18:50 / 15-11-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Tarix: 15-11-2026 18:08 | Bölmə: Mədəniyyət


4-cü mərhələdə mədə xərçəngi diaqnozu qoyulan bloger Valeriya Çekalina sosial şəbəkədə ilk kimya terapiyasının nəticələrini göstərib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, videoda Lerçek parikini çıxararaq qısa saç düzümünü nümayiş etdirib.
Eyni zamanda bloger qeyd edib ki, hazırda sosial şəbəkələrə pariksiz girməyə utanır.
"Pariksiz bir az utancağam".
LERÇEK HESABAT EDİB.
Çekalina ilk kimyaterapiyadan sonra saçlarını daradığı videonu da yayımlayıb. Kadrlarda tüklərin daraqda necə qaldığı görünür. Lerçek eyni zamanda qeyd edib ki, bütün pis enerji saçlarla birlikdə yox olur.
Valeriya Çekalina əvvəllər Çində müalicə olunduqdan sonra sağalacağına inandığını bildirib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər