18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
Tarix: 11-06-2019 19:24 | Bölmə: Ədəbiyyat
Baxış sayı: 1 173
Bölməyə aid digər xəbərlər
Tarix: 11-06-2019 19:24 | Bölmə: Ədəbiyyat
![]() |
| Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığına aid ayrı-ayrı dövrlərdə qələmə alınan məqalələrin, müxtəlif səpkili materialların yer aldığı dəyərli elmi mənbə olan “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, oncildliyin ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, layihə rəhbəri AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Tədbir iştirakçıları əvvəlcə 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə Naxçıvan şəhərində Hüseyn Cavidin məzarı üzərində əzəmətlə ucaldılan məqbərəsi önünə gələrək gül dəstələri qoyub, Hüseyn Cavidin Ev-Muzeyini ziyarət ediblər. Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavid Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə vaxtilə milli ruhda yazılan, türkçülük ideologiyasını və islami dəyərləri təbliğ edən əsərlərə görə repressiya qurbanı olan Hüseyn Cavidin cənazəsinin 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilməsi böyük cəsarət tələb edən nadir tarixi hadisə idi. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işləyən Ümummilli Lider yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış edib. Bakıda Hüseyn Cavidin abidəsi ucaldılıb, 125, 130 və 135 illik yubileyləri geniş qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı müvafiq sərəncamlarına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub. Bölmə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı, Hüseyn Cavid irsinin davamçısı Ərtoğrol Cavidin 100 illik yubileyinin qeyd olunması, belə bir əlamətdar ildə Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Cavidşünaslıq” 10 cildlik dəyərli toplunun təqdimatının ilk olaraq onun doğulduğu diyarda keçirilməsi böyük tarixi hadisədir. Kitabda yer alan materiallar Cavid irsini araşdıran tədqiqatçılar üçün əsaslı mənbə rolunu oynayacaq. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyan görkəmli dramaturq Hüseyn Cavidin yaradıcılığı XX əsrin 20-30-cu illərində ədəbi tənqidin və mətbuatın diqqətində olub. “Burjua-millətçi” baxışlarına, turançılıq görüşlərinə malik olan, sovet cəmiyyətinə laqeyd münasibət bəsləyən sənət adamı kimi 1937-ci ildə həbs olunan böyük ədib 1956-cı ildə siyasi bəraət alıb. Buna baxmayaraq, əllinci illərin sonlarınadək Hüseyn Cavid haqqında ciddi bir məqalə yazılmayıb. İsa Həbibbəyli deyib: Ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq son yarıməsrlik müddətdə Hüseyn Cavidin həyatı və çoxcəhətli yaradıcılığı geniş və sistemli şəkildə tədqiq edilib. Bir sıra alimlər görkəmli ədibin poeziya və dramaturgiyası, ədəbi-nəzəri görüşlərinə dair sanballı elmi-tədqiqat əsərləri yazaraq nəşr etdiriblər. Azərbaycan cavidşünaslığın keçdiyi bir əsrlik böyük və keşməkeşli yol çoxcildlik külliyyatı yaratmağa imkan verir. Ümumilikdə, 30 cildlik nəzərdə tutulan toplunun bu gün təqdimatı keçirilən ilk 10 cildliyi gələcək tədqiqatçılar üçün etibarlı, əsaslı məxəzdir. Qeyd edilib ki, nəşrin XX əsrin 20-30-cu illərini əhatə edən cildləri bu mürəkkəb, zəngin və ziddiyyətli dövrün ədəbi mübahisələrini, bu mübahisələrin hansı problemlər ətrafında getdiyini, Hüseyn Cavidi repressiyaya aparan səbəblər bir ədəbi-tarixi epoxa kimi ədəbi tənqidin nəzəri-metodoloji səhvlərini aydınlaşdırmağa material verir. Kitabda Hüseyn Cavid şəxsiyyətinin yenilməzliyi, bütövlük və əzəməti əks olunur. Bir sözlə, AMEA-nın elmi layihəsi əsasında hazırlanmış “Cavidşünaslıq” çoxcildliyi görkəmli şairin bütöv şəxsiyyətinə və ölməz sənətinə ucaldılmış elmi abidədir. AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında diqqətə çatdırıb ki, gərgin zəhmətin məhsulu sayılan yeni nəşr böyük romantik şair və filosof haqqında möhtəşəm bir dövrün tarixini geniş şəkildə əks etdirir, onun ədəbi-bədii düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan yaradır. AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxışında rəhbəri olduğu muzeyin mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, “Cavidşünaslıq” 10 cildlik kitabda böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında çoxsaylı məqalə və resenziyalarla yanaşı, bütün məlumatlar öz əksini tapıb. Toplunun növbəti cildləri üzərində də işlərin davam etdirildiyini vurğulayan Gülbəniz Babaxanlı vurğulayıb ki, özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir. Tədbirdə AMEA Naxçıvan Bölməsinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov çıxış edərək dəyərli elmi nəşrin əhəmiyyətindən danışıblar. Sonda AMEA Naxçıvan Bölməsinə və muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarına “Cavidşünaslıq” 10 cildlik, Ərtoğrol Cavidin seçilmiş əsərlərindən ibarət 13 cildlik, Azərbaycan ədəbiyyat tarixi kitabları, eləcə də Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət disklər hədiyyə olunub. |
Baxış sayı: 1 173
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR














