Bütün xəbərlər
Ermənistan MN: Təhvil verilməyən silahlara görə Rusiyaya olan borc azalacaq
Tarix: 15-01-2025 19:39 | Bölmə: Karusel

Moskva və İrəvan Ermənistan tərəfinə təhvil verilməyən silahlardan istifadə etməklə Ermənistanın Rusiyaya olan borcunun həcmini azaltmaq barədə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
O qeyd edib ki, sazişin icrasının hansı mərhələdə olduğunu söyləməyə hazır deyil.
“(Ermənistan) maliyyə nazirinin verdiyi məlumata görə, ödənilmiş və təhvil verilməmiş silahların məbləği Ermənistan və Rusiya arasında razılaşmaya uyğun olaraq Ermənistanın dövlətlərarası borcundan çıxılacaq”, - TASS Papikyandan sitat gətirir.
Bundan əvvəl Ermənistan hakimiyyəti İrəvanın Moskvadan pulunu ödədiyi silahları almadığını iddia edirdi. Eyni zamanda, Ermənistan bu məsələni tərəfdaşlıq şəraitində həll etməyə hazır olduğunu bildirib.
Papikyan bəyan edib ki, Ermənistan və Rusiya hazırda birgə hərbi təlimlər keçirməyi planlaşdırmır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər