Bütün xəbərlər
Ruslar Parisdə keçirilən Paralimpiya Oyunlarında 20-si qızıl olmaqla 64 medal qazanıblar
Tarix: 08-09-2024 15:20 | Bölmə: Karusel

Rusiya idmançıları Parisdə keçirilən XVII Paralimpiya Oyunlarında 20 qızıl, 21 gümüş və 23 bürünc olmaqla 64 medal qazanıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarışda sonuncu yarışan görmə qüsurlu idmançıların marafon yarışında 4-cü yeri tutan Denis Qavrilov olub.
Parisdə keçirilən Paralimpiya Oyunlarında 88 rusiyalı idmançı iştirak edib. Onlar idmanın beş növü - triatlon, atletika, stolüstü tennis, üzgüçülük və taekvondo üzrə mübarizə aparıblar. Onlara neytral statusda yarışmağa icazə verildi, buna görə də medallar ümumi sıralamada nəzərə alınmır.
Paralimpiya Oyunlarında Belarus idmançıları da neytral statusda mübarizə aparıblar. Onlar 6 qızıl və 1 gümüş medal qazanıblar.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin üzgüçülük üzrə paralimpiya çempionu Mariya Pavlovaya təbrik teleqramı göndərib.
O, SB7 yarışında 100 metr məsafəyə brassda dünya rekordu ilə qızıl medal qazanıb. Pavlovanın nəticəsi 1 dəqiqə 26,09 saniyə olub.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər