22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Donald Tramp haqqında kitab bestsellerə çevrilib
Tarix: 06-01-2018 18:34 | Bölmə: Ədəbiyyat
Jurnalist Maykl Vulfun “Od və qəzəb: Trampın Ağ evində” kitabı satışa çıxan kimi bestsellerə çevrilib. Kitab hələ çapından əvvəl qalmaqala səbəb olmuşdu.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ liderinin kitab barədə xoşagəlməz sözləri və onun hüquqşünaslarının nəşri qadağan etmək cəhdləri məsələnin daha da böyüməsinə gətirib çıxardı.
“Yaxşı ki, prezidentin çox sayda tviti var. Onlar bir növ kitabın reklamına səbəb oldu. Biz o dəqiqə anladıq ki, çox sayda nüsxə əldə etməliyik”, - deyə Nyu-Yorkda yerləşən kitab mağazasının sahibi bildirib.
“Od və qəzəb: Trampın Ağ evində” kitabı artıq “Amazon” saytında satış üzrə liderlər arasında yer alıb.
Müəllifin sözlərinə görə, Trampın ətrafındakı insanlardan alınan yüzlərlə müsahibənin daxil olduğu kitab onun prezidentliyinin ilk ilində baş verən hadisələrdən bəhs edir.
Ağ evin başçısı isə öz növbəsində kitabı “saxta” və “yalan” adlandırıb.



Baxış sayı: 830


Bölməyə aid digər xəbərlər