanım obrazlarını çox böyük məharətlə yaratdı. Onun oynadığı səhnələr tamaşanın ən maraqlı və baxımlı hissələri idi. Mən tamaşada Yanğınsöndürmə idarəsinin işçisi Orxan bəy obrazında çıxış edirdim. Ağaxan tamaşanın janr, ideya və oyun tərzinə uyğun dəqiq ifa tərzi nümayiş etdirirdi. Bu obrazların birincisi Qədeş Cəfər obrazı idi. Heç bir konkret işlə məşğul olmayan Cəfər dostu Bilalla asan qazanc yeri axtarır. Yalançı Ametikalı milyonçu kürəkən obrazında istədiyi qızın anasının qarşısına çıxmaq istəyən Kamran müəyyən pul müqabilində onları özünə cangüdən tutur. Hər iki dost onlardan nə tələb olunursa, dərhal razılaşırlar. Bilal özündən çıxsa da Cəfər vəziyyətə uyğun hərəkət edir. O, Bilalı da nəzarətdə saxlaya bilir. Aktyor tərəfindən Cəfər obrazının daxili keyfiyyətləri və ona uyğun xarici portret cizgiləri dəqiqliklə təsvir olunurdu. Mən özüm səhnədə ola-ola onun obrazını seyr etməkdən həzz alırdım. Hadisələrin inkişafı boyu Ağaxan Şərifov üçüncü obrazda səhnəyə gəlir. Bu obraz qeyri-adi konfiqurasiyalı Xanım obrazıdır. Aktyor tərəfindən dəqiq hərəkət-mizan toplusu ilə baxımlı bir obraz təqdim olunur. Xanım obrazı baxımlı və komik cizgiləri ilə tamaşaya rəngarənglik gətirir desək, heç də səhv etmərik. Aktyor obrazın yumoristik mahiyyətini dərindən duyub, daxili və xarici təsvirin vəhdətini dəqiqliklə təqdim edirdi.
Ağaxan teatr səhnəsində olduğu kimi kino ekranlarında bir neçə maraqlı obrazlarla tamaşaçıları sevindirə bilmişdi. 1999-cu ildə “Nə gözəldir bu dünya”, 2010-cu ildə”Əlavə təsir”və 2013-cü ildə çəkilmiş “Yazıçı” filmlərində maraqlı obrazlar yaratmışdı. Hər üç obraz aktyorun səhnədə olduğu kimi ekranda da bacarıq və istedad nümayiş etdirməsinin bariz nümunəsi idi.
Ağaxan həyatda həmişə hər yerə tələsən, narahat bir insan idi. Tələsə-tələsə gəldiyini və tələsə-tələsə də getdiyini çox görmüşdüm. Elə bil harasa gecikəcəyindən, harasa özünü çatdıra biməyəcəyindən qorxurdu. Elə bil ona ayrılmış zamanın ona çatmayacağından qorxub,daha artıq tələsirdi. Tələsdiyi üçün bir oğul və bir qız balasının xeyir işlərini də çox tez etmişdi. İşinə tələsə-tələsə gəlib, evinə də tələsə-tələsə gedirdi. Tələsmək artıq onun xarakterinə və vərdişinə çevrilmişdi. Ona ayrılmış ömür payını da tələsə-tələsə yaşadı. Yaşamağına tələsdiyi kimi dünyasını dəyişməyinə də tələsdi, yaman tələsdi.
Ağaxan, mən sənin hər yerə tələsməyini hormal qəbul etsəm də,bu dünyadan tez-tələsik köç etməyini heç cür qəbul edə bilmirəm. Sənin dünyanı tez-tələsik dəyişməyin tez oldu, çox tez oldu. Mən bu tələsməyini sənə bağışlaya bilməsəm də, artıq olan olmuşdu. Yeganə təsəllim səndən sonra qalan və heç vaxt məni tərk etməyəcək xoş xatirərindir.
İlham Namiq Kamal - Xalq artisti,
”Şöhrət”ordenli
Ayna.az
Baxış sayı: 859
Bölməyə aid digər xəbərlər

12-11-2026, 18:33
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
5-11-2026, 17:45
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
4-11-2026, 20:15
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
29-10-2026, 09:58
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
28-10-2026, 20:28
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
26-10-2026, 21:36
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
25-10-2026, 17:44
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
22-10-2026, 23:22
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
19-10-2026, 18:56
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18-10-2026, 21:58
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
18-10-2026, 21:39
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
15-10-2026, 19:13
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
6-10-2026, 20:04
Fazil Məmmədov nazir müavini təyin olundu
29-09-2026, 18:03
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
29-09-2026, 17:51
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər