22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Nizami Cəfərov: “Sumqayıt hər zaman ölkəmizdə ən çox kitab oxunan şəhər olub”
Tarix: 11-09-2019 00:21 | Bölmə: Ədəbiyyat




Nizami Cəfərov: “Bu şəhərdə kitabla bağlı elə tədbirlər keçirmək olar ki, hər zaman tarixdə qalar”

“Sumqayıtın icra başçısı bu və bu kimi məsələləri dərindən bilir”
Sentyabrın 16-da Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar olaraq şəhər bulvarında kitab yarmarkası keçiriləcək.
Maraqlıdır, kitab yarmarkaları cəmiyyətin kitaba, mütaliəyə marağını artırmaq baxımından nə dərəcədə önəmlidir? Sumqayıtda, eləcə də respublikamızın digər şəhərlərində bu cür yarmarkaların mütəmadi şəkildə təşkili daha faydalı olmazmı?
Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov Sumqayıtda hər zaman kitaba, mütaliəyə böyük maraq olduğunu vurğuladı:
“Sumqayıt vaxtiylə ən çox kitab oxunan şəhər olub. Çünki gənclər daha çox bu şəhərə can atırdı. Şairlər, yazıçılar da tez-tez bu şəhərə gəlirdi. Bizim çox böyük yazıçımız Vidadi Babanlı ən gözəl əsərlərini ya Sumqayıtda yazıb, ya da bu əsərləri Sumqayıta həsr edib. Bütövlükdə Sumqayıtla bağlı xeyli əsərlər yazılıb.
Sumqayıt bizim bəlkə də tariximizdən keçmədiyi qədər ədəbiyyatımızdan keçib. Onun yeni şəhər kimi salınması, gənclərin bu şəhərə gəlməsi və s. bizim ölkəmizin tarixində elə bir tərcümeyi-haldır ki, bu tərcümeyi-halda kitab, yazıb-yaratmaq eşqi mühüm yer tutur. Hesab edirəm ki, mütəxəssislərlə də məsləhətləşib Suqmayıtda kitabla bağlı elə tədbirlər keçirmək olar ki, bu tədbirlər həmişəlik yaddaşlarda qalar. Bu, tarixi bir iş olar.
Bu gün Sumqayıta rəhbərlik edən şəxs də bu kimi məsələləri dərindən bilir.
Sumqayıt gənclik şəhəridir. Sumqayıt Azərbaycanın gənclik simvoludur. Bu şəhərin bir qədim tarixi, bir də gənclik tarixi var. Sumqayıtın orta tarixi yoxdur. Bir əfsanələrdən ibarət Sumqayıt var, bir də müasir Sumqayıt var. Sumqayıtda kitabın, mütaliənin təbliği üçün hər cür zəmin var. Bu şəhər hər zaman kitabla bağlı olub”.



Baxış sayı: 774


Bölməyə aid digər xəbərlər