Bütün xəbərlər
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
Tarix: 25-10-2026 10:15 | Bölmə: Karusel

 "Moldova və Ukrayna tezliklə yeni hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaqlar". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatyi "Vocea Basarabiei" radiostansiyasında məlumat verib.
Nazir aydınlıq gətirib ki, Kiyevlə əməkdaşlıq Kişinyova müdafiə sənayesi sahəsindəki inkişaflara çıxış əldə etməyə imkan verəcək.
"Sənəd Kişinyov və Kiyev arasında mövcud müqavilələri tamamlayacaq və bizə müdafiə qabiliyyətlərimizi gücləndirməyə kömək edəcək hərbi səviyyəli informasiya texnologiyalarına və həllərə çıxış imkanı verəcək".
NOSATYI QEYD EDİB.
Nazir əlavə edib ki, müzakirə Moldovada dron yığımının yaradılması ilə də bağlıdır.
Prezident Maia Sandu əvvəllər ölkənin pilotsuz uçuş aparatları və anti-dron sistemlərinin istehsalı üçün dövlət-özəl tərəfdaşlığına icazə verə biləcəyini bildirmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib