02:45 / 25-11-2024
Çiolaku və Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turuna yüksəliblər
02:40 / 25-11-2024
Fiko: "Ukraynada münaqişənin uzanması onun zəifləməsinə gətirib çıxarır"
01:33 / 25-11-2024
Aktyor Vladimir Samoylov 80 yaşında vəfat edib
01:24 / 25-11-2024
Paytaxtın ticarət mərkəzindəki yeməkxanada kütləvi dava olub
01:20 / 25-11-2024
"Azimut": Sukhoi Superjet 100 küləyin kəsilməsi səbəbindən Antalyaya kobud eniş etdi
01:16 / 25-11-2024
"Economist": Ukrayna kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə hücumunu gözləyir
01:10 / 25-11-2024
Müstəntiqlər Antalyada "Azimut" təyyarəsinin yanması ilə bağlı araşdırmalara başlayıb
01:07 / 25-11-2024
Zelenski: "Ukrayna və Qərb mütəxəssisləri "Oreşnik"in qalıqlarını öyrənirlər
00:49 / 25-11-2024
Amerikanın "Möcüzələr sahəsi"nin ilk aparıcısı dünyasını dəyişib
00:42 / 25-11-2024
Uolts: "Tramp xarici siyasətdə ABŞ-ın enerji resurslarından istifadə edəcək"
00:34 / 25-11-2024
Avtobusda qəbuledicinin partlaması nəticəsində sərnişin xəsarət alıb
00:29 / 25-11-2024
Tbilisi polisi müxalifətin karvanını şəhər mərkəzinə buraxmayıb
00:25 / 25-11-2024
Melnik: "Trampın andiçmə mərasimindən əvvəlki dövr Ukrayna tarixində ən çətin dövr olacaq"
22:30 / 24-11-2024
Soçi sakinləri şəhər yaxınlığında zəlzələnin baş verdiyini bildiriblər
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
22:17 / 24-11-2024
İlham Əliyevdən COP29-un yekunları ilə bağlı - Paylaşım
22:13 / 24-11-2024
Leyla Əliyeva Altıağacda - Fotolar
22:06 / 24-11-2024
“Sumqayıt”dan əzmkar qələbə
21:52 / 24-11-2024
Ərdoğan Putinə deyib ki, Türkiyə Rusiya ilə ticarəti artırmağı hədəfləyir
21:46 / 24-11-2024
Litva silah və elektrik generatorlarını Kiyevə köçürüb
21:28 / 24-11-2024
İranın ali dini liderinin müşaviri: "Kiyevə yardım azalacaq və Rusiya qalib gələcək"
21:24 / 24-11-2024
Bir qadın Analar Günündə metro stansiyasında uşaq dünyaya gətirib
21:19 / 24-11-2024
Bir gündə 84 nəfər İsrailin Livana endirdiyi zərbələrin qurbanı olub
21:14 / 24-11-2024
"Hizbullah" İsrailin Hayfadakı hərbi dəniz bazasına zərbələr endirib
14:32 / 24-11-2024
Bakı aeroportu COP29-da - Video
14:25 / 24-11-2024
48 ton surroqat spirti müsadirə edilib
14:22 / 24-11-2024
Peskov: "ABŞ Putinin siqnallarına məhəl qoymadı və qəti addımlar atmaq lazım idi"
13:38 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
13:24 / 24-11-2024
"Sky News": ABŞ-ın Böyük Britaniyadakı hava bazaları üzərində naməlum İHA-lar aşkarlanıb
13:20 / 24-11-2024
Primorski sakini ilə zəngə cavab verməyə gələn polis arasında baş verən dava videoya çəkilib
13:16 / 24-11-2024
Yanar materialların olduğu anbar yanır
13:13 / 24-11-2024
Rep konsertindən sonra üç yeniyetmə reanimasiyaya yerləşdirilib
13:11 / 24-11-2024
Kşilərin səfərbər olması səbəbindən minə yaxın ev istiliksiz qalıb
13:04 / 24-11-2024
"Bloomberg": Malidəki silahlılar "Wagner PMC"nin altı üzvünü öldürdülər
11:21 / 24-11-2024
Bir xəstənin reanimasiyası zamanı mənzildə yanğın başlayıb
11:18 / 24-11-2024
Rudenko: "Qərb Seulu Ukraynada şərik etmək və Pxenyana təzyiq etmək istəyir"
11:13 / 24-11-2024
Merkel: "Qərb və Ukrayna Rusiya ilə dialoqa getməlidir"
MƏMMƏD ARAZLA BAĞLI KÖVRƏK XATİRƏLƏR
Tarix: 15-01-2018 21:55 | Bölmə: Ədəbiyyat
Çoxlarına məlumdur ki, ustad şairimiz, Azərbaycan poeziyasının günəşi Məmməd Arazın sağlığında bizim bağ şairlər, alimlər, ziyalılar məskəni olub. Mənim xudmani "Ordubad bağı”ma zaman-zaman akademik Budaq Budaqov, akademik Vasim Məmmədəliyev, Məmməd Araz, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Musa Yaqub, Əjdər Xanbabayev, Məmməd İsmayıl, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Əşrəf Veysəlli, Çingiz Əlioğlu, İslam Səfərli, Zahid Alqayıtoğlu və bir sıra mötəbər alimlər, respublikamızın tanınmış şəxsləri və rəhbər işçiləri təşrif gətirmiş və məşhur "Məmməd Araz talvarı”nın altında çörək kəsib, çay içiblər. Bağ Ordubadın nadir meyvələrindən sayılan - şərəli, tərəli, şəkəri armud, hülü, bir neçə növdə ərik, cənnət alması ağacları ilə zəngin idi. Hələ kəklikotusunu, baldırğanını və s. demirəm. İndi onlardan az miqdarda ağaclar qalıb. Abşeron şoranlığı bu meyvələrin axırına çıxdı. Baxmayaraq ki, dostlarım Fikrət müəllim Sadıxov və Nurəddin Babayevin köməkliyi ilə mənim və yaxın qonşunun bağı drenaj olunub.
Bağda öz əlimlə calaq vurduğum ağaclar çoxdur. Onlardan ən dəyərlisi, mənim üçün ən qiymətlisi üç üzümü bir-birinə calayaraq aldığım üzüm növüdür ki, bunun da adını ustad Məmməd Arazın şərəfinə "Arazi” qoymuşdum. Digəri isə üç almanı bir cır armud gövdəsinə calayaraq aldığım "Abşeron gözəli” idi.
Burada bir məsələni qeyd edim ki, mənim ustad şairimiz, yarım əsrlik dostum Məmməd Arazla bağlı çoxlu acılı-şirinli xatirələrim var. Onların bir qismini bu dahi insana həsr etdiyimiz "Haqqın var yaşamağa” və "Bu da belə bir ömürdü” kitablarında vermişik. Bu xatirələr isə heç yerdə dərc olunmayıb və dərc olunmayan neçə belə xatirə mövcuddur ki, onları da zaman-zaman gün işığına çıxarmaq niyyətindəyəm inşallah.
"Abşeron gözəli” və namərd barmağı
Bu alma ağacını çoxları görmüş və meyvəsindən dadmışdı. Şair Məmməd Aslan "Azərbaycan” nəşriyyatında, Məmməd Arazın baş redaktoru olduğu "Azərbaycan təbiəti” jurnalının redaksiyasında bu almadan akademik, dünyaşöhrətli alim Həsən Əliyevə verəndə, o gözlərinə inanmamışdı (Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, görkəmli akademik Həsən Əliyev "Azərbaycan təbiəti” jurnalını yaratdıqdan sonra Məmməd Arazın həyatının ən çətin məqamlarında böyük bir xeyirxahlıq göstərərək şairi bu jurnala baş redaktor gətirmiş və görkəmli şairimiz ömrünün sonuna kimi bu jurnala rəhbərlik etmişdir). Həmin saat Sumqayıtın birinci katibi Şənlik Müslümova zəng edir Həsən Əliyev:
- Cəfər həkimi tanıyırsan?
- Əlbəttə, şəhərimizin məşhur cərrahlarındandır. Mənim də üzərimdə xırda əməliyyat aparıb.
- Bağında olmusanmı?
- Xeyir.
- Çox təəssüf. O, bağında elə bir növ alma yetişdirib ki, dünyada tayı olmaz. Mən bu axşam xaricə uçuram. İnşallah xaricdən qayıdan kimi gedərik həkimin bağına.
Bu səs-səda bütün Sumqayıta yayıldı. Bunun canlı şahidləri o illərdə İcraiyyə komitəsində müavin işləyən Təvəkgül Məmmədov, raykomun katibi Mələk xanım Bayramova və ailəmiz idi. Amma mən bu hadisəni yazılı şəkildə gündəliyimdən başqa heç yerdə qeyd etməmişəm. Ancaq tarix ölməsin deyə indi yazıram. O illərdə Ordubadın İaşə idarəsinin müdiri işləyən, yaxın dostum Fikrət Mehdiyevi Şəmsəddin Xanbabayev işdən çıxarmışdı. Özü yanıma gəlmişdi Fikrətin. Elə oldu ki, bir gün sonra mən Ordubada yollandım. Şəhərin özündə yox, Aza kəsiyində düşdüm. Qardaşım İbrahim məni qarşıladı. Vənənd kəndində müşavirə keçirən Şəmsəddin Xanbabayevin görüşünə getdik. Mən bir cavan oğlana dedim ki, Bakıdan gəlmişəm, katiblə vacib işim var. Yavaşca deyin ki, Cəfər həkim sizi maşında gözləyir.
Sağ olsun, beş dəqiqə keçməmiş gəldi. Uca səslə:
- Ay Allah, gör kimlərlə məni görüşdürürsən?!
Hal-əhval tutduq.
- Dadaş, səninlə işim var, - dedim.
Əhvalatı ona danışdım. Bir an susdu. Sonra:
- Baş üstə, bərpa edərik, - dedi.
Çox təkid etdi ki, qalım, qonağı olum. Amma mən Sumqayıtda ağır xəstələrimin olması səbəbindən qala bilməyəcəyimi deyib, üzrxahlıq etdim.
Mən qardaşım İbrahimə dedim ki, Naxçıvana sürsün.
- Ay qardaş, Sumqayıtdan gələsən, qohum-əqraba ilə görüşməyib qayıdasan, adama nə deyərlər?! Bəs atamıza nə deyəcəm?
- Əhvalatı danış, qoy atam da məni bağışlasın. Allah qoysa bir həftədən sonra məzuniyyətə gələcəm.
- Ata sənə dörd quzu ayırıb.
-İnşallah gələndə o məsələlərə baxarıq. İndilikdə hamıya mənim salamımı çatdır.
Qardaşım məni Naxçıvana gətirdi. Təyyarənin uçmasına az qalmış, əlindəki sovqat bağlamasını mənə uzatdı, görüşüb ayrıldıq. Mən Bakıya uçdum.
Evə, sonra isə işə getdim. Evdə də, işdə də dedilər ki, Təvəkgül müəllim səni axtarır. Zəng etdim.
- Hardasan, ay qardaş? - soruşdu.
- Böyük vətəndən bala vətənə getmişdim. Gözlənilmədən, plansız olduğu üçün sənə deyə bilmədim.
- Bilmirəm - dedi, - iki saatdan sonra bağda görüşərik. Yəqin ki, Ordubad lavaşı, pendiri gətirmisən? - əlavə etdi.
- Gətirmişəm, üstəlik təzə şor, təzə nehrə yağı...
Bağa Təvəkgül müəllim, Mələk xanım və Fəzail Tağıyevlə birlikdə getdik. Bağa girəndə balaca hovuzdakı balığa baxdım. Salam verdim. Təvəkgül müəllim hündürdən güldü. Mən əlimdəki çörəkdən biraz kəsib balığa atdım. Hazırlıq gördük. O vaxt bağ evim birmərtəbəli idi, qabağında eyvan vardı. Süfrəni açdım, sonra:
- Qardaş, qoy biraz batırınc yığım, şorla ye, yaxşı olur.
Mələk xanım soruşdu:
- Batırınc nədi?
Təvəkkül müəllim gülə-gülə:
- Sən dağlar qızısan, sizin dağlarda, bağlarda bu göyərtidən bitməz, - dedi.
Onu da deyim ki, Sumqayıtdan bağa gələndə Təvəkgül müəllim mənə akademik Həsən Əliyevin Şənlik müəllimlə danışığının qısa xülasəsini anlatdı.
- Ay Təvəkgül müəllim, belə bir daxmaya akademik gələrsə, mən yerə girərəm, - dedim.
- Narahat olma, biz o məsələyə qayıdarıq.
Kərdiyə yaxınlaşanda ləkin ortasındaki "Abşeron gözəli” almasının budağının yerə dəydiyini görüb duruxdum.
- Hə, niyə dayandın, qardaş?
Mən alma ağacını göstərdim. Dördümüz də elə bil lal olmuşduq. Alma ağacı iki il idi ki, bar gətirirdi. Gördük ki, ağacın dibi qazılıb. Mən ağacın dibini eşdim, nə görsək yaxşıdı?! Alma ağacını dibindən mişarlamışdılar. Onda bağın daş hasarı yox idi. Bir hissəsi məftillə, bir hissəsi isə taxta ilə hasarlanmışdı. Darvazası da yox idi.
Dördümüz də fikrə getdik. Ağacın ətrafını genişləndirib baxdım ki, kəsilən yerdə barmaq endə qabığı qalıb. Ağacın ətrafını mişar daşı ilə bir cərgə hördük, peyin verib, dibinə su tökdük. Ağacın bar gətirən budaqlarının bir neçəsini kəsdik. Yanlarına taxtalar vurub budaqları bağladıq.
- İnşallah, qurumaz, - dedi Təvəkgül müəllim.
- Olan olub, amma görəsən bu işi hansı alçaq görüb?
Mələk xanım:
- Təvəkgül müəllim, biz çox paxıl millətik. Birimiz qalxmaq istəyəndə tez ayağından tutub aşağı çəkirik. Eşidiblər ki, bağa akademik Həsən Əliyev gələcək, paxıllıqdan bu işi görüblər.
Düzü mən elə ağladım ki...
- Biz indi Şənlik müəllimə nə deyək?
Hamımız susduq. Mən dilləndim:
- Bir gün öncə mən Şənlik müəllimdən icazə alıb Ordubada getmişdim. Deyək ki, Cəfər həkimin dostları yığışıb gəliblər bağda ad günü keçirməyə. Hamısı yeyib-içib. Axşam gedəndə samovarın qaynar suyunu bilmədən alma ağacının dibinə töküblər. Ağac da bu hala düşüb.
- Ağıllı məsləhətdi - dedi Təvəkgül müəllim. - Mən elə bilirdim ki, "pinəçilik”dən başqa sənin əlindən bir iş gəlmir, - əlavə etdi.
Fəzail müəllim əsəbi halda başını bulayaraq:
- Ay həkim, buna görəsən hansı namərd qıyıb? Bilsəm, vallah... - dalını gətirmədi (Fəzail müəllim Yardımlı rayonundan idi. Çox yaxşı dost, mülayim kişi idi).
- Təxmini bilirəm. Bu bağa çox gəlib-gedib o adam. Onu da öyrədən var, mənim Allahım ona qənim olacaq inşallah (İnanın, aradan bir ay keçmədi ki, həmin adamı ticarətdə yeyinti olduğuna görə tutub zindana saldılar, 3-4 il yatdı). Amma mən bu adamın kim olduğunu heç kimə demədim. Abşeron gözəlinin taleyi bununla bitdi.
Həmin qurumuş alma ağacını bağın başında çəpərə bağlamışdım. Hər dəfə gedib ona baxardım. Bəzən gözlərimdən yaş da axardı... Həyat yoldaşım Ləyaqət xanım bunu hiss edəndən sonra qurumuş alma ağacını bacıoğlum Babaşın əlilə bağdan çıxartdırır...
Məmməd Araz talvarı və "Arazi” üzümü
Bu üzüm 3 il ərzində o qədər şaxələndi ki, bütün Məmməd Araz talvarının üstünü ötrdü. Hər dəfə şair gələndə onun altında oturardı. Oktyabr ayı idi. Baxdım ki, üzümün yarpaqları saralır. Dibini boylama qazdım və at peyini tökdüm. Sonra şaxlarını budadım. Nə etdimsə kömək olmadı. Bu ağacı hamıya qısqanırdım. İstəmirdim çox olsun. Bağın digər bir yerində calaq etmədiym üçün özümü heç vaxt bağışlamıram. Yadıma düşəndə özüm-özümü çox qınayıram. Noyabr ayının axırları idi. Ləyaqət xanıma dedim ki, Məmməd Arazın başında nəsə bir iş var. Bax, baldırğan qurudu, kəklikotu yox oldu. Heyva ağacına calaq etdiyim sini armud hanı?
Dedi ki, qoca-qoca danışma, hər şey yaxşı olar.
Ürəyimdə "bu qocalıq da bir bəla olub boğazımdan yapışıb mənim” dedim...
...Bir gün Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım müəllimə mənə dedi:
- Cəfər qardaş, o gün Məmməd məndən soruşdu ki, Gülü, bu il Cəfər bizi niyə bağa dəvət etmir görəsən? - Dedim ki, darıxma, onun işi başından aşır. Sənə nə var, qabağında pürrəngi çay, kağız-qələm, gecə-gündüz sözlərlə məşğulsan. Amma Cəfər qardaş amansız xəstəliklərlə ölüm-dirim savaşındadı.
Bir dəfə Məmməd Araza baş çəkməyə gedəndə Gülxanım bacı bunun səbəbini bir daha məndən soruşdu:
- Bacı - dedim - dərdim böyükdü, sonra danışaram...
Bir payız günü meynənin üstündə olan üzüm salxımları büzüşməyə, gilələnib tökülməyə başladı...
...1 dekabr 2004-cü ildə mənə görə dünya məhvərindən oynadı, günəş batdı, sular axarını dayandırdı, dənizin dalğaları özlərini dağa-daşa çırpdılar. Göydən yerə qar əvəzinə daş ələndi, içim zədələndi. Məmmədim bizləri tərk edib, Allahın dərgahına yön aldı...
Mən Ləyaqət xanıma:
- Gördün, qocanın sözü göyərdi. "Arazi” üzümünün nağılı da burda bitdi.
Bağda bir gün və yaxud bir şeirin taleyi
İllər öncəsi, bağın allı-güllü vaxtında dostlarla Məmməd Araz talvarının altında əyləşib samovar çayı içirdik. Samovardan söhbət düşmüşkən, onun da tarixçəsini danışmaqda fayda var məncə. Bu gün də bizdə olan dəyirmi samovarı vaxtilə Sumqayıtda həkim işləmiş Adilə xanım Aslanova ad günümdə mənə bağışlamışdı. Ustad Məmməd Araz haqqın dərgahına qovuşandan sonra işlətməmişik bu samovarı. Deyilənə görə bu samovarı general Mehmandarov sabiq nazir Süleyman Vəzirova bağışlayıb. Mehmandarova isə şah Qacar nəslindən miras qalıb. Süleyman Vəzirov da əmisinin nəvəsi Adilə xanıma hədiyyə edib... Nəhayətdə Adilə xanım tərəfindən mənə bağışlanılıb.
…Yeyib-içəndən sonra çay dəstgahı, sonra nərd oyunu başlandı. Məmməd Araz akademik Budaq Budaqovdan üzr istəyib mənim qolumdan tutdu:
- Qardaş, mənə bir kağız, bir də karandaş gətir. Ərizə yazacam. Deyəsən məni xaricə göndərmək istəyirlər.
Mən tez gedib deyilənləri gətirdim. Şair gülümsədi:
- Bağda qələm yoxdu?
- Sən karandaş dedin, mən də karandaş gətirdim da.
Boynumu qucaqladı:
- Eybi yox, qoy qalsın. Onsuz da bacın üzünü köçürəcək, - dedi. - Qardaş, çox sağ ol, mənim nazımla bu qədər oynayırsan, - əlavə etdi.
- Məmməd, - dedim, - Bizim atalarımız, babalarımız səmimi dost olublar. Allah Hayvalı əmiyə rəhmət eləsin. O olmasaydı bizim babalarımızın, atalarımızın səmimi qardaşlıq, dostluq münasibətlərini bilməyəcəkdik. Mən sənə nəsə edəndə bir rahatlıq tapıram, mənən də, ruhən də, cismən də dincəlirəm.
Bilirdim ki, Məmməd ot biçimindən sonra ondan gələn ətri çox sevir. Odur ki, dünən bağın yoncasını biçib sərmişdim.
Məmmədin çarpayısını bağın ortasında, şəkəri armudla xurma ağacının altına qoymuşdum. Artıq şəkəri armud quruyub, ancaq xurma ağacı şahid kimi hələ də qalır. Əlini çiynimə qoydu:
- Yaxşı ki, varsan, qardaş, - dedi.
Mən onu qələm-kağızla baş-başa qoyub dostlara yaxınlaşdım. Əşrəf müəllim samovara kömür salırdı.
- Zəhmət çəkmə, baçıoğlu Babaşla Nadir (qaynım) o işlə məşğul olarlar, - dedim.
- Bu da bir məşğuliyyətdir, - cavabını verdi Əşrəv Veysəlli .
- Şair yəqin şeir yazır? - soruşdu.
- Yox, - dedim, deyəsən ərizə yazır.
Mən qonaqlardan xahiş etdim ki, yavaş danışsınlar, şair yatır. Onlar da mənim sözümə əməl etdilər. Çarpayı ağaclarla əhatə olunduğundan, görünmürdü. Təxminən 5-10 dəqiqədən sonra Məmməd bizə yaxınlaşdı.
Məmməd İsmayıl:
-Ayə, ay ustad, nə tez doydun ömründə doymadığın yuxudan?
Şair güldü, ancaq dinmədi. Məni işarə ilə çağırdı. Dəftəri mənə gostərdi:
- Bunu elə yerə qoy ki, itməsin. Allah qoysa yaxınlarda gələcəm. Onda mənim yadıma salarsan.
- Baş üstə, - deyib, stolun üstündə olan şokalad qutusunu boşaldıb şairə uzatdım. Şair dəftəri öz əliylə qutuya yerləşdirdi.
- Gəlcəkdə bu ərizə poemaya çevrilə bilər, - dedi.
- Qardaş, bayaq dostumuz İsa Həbibbəylinin sağlığına badələr qalxdı. Sən dedin ki, ondan bir şey xahiş etdim, sağ olsun, o da düzəltdi. Kimdi o?
- Kəndçimizdi. Dayısı mənim qardaşım qızı ilə evlənib.
- Lap yaxşı, sağ olsun İsanı. Gərəkli adamdı, yaxşı dostdu. Sən də mənə hey söz verirsən ki, Naxçıvandan gələndə bağa gətirəcəksən. Neçə dəfə Bakıya gəlib qayıdıb, ancaq bir dəfə də olsun gətirməmisən İsanı.
- İnşallah bir gün o da olar - dedi.
Mən qutunu aparıb qarajda bir yeşiyin içinə qoydum, üstünə də lazımsız əşyalardan atdım. Məmməd Araz ondan sonra tez-tez bağa gəlirdi. Ancaq nə onun, nə də mənim yadıma düşmədi bu dəftər.
1988-ci ildə o bəlalı hadisələr başladı. Bir neçə il ərzində rus şovinstlərinin əli ilə Qarabağ işğal olundu, rayonlarımız bir-bir alınıb Ermənilərə verildi. Xocalı faciəsindən sonra günlərlə gözümə yuxu getmədi. Başımın tükləri töküldü, saçım ağardı. Yüz minlərlə qaçqın və didərgin Azərbaycanın rayonlarına səpələndi, Həmçinin Sumqayıt və Abşeronda məskunlaşdılar. Mir Məhəmməd ağanın məzarı Qubadlının Mirilər kəndində məni gözlədi, yolları namərdlər bağladığından gedə bilmədim. Dostları, qardaşları bir-bir itirdim...
...2017-ci il dekabrın 1-də Məmməd Arazın məzarını Fəxri xiyabanda yad etdik. Mən də çıxış etdim. Dekabrın 2-də qarajda kəlbətin axtarırdım. Köhnə çadırı qaldıranda altında bir qutu gördüm. Üstü lazımsız əşyalarla dolu idi. Ürəyimdə nə əcəb oğlum Əsəd və bacıoğlu Babaş bunları tullamayıb dedim. Bağın o başında kimsə iki dəfə səbr gətirdi. Hansı yazıçınınsa sözü yadıma düşdü: "Səbr eylə, könül, bir gün gələr sən də şadlanarsan”. Qutunun üstündə olanları atdım, dəmir-dümürləri eşələdim. Birdən gözümə Məmməd Arazın dəftəri qoyduğu konfet qutusu dəydi. Keçmiş xatirələr gözlərim önündə canlandı. Qutunu açmaq istəyəndə çürümüş hissə əlimdə qaldı. Mən tez qarajdan bacıoğlu deyə müraciət etdiyim gözəl şairimiz, mənim bütün kitablarımın redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Odaya 3 dəfə zəng vurdum. İki dəfə mobil telefonuna, bir dəfə isə işə. Cavab gəlmədi. Evlərinə zəng etdim. Həyat yoldaşı dedi ki, Cəfər dayı, əgər sizin telefonunuza cavab verməyibsə, deməli rəsmi tədbirdədir. Sonra yaxın dostum, gözəl şairimiz, Əməkdar mədəniyət işçisi Əşrəf Veysəlliyə zəng vurdum:
- Bəli, qardaş.
Hal-əhval tutduq.
- Qardaş, - dedim, - vacib işim var, orda ol gəlirəm.
Sonra:
- Səndə böyüdücü şüşə varmı? – deyə soruşdum.
- Nə olub ki, Hacı?
- Gələrəm orda danışarıq, - dedim.
Mən xalam nəvəsi, Müşfiq qəsəbə məktəbinin direktoru Atakişiyə zəng etdim.
- Vacib işim var, zəhmət olmasa bağa gəl, - dedim.
Yarım saatdan sonra gəldi və biz birlikdə Əşrəf müəllimin yanına getdik.
- Sən telefonla şəkil çəkə bilirsənmi? – soruşdum.
- Mənim telefonumla çəkmək olmaz, köhnədi.
Mən məsələni danışdım.
- Qardaş, yadımdadı, - dedi Əşrəf müəllim.
Qapını bağladı. Çürümüş qutunu ehmalca açdı. Tikə-tikə olmuş yazını stolun üstünə düzdüm. Burda mənim də günahım var idi. Qutunu götürəndə ehtiyatsızlıq üzündən çürümüş kağızların tikələnməsinə səbəb olmuşdum.
Böyüdücü ilə baxdıq, Məmməd Arazın xətti idi. Əşrəf müəllim dedi ki, Hacı bu ərizə deyil, şeirdi. Başdan İsa, sonra Həbib sözünü oxuduq. İki saatdan çox çəkdi bizim bu əməliyyatımız. Nəhayət ki, şeirin İsa Həbibbəyliyə ünvanlandığını aydınlaşdıra bildik.
...Yazını qutuya düzüb bağa gəldim. Hava açıq idi. Soyuq olsa da gün çıxmışdı. Əşrəf müəllim demişdi ki, kağız bir saata kimi açıq havada qalsa pis olmaz. Məmməd Araz talvarının altında qutunu təzəcə yerə qoymuşdum ki, telefon zəng çaldı. Tanış gəlməyən bir kişi səsi idi:
- Əmi, Məmməd Arazın qardaşı qızı Rəhilə Elçin vəfat edib, Heydər məscidindəyik.
Düzü çox pis oldum. Hər şeyi unutdum, vərəqlər talvarın altında qaldı. Bir də Heydər məscidində - yas mərasimində qutu yadıma düşdü. Bir neçə dəfə evə zəng çaldım. Götürən olmadı. Axşam qayıdanda yağış yağırdı. Külək isə amansızcasına əsirdi. Əlimdə fənər bağı gəzdim. Ancaq boş qutunu tapa bildım. Bu da tarixi yazının havaya sovrulan sonu oldu...
Nəticə
Hərdən bağı gəzir, sənsizliyin ağrı-acısını yaşayıram. Bir an da olsun fikrimdən çıxmır, fikrimdə, düşüncəmdə, ruhumda cismimdə yaşayırsan, ustadım, dostum, qardaşım, həmdəmim Məmməd Araz. Və Rafiq Odayın illər öncə sənə həsr etdiyi bu misraları beynimdə təkrar-təkrar dolandırıram:
Bu torpağı qarış-qarış gəzmisən,
Qadan alım, Məmməd Araz, bir də gəz.
Nə görmüsən, inci kimi düzmüsən,
Qadan alım, Məmməd Araz, bir də düz.
Dedin müşkül necələri ver mənə,
Sən yuxusuz gecələri ver mənə.
Görən varmı ürəklərdə yer mənə? -
Qadan alım, Məmməd Araz, bu nə söz.
Zaman bizi körüyündə körüklər,
Səhər-axşam arxasınca sürüklər,
İstəyirsən acmı qalsın ürəklər? -
Qadan alım, Məmməd Araz, hələ döz.
Getdin... Ürəklərimizi ac qoyub getdin, USTAD!
Hacı Cəfər həkim QULİYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
"Şöhrət” ordenli həkim-cərrah
ADALET.AZ
Baxış sayı: 1 764
Bölməyə aid digər xəbərlər

13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski