19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
GETMİŞDİM, YENƏ GƏLDİM,,,-İSMAYIL İMANZADƏ MƏRCANLI
Tarix: 16-04-2023 01:19 | Bölmə: Ədəbiyyat

Otuz il qabaq uşaqlıq, yeniyetməlik və gənclik illərimin şahidi olan müdrik-mərd kişilərin, namuslu-ismətli qadınların-qızların, dəliqanlı cavanların oylağı olan Cəbrayılı-ata ocağım Mərcanlını ağlar göslə tərk edənlərdən biri də mən idim. O müdhiş günlərdə ölüm xəbərim Bakıya da gedib çatmış və məni tanıynların çoxunu məyus etmişdi. Kimisi deyirmişki ermənilər İsmayılı Böyük Mərcanlı dəmir yol stansiyasındakı vaqonların qarşısında güllələyib, bəziləri də Arazınsulsrında boğulduğumu təəssüf hissiylə dilə gətirirmiş. Sonradan bildim ki hətta yaxın dostlsrdan biri xəbərin doğruluğunu dəqiqləşdirəndə, “vidasözü” rubrikası ilə “Ömür muncuq düzümüdür” başlıqlı bir yazını qəzetlərin birində dərc etdirmək istəyinə düşübmüş...
Həmin günlərdə dünya varından heç nəyə gümanım qalmamışdı, Bakıya üz tutub, kimlərinsə minnətini götürməyi həzm edə bilmədiyimdən, bir təsadüf nəticəsində Mingəçevirə yollandım.Heç bir tanışımın-simsarımın olmadığı bu yad şəhərdə məskunlaşdığım o ağrılı-acılı günlərimin birində qələmə aldığım “Bir şair yaşayır Mingəçevirdə” adlı şeirimlə harada olduğumu bəyan elədim:
...Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri.
Sızlaya-sızlaya nə vaxtan bəri,
Bir şair yaşayır Mingəçevirdə!
Bəxtimin-taleyimin amansız zərbələrinə sinə gərib, birtəhər ayaqüstə qalmağa çalışdığım onisgilli günlərimdə yazdığım bu şeir yurd həsrətimlə yoğrulmuşdu. Cəbrayıl mənim ömrümün dan yeri, dünyaya boylanıb-baxdığım pəncərəm, dostların-doğmaların üzünə taybatay açıq olan qapım, havam-suyum, həyət-bacam idi...
İllər ötüb keçdikcə, o məndən addım-addım uzaqlaşsa da, gündüzlər xəyallarımda, gecələr isə gördüyüm yuxularımda elə əvvəlki kimi qalmaqda idi. Ancaq nə vaxtsa onun vüsalına qovuşacağımı uzun illər boyu diqtə edən ümid işığım öləzidikcə, zülmətin kölgəsi üstümə addım-addım yaxınlaşırdı...
Üç bəndlik bir şeirimin sonunda dediyim kimi:
Ölüm nə qorxudur, nə də ki hədə,
Bir göz qırpımında keçdi vaxt-vədə.
İşlər bekı getsə... deyəsən, dədə,
Ölüb qalacağam Mingəçevirdə!..
...Allaha şükürlər olsun ki bu dəfə zənnimdə yanıldım! 27 sentyabr 2021-ci ildə II Qarabağ Müharibəsini başlayan gün Milli Ordumuz ata elim Böyük Mərcanlını, Nüzgar kəndini, Füzulinin bir neçə yaşayış məntəqəsini düşmən caynağından xilas etdilər. Və sonda 44 günlük müharibə xalqımıza Zəfər sevinci bəxş elədi! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qailərimizi var olsunlar!..
Lənətə gəlmiş karonavirus 2022-ci ilin oktyabr ayının 3-də Cəbrayıla getmək arzumun üstündən xətt çəksə də, doğma el-obalarımızla görüşmək həvəsimi qəlbimdən silə bilmədi...
Bir həftə qabaq Bakıda məskunlaşan görkəmli şair dostum, “Kredo” qəzetinin Baş redaktoru Əlirza Xələfli və uzun illərdən bəri Gəncədə yaşayan şair təbli ədəbiyyat sevdalısı Qüdrət Məmmədovla zəngləşəndən sonra Cəbrayıla getmək arzumuzu reallaşdıra bildik. (Yeri gəlmişkən bu məsələ ilə bağlı bizi dəstəkləyən Cəbrayıl rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional İdarəsinin rəbərliyinə təşəkkürümüzü bildirirəm)
Əvvəlcədən şərtləşdiyimiz kimi səhərə yaxın Gəncədən gələn Qüdrət müəllimin şəxsi minik maşını ilə yola düşdük. Horadizə çatanda Əlirza müəllim öğlu Arazla bizi gözlədiklərinin şahidi olduq.Hal-əhval tutandan sonra əvvəlcə Füzuli postunda dayanan polislər sənədlərimizi yoxlayaraq bizə uğur dilədilər.Cəbrayıl postunda dayanan polislərimiz də bizi gülər üzlə qarşılayıb, könül xoşluğu ilə yola saldılar. Adlarını açqlamaq istəmədiyim Şərqi Zəngəzur Regional İdarsinin məsul işçisi və ANAMA-nın bir əməkdaşı bizdənqabaqda gedirdilər. Əvvəlcə Böyük Mərcanlı kəndinə yollanıb, təzəcə bərpa olunan dəmiryolun qırağındakı torpaq yolla gedib, Maralyan kəndinin üst tərəfindən köhnə asfalt yolla çıxdıq. Yeri gəlmişkən deyim ki nə Böyük Mərcanlıda, nə Maralyanda, nə də Karxulu, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Şıxalıağalı, Məzrə, Sarıcallaı, Əmirvarlı, Soltanlı... kəndlərinin əvvəlki halından əsar-əlamət qalmamışdı. Böyük Mərcanlının hər tərəfi eşlm-eşim idi, yalnız adda-budda uçuq divarlar və bir də keçilməz cəngəllikərə bənzəyən kol-kos, səngər yerləri gözə çarpırdı.
Əvvəlcədən şərtləşdiyimiz kimi hər üçümüz gördüklərimizi soyuqqanlıqla seyr eləyir, bəziləri kimi torpağın üstünə sərilib hönkür-hönkür ağlayaraq foto-şəkillər çəkdirmirdik. Heç demə dərd daşlaşıb qarıyanda, onun qırışığını gözyağlarıyala açmaq mümkün deyilmiş!Onsuz da illər boyu için-için sızlamağımız kifayət imiş...
Şahvəlli kəndində Qüdrət müəllim evinin düz qarşısına qədər gedərək xeyli müddət dinməz-söyləməz dayandı. Cəbrayıl şəhərinin üst girişindəki “Vəlixanov bulağı”ından su içəndən sonra Dağ Xələfliyə yollandıq. Gordubaba və Xələf dağlarının qolları arasına sığınan bu yamyaşıl örtüklü kənddə də heç nə əvvəlki kimi deyildi. Əlirza müəllim yoxuşla yuxarı qalxaraq öz evi ilə xeyli müddət “söhbətləşdi”.Biz o qədər də dərin olmayan dərənin dibində dayansaq da, Arza onu tək buraxmamışdı...
Axşamüstü Xələflinin aşağı səmtində ağacların əhatəsində olan bulağın kənarındakı iri stolun üstə süfrə açıb nahar etdik. Qüdrət müəllimin və Əlirza Xələflinin evlərində hazırlanmış şeçidli yeməklər süfrənin bəzəyi idi. Araz maşının yük yerindəki samavarı su ilə doldurub kömürlə qaynadıqdı. Doğrudan da Araz görüb-götürmüş ən səriştəli tərəkəmə elinin canlara dəyən balası imiş!.. Bizim təhlükəsizliyimiz naminə fədəkarlıq edən hər iki cavan eloğlumuza bir daha təşəkkürümüzü bildirib, geriyə qayıtdıq. Səhərin erkən saatlarında Horadizdə görüşdüyümüz kimi, elə Horadizdə də halallaşıb Əlizamüəllimgil Bakıya, Qüdrələ mən isə Gəncə tərəfə gedən yola üz tutduq.
Yuxarıda dediyim kimi, kəndlərimizin xarabalıqlarına, yaş yüzilliklərdən soraq verən çinar, palıq, qoz, daş armud, vələs... ağaclarının, meşələrin yoxluğuna ürəyimizdə acısaq da, təzəcə qaysaqlamaqda olan yaralarımızın gözünü qoparmamaq naminə qəlbimizdə vulkan kimi püskürən duyğularımızı dilə gətirmədik. Böyük Mərcanlının içərisindən keçəndə qəlbimin dərinliklərində yenicə doğulan bir neçə misranı dilimin ucunda boğub, saxladım. Və yalnız özümün eşidəcəyim tərzdə özüm-özümə pıçıldadım:
Bir vaxtlar gözüyaşlı
Getmişdim, yenə gəldim.
Tapdayıb nisgilimi
Özümdən sənə gəldim.
Varol səni, Cəbrayıl,
Üzünü görən kimi
İmana, dinə gəldim!
Qoy, kimsə məni qınamasın, axı, biz buraya ağlayıb-sıtqamağa yox, qəddini gündən-günə dikəltməkdə olan yurd yerlərimizlə otuz illik ayrılıqdan sonra görüşməyə gəlmişdik! Və yəqin ki yaxın illərdə düşmənlərin qanlı əlləriylə tifağı dağıdılan obalarımızın sonrakı xöşbəxt günlərini təzədən görmək ümidi ilə birdə,- özü də bu dəfə həmişəlik-doğma el-obalarımıza qayıdacağıq!..
İSMAYIL İMANZADƏ MƏRCANLI
14.04.2023

Baxış sayı: 1 306
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR