22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Azərkitab" da xalq şairi Vahid Əzizin yaradıcılıq gecəsi keçirildi
Tarix: 20-06-2019 02:31 | Bölmə: Ədəbiyyat




                                                     “Küləyi görən şair“

Nəğməkar şair Vahid Əziz. Bu ad gələndə onun sözlərinə yazılmış mahnılar yada düşür. Özü də kədərli, qəmli mahnılar... Özünün də yazdığı kimi elə bil, yerdə gəzə bilmir, göylərə çıxmaq istəyir. Aylı pəncərədən küləyi görən şairin yaradıcılıq gecəsi keçirildi. 
Gecəni giriş sözü ilə "Azərkitab"in direktoru Sabir Həsənov açdı. Sonra tədbiri şair Yusif Nəğməkar apardı.
                                  
Yazıçılar Birliyinin katibi Cingiz Abdullayev, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin prezidenti  Tofiq Əlizadə, millət vəkili Fəzail İbrahimli, əməkdar artist Əli Nur,  Bahar Qasımova, Nəcibə İlkin, Kamran Orucov və başqa ziyalılar şairin yaradıcılığından söz açıblar, onunla bağlı xatirələrini söyləyiblər. Filoloq, qiraətçi Aynur Qafarlı isə şairin "mənə 100 il omur arzulamayın" seirini söylədi.
Qeyd edək ki, Azərbaycanın xalq şairi, tərcüməçi, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Vahid Əziz "Mən küləyi görürəm", "İllərin baharı", "Əllərimin kölgəsi", "Dözmək olmur" kitablarının müəllifidir.
Kamran Orucov
Sabaha-inamla.Az
















Baxış sayı: 1 960


Bölməyə aid digər xəbərlər