18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Qafqazşünaslığa töhfə - "Qafqaz xalqlarının tarixi" dərsliyi çapdan çıxıb
Tarix: 17-02-2018 10:54 | Bölmə: Ədəbiyyat
Bu günlərdə "Elm və təhsil" nəşriyyatında Bakı Dövlət Universitetinin "Qafqaz xalqlarının tarixi" kafedrasının müdiri İradə Hüseynovanın ali məktəblər üçün "Qafqaz xalqlarının tarixi" dərsliyi çapdan çıxıb. Bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini əhatə edən və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin Azərbaycanda ərsəyə gəlməsi təsadüfi deyil.
Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə görə mühüm mövqelərdən birini tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti təkcə regional miqyasda deyil, həm də dünya miqyasında şəksiz liderdir və hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan siyasi, iqtisadi, bundan heç də az əhəmiyyət daşımayan mədəniyyət və təhsil sahələrində aparıcı rol oynayır.
Qədim dövrlərdən zəngin mədəni palitrası ilə seçilən Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində dinc yanaşı yaşayan və gözəl bəhrələr verən ümumi ənənələri olan müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm də tamdəyərli xalqlar dostluğu kimi səciyyələnib.
Haqqında söhbət gedən 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir.
Qədim dövrlərdən başlayaraq tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki, Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Oxuculara təqdim olunan dərslik bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Qafqaz dünyaya nə verib və ondan nələr əxz edib. Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və inkişaf tarixinin obyektiv və gerçək şəkildə təqdim olunmasına layiqdirlər.
İradə Hüseynova vurğulayır ki, bəşəriyyət tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür, məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının həqiqi və əhatəli mənzərəsini canlandırmaq.
Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib.
Bəzi regional və dünya aktorlarının geosiyasi ambisiyaları, keçmişə siyasətçilərin və mif yaradıcılığı ilə məşğul olan yalançı tarixçilərin maraqları prizmasından baxılmaması, ərazilərə hansı xalqların birinci sahib olması, onların müstəsnalığı, başqalarından üstünlüyü və bir-birinə qarşılıqlı iddiaları - bütün bu məsələlər Qafqaz xalqlarından və ilk növbədə Qafqaz üzrə mütəxəssislərdən həmin xalqların müasir dövrə qədərki inkişafının bütün tarixi mərhələlərində ictimai-siyasi proseslərin tədqiqinə daha dərin və ölçülüb-biçilmiş yanaşma tələb edir. Bu baxımdan professor İ.Hüseynovanın fundamental əsəri faktlara və hadisələrə milli baxışlar, minilliklər ərzində formalaşmış özünəməxsus mədəniyyət, mənəviyyat, ənənələr, mənəvi-əxlaqi dəyərlər prizmasından Qafqaz xalqlarının çoxəsrlik tarixinin yenidən dərk edilməsinə, öyrənilməsinə və şərh olunmasına tələbatı dəqiq və məqsədyönlü şəkildə stimullaşdırır. Müasir dövrdə Qafqaz ərazisindəki müstəqil dövlətlərdə baş verən hadisələr barədə geosiyasi informasiya dərslikdə ayrıca, yetərincə sanballı bölmədə təqdim edilir.
Elmi fəaliyyətinin böyük hissəsini gənc nəslin ümumbəşəri və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına həsr etmiş müəllifin çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyətinin bəhrəsi olan "Qafqaz xalqlarının tarixi" kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni reallıqlar, əsaslı şəkildə dəyişmiş geosiyasi şərtlər nəzərə alınmaqla, innovativ əsasda hazırlanıb. Bəzi xalqların etnik müstəsnalığına sosial sifarişlərin qarşısını almaq məqsədi daşıyan kitab "Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü sülhməramlı "Ümumqafqaz evi" ideyasını obyektiv əks etdirir.
Tarixin elmi konsepsiyasını - şəksiz təlim və tərbiyə vasitəsi olan biliklərin obyektivliyini rəhbər tutan professor İ.Hüseynova bu əsərinə xeyli faktoqrafiq və analitik material, çoxsaylı yazılı mənbələrdən, habelə artefaktlardan məlumat, oxucuların dərin düşünməsinə və onların öz mövqeyinin formalaşmasına kömək edən əlavə informasiya daxil edib. Nəşr hər bir oxucunu xalqların tarixi-mədəni irsinin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması problemləri və aspektləri barədə düşünməyə sövq etmək üçün də nəzərdə tutulub.
Qeyd edək ki, professor İ.Hüseynova 250-dən çox elmi əsərin, o cümlədən elmi monoqrafiyaların, dərsliklərin, tədris vəsaitləri və proqramlarının müəllifidir.
Qədim zamanlardan bu günümüzə qədərki dövrü əhatə edən, ali məktəb tələbələri, magistrantlar, Qafqazşünas alimlər, tarix, regionşünaslıq, etnosiyasət, dünya geosiyasəti, beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislər üçün nəzərdə tutulan bu dərslik, həmçinin Qafqaz regionunun və bu regionda yaşayan xalqların tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə maraqlanan hər kəsə praktiki yardım göstərəcək.
Baxış sayı: 1 584
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib