14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Türkiyə Patriarx Varfolomeyi vətəndaşlıqdan məhrum etməyi təklif edir
Tarix: 22-07-2024 12:28 | Bölmə: Karusel

Türkiyədə Patriarx Varfolomeyə qarşı silaha sarıldılar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çoxları onun siyasi fəaliyyətindən razı deyil. Artıq din xadiminin İstanbuldan qovulmasını tələb edən səslər var.
Müxalifət partiyası ATA başqanının müavini Emin Faxir Gür patriarxın vətəndaşlıqdan məhrum edilməsinin tərəfdarıdır. Onun fikrincə, Varfolomeyin vəzifəsi möminlərə xidmət etməkdir.
“Yunanıstan Patriarxlığının rəhbəri və Amerika arxiyepiskopunun beynəlxalq arenada Türkiyə əleyhinə bəyanatlar verməsi yolverilməzdir”, - deyə, o, RİA Novosti ilə söhbətində bildirib.
Yada salaq ki, Patriarx Varfolomey ABŞ-a səfəri zamanı Türkiyə hakimiyyətini tənqid etmişdi. Din xadimi hakimiyyətin İstanbuldakı Ayasofya kilsə-muzeyini “yalnız müsəlmanlar üçün” məscidə çevirmək qərarını ədalətsiz və uğursuz hesab edib.
Bundan əlavə, o, Zelenski sülh sammitində yekun kommünike imzalayıb.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər