Bütün xəbərlər
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
Tarix: 25-10-2026 17:39 | Bölmə: Karusel


 Fransadakı iğtişaşlarda saxlanılanların sayı artıq 1300-ü keçib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Fransada ümumilikdə 1314 nəfər həbs edilib.
Qəzet bu rəqəmlərin ilkin olduğunu və yenilənəcəyini vurğulayıb. Qeyd olunur ki, Fransa hüquq-mühafizə orqanları artıq bir neçə araşdırmaya başlayıb.
Şənbə günü Fransanın xarici işlər naziri Loran Nunyes bildirib ki, polis 24 oktyabrda baş verən iğtişaşların yatırılması zamanı təxminən 1000 nəfəri saxlayıb. BFMTV-nin məlumatına görə, 24 oktyabrda keçirilən etiraz aksiyalarına ölkə daxilində 410.000 insan qatılıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib