Bütün xəbərlər
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
Tarix: 27-10-2026 15:43 | Bölmə: Karusel
 
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla Finlandiya və Norveç liderləri Aleksandr Stubb və Yonas Qar Störe ilə əlaqələrini müzakirə etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Putin, Stubb və Störe arasında telefon danışığı çərşənbə axşamı baş tutdu.
Vladimir Putinin 21 oktyabrda Sankt-Peterburqda Vitkoffla danışıqları və Aleksandr Stubb və Yonas Qar Störenin Osloda S.Vitkoff və V.Zelenski ilə əlaqələri nəzərə alınmaqla Ukrayna böhranının həlli ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edildiyi kimi, Putin Stubb və Störe ilə söhbətində Ukraynadakı mövcud vəziyyəti qiymətləndirib və liderlər telefon əlaqəsini saxlamaq barədə razılığa gəliblər.




Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib