22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
Pandemiya geyim sənayesində nələri dəyişdi? - Fəxriyyə Xələfovanın DƏB PROQNOZLAR
Tarix: 12-05-2020 03:41 | Bölmə: Mədəniyyət
Koronavirus pandemiyasından sonra dünya əvvəlki kimi olmayacaq və istənilən sənaye sahəsi kimi, moda da yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaq. Bu barədə rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova məlumat verib. O hesab edir ki, pandemiya xanımların çoxuna alış-verişdə daha düşüncəli davranmağı və qənaətcil olmağı öyrədəcək.
Modelyer koronavirus pandemiyasının dəb aləminə təsiri və sonrakı gedişatı ilə bağlı proqnozlarını Publika.az-a danışıb.
- Hazırda dəb aləminin ilhamverici qüvvəsi nədir?
- Koronavirus infeksiyasının yayılması ilə əlaqədar dünyanın üzləşdiyi qlobal problem bütün sahələrə olduğu kimi, dəb aləminə də öz təsirini göstərdi. Virusun yayılmaması üçün bütün ölkələrdə qabaqlayıcı addımlar tətbiq olunur, insanlara evdə qalmaq tövsiyə olunur. Evdə qalmaq o deməkdir ki, sosial fəaliyyətlərimizlə məşğul olmuruq, ənənəvi məşğuliyyətlərimizdən uzaqlaşmışıq, işə, ya dərsə, yaxud hansısa ticarət və əyləncə mərkəzlərinə gedə bilmirik. Bu zaman əlavə geyimin alınmasına ehtiyac qalmır. Moda ənənələrinə əsasən kolleksiyalar 2-3 ay əvvəldən təqdim olunur, sonra mağazalarda satışa çıxarılır. İndi böyük ticarət mərkəzləri bağlıdır.
Hazırda Beynəlxalq Moda Asossiasiyası qərar qəbul edib ki, bahar-yay kolleksiyalarının onlayn təqdimatı baş tutsun. Bu təqdimatın hansı formada olacağı haqqında hələ məlumat yoxdur, lakin çağırışa birinci Milan Moda Həftəsi cavab verdi. 14-17 İyul tarixləri arasında Milan Moda Həftəsi yeni kolleksiyalarını onlayn formada nümayişə çıxaracaq. Dəbsevərlər bu hadisəni səbirsizliklə gözləyir. Beynəlxalq təcrübələrdən faydalanmaq hər zaman vacibdir. Odur ki, Milan Moda Həftəsini maraqla gözləyirəm. Bu variantın Azərbaycanda keçirilməsini istərdim, beynəlxaql proseslərdən kənar qalmayaq, biz də təşkil edək.
- Hazırda dəb sahəsi 2020-ci ilin əvvəllərində proqnozlaşdırıldığı kimidir, yoxsa virusdan sonra yaranmış dəyişiklik dəbə də təsir göstərib?
- Təbii ki, virus məsələsi dəbə təsir göstərdi. Pandemiya müddətində geyim əvvəlki həcmdə satılmadı, hətta demək olar ki, ümumiyyətlə alınmadı. Bütün mağazalar bağlı idi. Böyük ticarət mərkəzləri istisna olmaqla mağazalar artıq açılmağa başlayıb. Geyimə tələbat hər zaman var və olacaq, amma satışların həcmi ciddi şəkildə azalacaq.
Pandemiyaya qədər geyimin istehsalı pik həddə çatmışdı, ona görə ki, sürətli dəb prosesi başlamışdı. Geyimə tələbat getdikcə daha da çoxalırdı, insanlar geyimlərini daha tez-tez dəyişmək həvəsində idilər və müxtəlif üslublarda geyimlər əldə etməyə can atırdılar, gecə libaslarına da tələbat olduqca çox idi. İstehsal həcmi zirvəyə qalxmışdı və bu göstəricilər sürətlə və birdən-birə aşağı endi. Buunla əlaqədar olaraq fabrik və istehsal obyektləri geyim istehsalını azaltmağa qərar verib.

- Tanınmış dizayner Corcio Armani dəbin sürətlə dəyişməsi və yenilənməsini anormal adlandırmışdı. Bəs, bu mövzuda siz hansı fikirdəsiniz, saysız-hesabsız trendlərin yaranma zərurəti nədən irəli gəlirdi?
- Dəbə hədsiz həvəs yaranmışdı. Bu prosesə qədər heç birimiz təxmin edə bilməzdik ki, belə bir faktla üzləşəcəyik. Gəlin 2-3 ay əvvələ gedək. Pandemiyaya qədər müxtəlif tədbirlər, çoxsaylı yığıncaqlar, toylar, şənliklər, ziyafətlər, sammitlər, toplantılar keçirilirdi və bunların bir çoxunda ciddi-dress kod qaydalarına riayət etmək lazım idi. Turizm çox inkişaf etmişdi, turistik stil öz aktuallığını göstərirdi. Səyahətə yollanan insanlar dəbli görünməyə çalışırdı ki, foto çəkdirib sosial şəbəkələrdə paylaşsın. Müxtəlifliyə hədsiz tələbat var idi, insanlar sadəlikdən uzaqlaşmışdı. Xüsusilə xanımlar zəngin və geniş qarderobları ilə seçilirdi. Sərhədlərin açılmadığını və sonrakı proseslərin necə olacağını bilmədiyimiz üçün turizminlə bağlı nə isə proqnozlaşdırmaq çətindir. Bu o da o deməkdir ki, turistik stilə də artıq tələbat olmayacaq. Bütün bunlar dəb aləmi üçün çox ciddi dəyişikliklərdir.
- Fəxriyyə xanım, koronavirus xanımları alış-verişdə daha düşüncəli davranmağa məcbur edəcək?
- Düşünürəm ki, iki variant olacaq. Şopinq həmişə antistress hesab olunub, odur ki, stressdən xilas olmaq istəyən xanımlar alış-verişə üz tutacaq. İkinci variant - qənaətcillikdir. Məncə, biz artıq qənaətcil olmağı və rasional düşüncə tərzini öyrənmişik. Məsələn, əvvəllər hesab edirdim ki, mənə iki çanta lazımdır, indi görürəm ki, bir çanta ilə də bir mövsüm keçinə bilərəm. Bu düşüncə tərzi çoxunda yaranacaq, amma şopinq terapiyadan istifadə edənlərin də sayı az olmayacaq...
- Dünyada dəb sahəsində gedən bu dəyişikliklər ölkəmizə də təsir edəcək?
- Çox böyük ticarət obyektləri və geniş həcmdə geyim satışı ilə məşğul olan mağazalara pandemiya təsirsiz ötüşməyib. Təbii ki, moda evləri də kifayət qədər zərər çəkib, sifarişlərin olmaması biznesin zəifləməsinə gətirib çıxarır. Əsas sifarişlər ziyafət libaslarına və gəlinlik geyimlərinə idi. Ayın sonunda məzun günü olmalı idi. Bu günü məzunlar toplanıb təntənəli şəkildə qeyd edərdi, təbii ki, bu münasibətlə hər kəs gözəl libaslar alırdı. Bu il məzuniyyət günlərinin necə keçiriləcəyi məlum deyil...
Dəb sənayesi iqtisadi baxmdan zərər çəksə də, moda aləmi evdə qal, amma dəbdən qalma prinsipini diktə edir. Evdəyiksə, bu, o demək deyil ki, bütün gün ev geyimlərində gəzməliyik. Bu, anormal yanaşmadır. Hesab edirəm ki, biz bu mərhələyə uyğunlaşmalıyıq. Rahat və komfortlu, bir o qədər də rəngli geyimlərə üstünlük verməyi tövsiyə edirəm. Dəbli şalvar, ətək, bluz və donları evdə də istifadə etməliyik, özüm də belə edirəm. Evdə də bəzək-düzəkli görünməliyik. Pandemiya səbəbindən elan edilən karantin rejimində xüsusi günləri evdə qeyd etmək məcburiyyətindəyik. Doğum günlərini evdə keçiririksə, bunun üçün evdə də xüsusi hazırlıq görmək olar.
Gənclərin arasında yeni trend yaranıb. Sosial əbəkələrdə canlı yayım açanda və ya sadəcə söhbətləşmək üçün video görüntülü danışanda, gözəl geyimlərini geyinirlər. Onlayn ünsiyyət indiki halda zərurətdir, təbii ki, virtual olaraq kiminsə evinə qonaq oluruqsa, səliqə-sahmalı və eleqant görünmək vacib şərtdir.

- Yeri gəlmişkən, sizin karantin günləriniz necə keçir? Hansı planlarınızı təxirə saldı?
- Müəllimlik fəaliyyətim tam şəkildə davam edir, onlayn varianta keçmişik, tələbələrimə motivasiyaedici video roliklər çəkib göndərirəm. Eyni zamanda ATV kanalında yayımlanan “Zövqə doğru” verilişinin layihə rəhbəriyəm.Verilişin formatını tamamilə dəyişdik. Həyat tərzi və sağlamlıqlıq barədə tamaşaçılara faydalı məsləhətlər veririk.
Ətir istehsalımla bağlı layihə qaldı, yəqin ki, bu prosesə sonra qayıdaram. O cümlədən yay kolleksiyasının təqdimatı təxirə düşdü. Kolleksiyaların nümayişini onlayn formada həyata keçirmək olar. Milan Moda Həftəsinin yeni keçirilmə qaydası ilə tanış olduqdan sonra bu istiqamətdə işlər aparacam. Əvvəllər modapərəstlər kolleksiyaları canlı izləyirdi, indi bütün təəssüratları onlayndan almaq məcburiyyətindəyik, bu da yeni emosiyalardır...
- Koronavirusun dəb aləminə gətirdiyi maska yeniliyini necə qiymətləndirirsiniz?
- Ən çevik reaksiya dəb aləmindən gəldi. Bütün brendlər istehsalı dəyişdi və maska hazırlamaq prosesinə başladı, bir çoxu xəstəxanalara təmənnasız paylayırdı. Maskanın hazırlanma qaydasını lentə alıb izləyicilər üçün paylaşdım, tələbələrimə də yolladım ki, tikib öz yaxınlarına paylasınlar. Onsuz da karantin qaydaları yumşalandan sonra daha çox maska zərurəti yaranacaq. Məlumatlardan oxuyuruq ki, metro və nəqliyyat vasitələrinə maskasız girmək qadağan olacaq. Tələbat birə-beş artacaq. Getdiyim yerdən asılı olmayaraq, hər zaman maskadan istifadə edirəm. Məni heç kim maskasız görə bilməz. Maraqlıdır ki, ciddi tövsiyələrə bəzi insanlar çox biganə yanaşır. Bunu mənfi hal kimi dəyərləndirirəm. Bütün verilən tövsiyələrə mütləq qaydada məsuliyyətli yanaşmaq, xüsusilə maska taxmaq lazımdır. Maska bu dönəmin zərurətidir, qoruyucu vasitədir.
- Ümumiyyətlə, müsbət tərəfdən yanaşsaq, pandemiya insanlara sizcə, hansı dərsi verdi?
- Uşaqlar və gənclər dərk etməsə də, məsuliyyəti öz çiynində olan insanların artıq həyata baxışı və münasibəti dəyişib. Anladılar ki, həm vaxtın qədrini bilmək, həm də peşəkarlıq üzərində işləmək lazım idi. Pandemiya göstərdi ki, peşəkarlığı yüksək səviyyədə olan insanlara istənilən vaxt tələbat var.
Fikrimcə, pandemiya, öa ayaqları üstündə dura bilməyən, kaprizli və eqoist insanlar üçün xüsusilə çətin oldu. İnsan xarakterik xüsusiyyətlərinin və keyfiyyətlərinin üzərində işləməlidir. Hazırkı situasiya bir çox məsələləri qabartdı. İradə, dözüm, səbir kimi keyfiyyətlərə malik olan insanlar situasiyadan çıxacaq və növbəti mərhələyə adaptasiya olacaqlar.
Baxış sayı: 1 155
Bölməyə aid digər xəbərlər

17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı