Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin göstərişi ilə terror aktı hazırlayan rusiyalı saxlanılıb
Tarix: 05-08-2024 10:51 | Bölmə: Karusel

Zaporojye vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktı hazırlamaqda şübhəli bilinən Rusiya Federasiyası vətəndaşını saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, FTX-nin regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxs hərbi-mülki administrasiyanın məmurlarına qarşı terror aktı planlaşdırırmış.
FSB-nin məlumatına görə, saxlanılan şəxs öz təşəbbüsü ilə Telegram və Threema internet messencerləri vasitəsilə administrasiya rəsmiləri haqqında məlumat toplayıb düşmənə ötürüb. Daha sonra o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi ilə əldəqayırma partlayıcı qurğu yerləşdirərək terror aktı törətməyə cəhd edib.
Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan axtarışlar zamanı partlayıcı qurğunun hazırlanması üçün komponentlər, o cümlədən trotil və heksogen aşkar edilərək götürülüb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zaporojye vilayəti üzrə istintaq idarəsi terror aktı törətmək və dövlətə xəyanətlə bağlı maddələrlə iki cinayət işi açıb.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər