22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bir az da dözün, oxucular, Eyruz Məmmədov sizin görüşünüzə Armando ilə gəlir-RƏHMAN ORXAN YAZIR
Tarix: 23-12-2017 09:41 | Bölmə: Ədəbiyyat
Son 30 ildə bir-çox tarixi-sənədli filmlər, xüsusilə də "Sumqayıtın əks-sədası" filmi ilə respublika ictimaiyyəti və xaricdə yaşayan həmvətənlərimiz, eləcə də xalqımızın digər millətlərdən olan dostları arasında böyük rəğbət və nüfuz qazanmış yazıçı-publisist, kinossenarist, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov yeni bədii əsəri - "Sən kimsən, Armando?" ilə oxucularla görüşə hazırlaşır. 
Yazıçının əvvəlki əsərləri kimi yeni kitabı da bugünlərdə "Azəri" nəşriyyatında çap olunur.
Güclü dramatizmi ilə diqqəti cəlb edən bu əsərdə gənc oğlan və onun sevdiyi qız - Aliyə cəmiyyətlə səbəbi anlaşılmayan ictimai-siyasi qarşıdurmaya cəlb edilərək, bu xaosdan aydınlığa, işıqlığa doğru çıxmağa çalışaraq, çox ağır, gözlənilməz situasiyalarla ilə üzləşirlər. Hər şey Aliyəyə qarşı səbəbi bilinməyən sui-qəsd təşkil edilməsindən başlayır. Bunu kim və nə məqsədlə edə bilərdi? Bu sual sevgilisini çox düşündürür və o, hadisəni araşdırmaq qərarına gəlir. Bir sıra adamlarla görüşür və dostlarını da bu işə cəlb edir. Bəzi məsələlər aydınlaşmaqda ikən onun özünü aradan götürmək istəyirlər. Ona qarşı da sui-qəsd təşkil edilir. Cinayətkarlar onun öldüyünü zənn edib, aradan çıxırlar. Ancaq Aliyənin sevgilisi təsadüf nəticəsində sağ qalır. Müalicə olunduqdan sonra da fikrindən dönmür, hansı qüvvələrin və nə məqsədlə onlara qarşı düşmənçilik etdiklərini aydınlaşdırmaq istəyir. Axı, onun fikrincə, nə onun, nə də Aliyənin açıq-aşkar düşmənləri yox idi. Bəs, bu, kimlər ola bilərdi? Əsərdə hadislər getdikcə gərginləşir, qaranlıq qalmış suallara tədricən aydınlıq gətirilir. Məlum olur ki...
Nəyin məlum olduğu kitab çapdan çıxaraq oxucuların ixtiyarına verildikdə tam aydın olacaq.
PS.Eyruz müəllim, sizə uğurlar.Qələminiz kəsərli, hər zaman axtarışda olsun!
SABAHA-İNAMLA.AZ





Baxış sayı: 1 374


Bölməyə aid digər xəbərlər