22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab işıq üzü görüb
Tarix: 13-02-2019 15:05 | Bölmə: Ədəbiyyat

                  

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab işıq üzü görüb.
İnstitutdan Trend-ə verilən məlumata görə, rus dilində nəşr olunan “Персоязычная поэзия XVI-XVII веков” ("XVI-XVII əsrlərdə farsdilli poeziya") adlı əsərin müəllifi Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımovdur.
Əsər farsdilli ədəbiyyatın tarixinin nisbətən az öyrənilmiş bir dövrünə həsr olunub. Burada XVI-XVII əsrlərdə farsdilli poeiziyanın bir sıra aspektləri nəzərdən keçirilir, o dövrün 9 nümayəndəsinin, o cümlədən Əbdi bəy Şirazi, Vəhşi Bafqi, Möhtəşəm Kaşani, Əbul-Feyz Feyzi, Ürfi Şirazi, Nəziri Nişapuri, Talib Amuli, Kəlim Kaşani və Saib Təbrizi yaradıcılığı tədqiq edilir.
Əsərdə həmin şairlərin həyat yolu, ədəbi irsi izlənilir, onların poeziyasının ideya məzmun əsası, janr xüsusiyyətləri nəzərdən keçirilir. Birinci fəsildə ilk öncə araşdırılan dövrün İran və Hindistanda tarixi şəraiti və ədəbi mühiti təqdim edilir. İkinci fəsil isə qeyd olunan 9 şairin ayrı-ayrılıqda həyat və yaradıcılıq yoluna həsr edilib.



Baxış sayı: 715


Bölməyə aid digər xəbərlər