Bütün xəbərlər
"Monako"nun yarımmüdafiəçisi Qolovin: "Paris Saint-Germain" ilə döyüşməyə çalışacaq"
Tarix: 26-02-2024 14:14 | Bölmə: Karusel

Martın ilk günündə Liqa 1-in 24-cü turunun mərkəzi oyununda “Monako” və “Paris Sen-Jermen” komandaları qarşılaşacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa çempionatının çempionu və lideri "Pari Sen-Jermen" moneqasklıları 13 xal qabaqlayır.
Liderdən əhəmiyyətli fərqə baxmayaraq, "Monako" parislilərə mübarizə aparmağa hazırlaşır. Bunu moneqasklı yarımmüdafiəçi Aleksandr Qolovin deyib.
"Hazırda birbaşa rəqiblərlə görüşlər keçiririk. "Nitsa" və "Lens"lə oynadıq, gələn cümə günü isə "Paris Saint-Germain" ilə görüşümüz var. Ümid edirəm ki, uğurlu çıxış edəcəyik. Rəqibin ciddi olduğunu başa düşürük, onlar liderlik edir. Amma biz evdə oynayırıq və azarkeşləri sevindirməyə çalışacağıq”, - deyə, “Sport-Ekspress” Aleksandr Qolovindən sitat gətirir.
Ötən gün “Monako” səfərdə “Lens”ə 3:2 hesabı ilə qalib gələrək üçüncü pilləyə yüksəlib. Qolovin knyazlıq klubunda 20 çempionat matçında çıxış edib və 6 qol vurub.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər