Bütün xəbərlər
Rəfael Dadaşovun kürəkəni: “Qayınatam özünü dolandırsın, bəsimizdir”
Tarix: 26-01-2019 22:44 | Bölmə: Ədəbiyyat
Rəfael Dadaşovun kürəkəni: “Qayınatam özünü dolandırsın, bəsimizdir”


“Zaurla Günaydın” proqramının budəfəki qonağı xalq artisti Rəfael Dadaşov olub.
Axşam.az xəbər verir ki, sənətçinin yanında qızı Səidə Dadaşova, kürəkəni Şamil və nəvəsi də yer alıblar.
Proqramın gedişi zamanı Zaur aktyorun kürəkəninə “Sən idmançı adamsan, necə gəlib düşmüsən incəsənətlə məşğul olan ailənin içinə, heç olmasa idmançı olduğuna görə sənə ev veriblər. Hazırda kirayə qalırsan, qayınatan baxmır” sualını ünvanlayıb.
“Özümə nə olub ki, ev versinlər? Qayınatam özü özünü dolandırsın, bəsimizdir” deyə, Şamil bildirib.
Zaur isə ona cavabında “Mənə yük olmasın, bəsimdi, deyirsən?” deyə, zarafatla söyləyib.


Baxış sayı: 597


Bölməyə aid digər xəbərlər