22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Atam məndən imtina etdi” - Nurəddin Mehdixanlı
Tarix: 11-06-2019 01:39 | Bölmə: Ədəbiyyat
“Atam məndən imtina etdi” -  Nurəddin Mehdixanlı


ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı xalq artisti Nurəddin Mehdixanlı olub.
Axşam.az xəbər verir ki, aktyor çətin keçən tələbəlik illərindən danışıb:
“Tələbəlik illəri mənə çox şey öyrətdi. Atam hüquqçu, mən isə hərbiçi olmaq istəyirdim. Sonradan gəldim İncəsənət Universitetinə. Atam məndən imtina etdi. Dedi ki, nə qədər ki, orada oxuyursan, mənim oğlum deyilsən.
Kifayət qədər imkanlı ailə idik, amma mənə kömək etmədilər. Mən də tələbə vaxtı gündüzlər oxuyuub, gecələr işləyirdim. Dəniz Vağzalına gedib günə 10-15 manata müxtəlif işlər görürdüm”.
                              



Baxış sayı: 744


Bölməyə aid digər xəbərlər