18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
Şərqşünaslıq İnstitutunda professor Rüstəm Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib (FOTO)
Tarix: 03-07-2019 17:07 | Bölmə: Ədəbiyyat
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Rüstəm Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdən öncə Şərqşünaslıq İnstitutunun əməkdaşları Rüstəm Əliyevin İkinci Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki akt zalında keçirilən yubiley tədbirini giriş sözü ilə AMEA İctimai elmlər bölməsinin akademik katibi, akademik Nərgiz Axundova açaraq, Rüstəm Əliyevin Azərbaycan elmini, Azərbaycan şərqşünaslığını dünya miqyasında tanıdan alimlərdən olduğunu qeyd edib. N.Axundova Rüstəm Əliyevin keçdiyi elm yolunun hər bir alimə bir örnək olduğunu vurğulayaraq, onun gələcək nəsillər üçün böyük bir elmi miras qoyduğunu söyləyib.
Daha sonra AMEA Humanitar elmlər bölməsinin akademik katibi, akademik Teymur Kərimli çıxış edərək, Rüstəm Əliyevin ilk növbədə bir Azərbaycanşünas alim olduğunu qeyd etdi və onun nizamişünaslıqda xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb.
Sonra məruzələr başlanılıb. “Rüstəm Əliyevin həyatı və elmi fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva dünya şöhrətli şərqşünas Rüstəm Əliyevin Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan olduğunu, orta əsrlər İran, Azərbaycan, ərəb və türk filologiyası sahəsində yüksək intellektə malik bu görkəmli alimin farsdilli ədəbiyyatın tədqiqi və nəşri, mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatların onun istedadının, zəhmətkeşliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yarandığını qeyd edib.
G.Baxşəliyeva bildirib ki, fenomenal yaddaş, sərbəst düşüncə tərzi, yüksək intellekt, dilləri öyrənmək məharəti Rüstəm Əliyevin elmi fəaliyyətində böyük rol oynamışdır. Rus, fars, ərəb, ingilis, türk dillərini mükəmməl bilməsi ona Şərq və Qərb ədəbiyyatlarını orijinaldan oxumaq imkanı verirdi. Hər bir mətnin, mövzunun mahiyyətini, fəlsəfi mənasını dərindən duymaq, tez qavramaq, azad duyum və düşüncə tərzinə, dərin hiss və ağıla, yüksək natiqlik istedadına malik olmaq, dünyanın müxtəlif ölkələrində elmi və siyasi mövzularda mühakimələrinin qətiliyi, məntiqiliyi, cəsarəti və pafosu ilə dinləyicilərini heyran etmək qabiliyyəti Rüstəm Əliyev fenomenini səciyyələndirən xüsusiyyətlər kimi ona Şərqdə və Qərbdə böyük şöhrət qazandırmışdı.
Məruzədə qeyd edildi ki, alimə şöhrət gətirən, onu Şərq və Qərb aləmində geniş tanıtdıran Firdovsinin “Şahnamə” (IV,V.VIII.c.), Ömər Xəyyamın “Rübailər”, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərlərinin elmi-tənqidi mətninin tərtibi, tərcüməsi və tədqiqi olmuşdur. Sonralar alim Nizaminin “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətninin və “Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı”nın tərtibi kimi mühüm elmi işlərin öhdəsindən gəlmişdir.
Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri,filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi “Dünya miqyaslı iranşünas” mövzusunda məruzəsində görkəmli şərqşünas alim Rüstəm Əliyevin elmi yaradıcılığından, onun İran və farsdilli Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanmasında, rus və Azərbaycan dillərinə tərcüməsində müstəsna xidmətlərindən danışdı. Rüstəm Əliyevin fenomenal istedadı sayəsində hələ gənc yaşlarından başlayaraq, dünya şərqşünaslığının nüfuzlu mərkəzlərində öz sözünü dediyini, Azərbaycanı, Azərbaycan elmini yüksək ləyaqətlə təmsil etdiyini vurğulayan M.Məhəmmədi görkəmli alimi XIX əsrin ikinci yarısında və XX əsrin ilk onilliklərində çiçəklənmə dövrünü yaşayan klassik şərqşünaslıq məktəbinin parlaq davamçısı kimi dəyərləndirdi: “Filoloji mahiyyətli bu məktəbin əsasını Şərq dillərinə dərindən bələdlik, əlyazma nüsxələrinin tekstoloji tədqiqi və əksər hallarda tərcüməsi, bu zəmində tarixi-ictimai reallıqlar, fəlsəfi-əxlaqi konsepsiyalar və bədii sistemlər haqqında mülahizələrə keçid təşkil edirdi. Belə bir məktəbin ənənələrinə söykənən Rüstəm Əliyev təbii ki, geniş profilli bir şərqşünas idi və Peterburqda təhsil alması da buna əlverişli şərait yaratmışdı. Buna baxmayaraq, Rüstəm Əliyev ilk növbədə iranşünas idi, onun dar ixtisası fars dili və ədəbiyyatı, eləcə də bütövlükdə farsdilli ədəbiyyat idi”.
Rüstəm Əliyevin bu sahədə ən mühüm və ən geniş tədqiqatlarının dahi İran şairi Sədi Şirazi yaradıcılığı ilə bağlı olduğunu deyən M.Məhəmmədi alimin həm namizədlik, həm də doktorluq dissertasiyalarının Sədi irsinə, konkret olaraq, onun iki şah əsəri «Gülüstan» və «Bustan»a həsr olunduğunu, həm də bu əsərlərin təkcə elmi-tənqidi mətnlərini hazırlamadığını, eyni zamanda onların məzmunu və poetikası barədə ciddi elmi mülahizələrini ortaya qoyduğunu vurğuladı.
M.Məhəmmədi həmçinin Rüstəm Əliyevin tanınmış şərqşünas M.N.Osmanovla birlikdə Kembric nüsxəsi əsasında Ömər Xəyyamın rübailərini ruscaya tərcümə etməsini və farsca mətn, müqəddimə və şərhlərlə birlikdə nəşr etdirməsini xatırlatdı, alimin iranşünaslıq fəaliyyətinin ən parlaq səhifələrindən birinin Fürdovsinin «Şahnamə»sinin elmi-tənqidi mətninin 9 cildlik Moskva nəşrinin 4,5 və 8-ci cildlərini hazırlaması olduğunu vurğuladı. Çıxışda həmçinin Rüstəm Əliyevin iranşünaslıq fəaliyyətinin onun farsdilli Azərbaycan ədəbiyyatı, o cümlədən, Nizami, Nəsimi və Füzuli irsi üzərində tədqiqatları ilə tamamlandığı qeyd edildi. Bildirildi ki, Rüstəm Əliyev 1974-cü ildə Tehranda İmadəddin Nəsimi və Fəzlullah Nəiminin fars divanını nəşr etdirmiş, 1958-ci ildə Füzulinin «Leyli və Məcnun»u, 1959-cu ildə isə qəzəlləri Rüstəm müəllimin ön söz və izahları ilə Moskvada rus dilində nəşr edilmişdi. Çıxışda həmçinin Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsərinin müqəddimə və şərhlərlə rus dilinə tərcüməsindən də söz açıldı.
AMEA Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov “Rüstəm Əliyev ərəbşünas kimi” mövzusunda məruzəsində Rüstəm Əliyevin ərəbşünaslıq sahəsində fəaliyyətindən danışdı. İ.Həmidov bildirdi ki, əsas elmi fəaliyyət sahəsi iranşünaslıqla – farsdilli ədəbiyyatın tədqiqi, mətnşünaslıq məsələləri ilə bağlı olan prof. Rüstəm Əliyev ərəb dilində yaradılmış və təsiri dünya mədəniyyətinə keçmiş sivilizasiyanı sadəcə öyrənməklə kifayətlənməmiş, eyni zamanda bir ərəbşünas kimi fəaliyyət göstərmişdir. Rüstəm müəllimin ərəbşünaslıq işləri müxtəlif istiqamətlərdə olmuşdur: ərəb ədəbiyyatına aid yazıları, iranşünas kimi apardığı tədqiqatlardakı müvafiq problemlər haqqında bəhs etdikdə ərəb ədəbiyyatı məsələlərinə yer verməsi, mətnşünaslıq işlərində və filoloji tərcümələri yerinə yetirdikdə nəşrlərə yazdığı izahları, ABŞ, ərəb ölkələri və keçmiş Sovet İttifaqının müxtəlif universitetlərində ərəb ədəbiyyatı tarixinə aid oxuduğu mühazirələri, ərəb filologiyası ilə bağlı keçirilən elmi müzakirə və yığıncaqlardakı çıxışları, ərəb ədəbiyyatının ayrı-ayrı dövrləri sahəsində aspirant və dissertantlara elmi rəhbərliyi. Çıxışda professor Rüstəm Əliyevin ərəb filologiyasına ciddi marağının hələ Leninqrad Dövlət Universitetində təhsil aldığı illərdən başladığı qeyd edildi. R.Əliyev akad. Kraçkovskinin tələbəsi kimi ərəbşünas Rozenin ənənəsini davam etdirmiş və L.Z. Pisarevski ilə birgə universitet tələbələri üçün «Ərəb müntəxəbatı»nı hazırlamışdır. İ.Həmidov çıxışında tanınmış ərəbşünsların və ərəb alimlərinin Rüstəm Əliyevin bu sahədəki fəaliyyəti ilə bağlı söylədikləri fikirləri də tədbir iştirakşılarının diqqətinə çatdırdı. Çıxışının sonunda İ.Həmidov qeyd etdi ki, ərəbşünas R.Əliyev iranşünas R.Əliyevi tamamlamış və onun şərqşünaslıq sahəsində nüfuzunu artırmışdır. Onun bu fəaliyyəti Azərbaycan – ərəb ədəbi-mədəni əlaqələrinin genişlənməsinə təsir göstərməklə bərabər, Azərbaycanda ərəbşünaslığın inkişafına xeyli kömək etmişdir.
Məruzələrdən sonra Rüstəm Əliyevin Moskvada yaşayan oğlu Med Əliyevin videomüraciəti tədbir iştirakçılarına çatdırıldı.
Daha sonra akademik Möhsün Hağısoylu, professorlar Mehdi Kazımov, Vilayət Cəfərov, Rəhim Əliyev, Mahirə Quliyeva, Şəfəq Əlibəyli, Şahin Fazil çıxış edərək Rüstəm Əliyevlə bağlı xatirələrini danışdılar.
Rüstəm Əliyevin ailəsi adından yaxın qohumu Əli Həsənov çıxış edərək, yubiley tədbirinin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Baxış sayı: 1 064
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR