18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb - REPORTAJ
Tarix: 23-04-2019 15:32 | Bölmə: Ədəbiyyat
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümüdür.
Prezident İlham Əliyev ədibin yubileyinin qeyd olunması ilə bağlı bu ilin yanvar ayında müvafiq sərəncam imzalayıb.
Böyük ədib Gürcüstanın paytaxtı Tbilisidə uzun illər yaşayıb-yaradıb və müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. Mirzə Cəlilin Tbilisidə yaşayıb-yaratdığı ev muzeyinin onun 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Belə ki, son iki ildə Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqlarını bildiriblər.
Aprel ayında uzun illər nəinki Qafqazda, hətta bütün Yaxın Şərqdə yeganə illüstrasiyalı və rəngli satirik jurnal olan “Molla Nəsrəddin”in Tbilisidə ilk sayının işıq üzü görməsindən (7 aprel 1906-cı il) 113 il ötür. Mirzə Cəlilin yazdıqlarına görə, “jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı”.

Bu iki əlamətdar tarixlər fonunda “Report”un Gürcüstan bürosu C.Məmmədquluzadənin vaxtilə Tbilisi şəhəri, Mtatsminda rayonu, Besiki küçəsi, 24 ünvanında yaşadığı evin hazırkı durumu ilə maraqlanıb.
Böyük ədib Tbilisidə yaşadığı ev barədə yazırdı: “Müqəddəs Davud küçəsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi”.
1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin muzeyi açılıb. İkiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki 2 otaqlı mənzil isə ev-muzeyi kimi qorunub saxlanıb.
Binanın fasadından tikilinin qəzalı vəziyyətdə olduğu aydın görünür. Pas atmış navalçalar və pəncərə məhəccərləri, ovulub dağılan fasad binada 20 ildən çoxdur ki, heç bir təmir-bərpa işlərinin aparılmadığını əyani olaraq sübut edir. Yaxınlıqda yeni binanın inşa olunması da tikilinin fasad hissəsinə ciddi ziyan vurub. C.Məmmədquluzadənin binanın fasadına vurulan xatirə lövhəsi də köhnəlib. Lövhədə gürcü və kiril əlifbaları ilə “Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. (1866 Naxçıvan – 1931 Bakı)” yazısı əks olunub.

Ev-muzeyin olduğu mənzilin interyerinin vəziyyəti də olduqca acınacaqlıdır. Otaqların tavan və bütün divarlarında dərin çatlar var. Divarlar hər an uçmaq təhlükəsi ilə üz-üzədir.
Muzeyin yalnız bir otağında az sayda da olsa, müəyyən eksponatlar qorunub saxlanılıb. Bunlar, əsasən, C.Məmmədquluzadə və ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının nüsxələri, məcmuədə dərc olunan Abdulla Şaiqin portreti, tar və kamança və digər materiallardır. Muzeyin eksponatlarının siyahısının heç vaxt tərtib olunmadığı məlum olur. Digər otaqda da vaxtilə bəzi eksponatların olduğu xüsusi lövhə boş halda gözə dəyir. Həmin eksponatların taleyi naməlumdur.
Muzey illərdir baxımsız qaldığından həmin eksponatlar oğurlanıb. Yoxa çıxan eksponatların Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə təqdim olunduğu bildirilirdi. Lakin muzeyin direktoru Leyla Əliyevа ilə söhbət zamanı bu məlumatın həqiqətə uyğun olmadığı üzə çıxıb. O, rəhbəri olduğu muzeyə C.Məmmədquluzadənin ev muzeyinə aid heç bir eksponatın verilmədiyini bildirib: “Cəlil Məmmədquluzadənin ev muzeyi bizim muzeyin tabeçiliyində deyil. Muzeyin əsaslı şəkildə bərpa olunmasına ehtiyac var. Təmir-bərpa işləri həyata keçiriləndən sonra ev-muzey dövlət qeydiyyatına alınmalıdır. Muzeyin daha sonra Azərbaycan Mədəniyyəti Muzeyinin tabeçiliyinə veriləcəyi nəzərdə tutulub. Yalnız bundan sonra biz ev-muzeyə cavabdehlik daşıyacağıq”.
Son vaxtlar ev-muzeyə Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası himayədarlıq edir. Şuranın sədri İsaq Novruzov bildirib ki, otaqların və eksponatların təmizliyinə nəzarət olunur. Şuranın hesabına otaqlardakı bəzi çatlar yamanıb, bir qapının çürüyən hissəsi taxta lövhə ilə əvəzlənib.

İ.Novruzov bu yaxınlarda Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun muzeyə baş çəkdiyini xatırladıb. Şura sədrinin sözlərinə görə, Tbilisi meriyası muzeyin yerləşdiyi binanın fasadının möhkəmləndirilməsi üzrə işlər aparmalıdır: “Bundan sonra muzeyin daxili hissəsinin vəziyyətini ekspertlər qiymətləndirməlidirlər. Ekspertiza rəyi olandan sonra təmir-bərpa işlərinin smetası tutulacaq”.
Muzeyin bərpa olunması istiqamətində həyata keçiriləcək tədbirlərin tarixləri isə hələ məlum deyil. Belə ki, muzeyin heç bir qeydiyyat sənədi yoxdur və bu da işlərin həyata keçirilməsini ləngidir. Binada ev-muzeyin yerləşdiyi mərtəbədə yaşayan ailənin başqa yerə köçürülməsi ilə bağlı vaxtilə müəyyən danışıqlar aparılsa da, heç bir nəticə əldə olunmayıb.
Gürcüstan paytaxtında qədim binaların bərpası ilə Tbilisi meriyası nəzdində fəaliyyət göstərən Tbilisi İnkişaf Fondu məşğul olur. Qurumun rəsmi internet səhifəsində builki gələcək layihələr siyahısında Besiki 24 küçəsində yerləşən binanın təmir-bərpası yer almayıb.
Ev-muzeyin yerləşdiyi bina əsaslı şəkildə təcili bərpa olunmasa, Mirzə Cəlilin Tbilisidəki izi yox olacaq.

Vaxtilə ümummilli lider Heydər Əliyev böyük ədibin fəaliyyətinə ən yüksək qiyməti verib. “... Əgər Сəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəаliууətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi”.
Azərbaycan xalqının inkişafında və ictimai fikrinin formalaşmasında misilsiz rol oynamış Cəlil Məmmədquluzadənin Tbilisidə yaşayıb-yaratdığı ocağın böyük ədib və yazıçının 150 illiyində bərpa olunması onun xatirəsinə verilə biləcək ən böyük ehtiram və hörmət göstəricisi ola bilər.

Baxış sayı: 1 089
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR