19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
18:09 / 08-09-2026
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
15:40 / 08-09-2026
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
15:03 / 08-09-2026
Ekstremal idmançı Başqırdıstanda Çəhrayı qayaların üzərində 70 metr hündürlükdə sapandla gəzib
14:55 / 08-09-2026
Rusiya və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri danışıqlar keçirirlər
14:39 / 08-09-2026
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
14:35 / 08-09-2026
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
14:19 / 08-09-2026
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
14:15 / 08-09-2026
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
14:12 / 08-09-2026
Yakutiya və Amur Bölgəsi Uzaq Şərq istiqraz mexanizmi üçün pilot bölgələrə çevriləcək
21:18 / 07-09-2026
Şimali Koreya qarşıdurma halında ABŞ-ı qarşılıqlı tədbirlərlə hədələyir
21:13 / 07-09-2026
Finlandiya Rusiya ilə sərhədlərində 356 milyon avro dəyərində hasarın tikintisini başa çatdırıb
21:10 / 07-09-2026
"Eurotrans" şirkətinin direktorlar şurasının sədrinə qarşı iş üzrə iki təqsirləndirilən şəxs həbs edilib
20:58 / 07-09-2026
Serbiya Nazirlər Kabineti Vuçiçdən parlamenti buraxmağı və erkən seçkilər təyin etməyi xahiş edib
20:54 / 07-09-2026
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
20:51 / 07-09-2026
Vitkoff Fransanı Ukrayna ilə bağlı danışıqlara hazırlaşmağa çağırdı
20:48 / 07-09-2026
Bir qadın göbələk və çətənə liflərindən hazırlanmış tabutda dəfn edilib
20:44 / 07-09-2026
Premium yaşayış kompleksinin sakini güllələnib
20:41 / 07-09-2026
Ukrayna Baş Prokuroru NABU işi ilə bağlı yeddi işçini işdən çıxarıb
20:37 / 07-09-2026
Turistlər Türkiyə otelində dava etdilər
20:28 / 07-09-2026
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
20:14 / 07-09-2026
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
16:46 / 07-09-2026
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
16:44 / 07-09-2026
Merz Almaniyanın partiya sistemində tektonik dəyişiklik elan etdi
16:39 / 07-09-2026
"Yabloko" fraksiyasının Sverdlovsk şöbəsinin sədri saxlanılıb
16:37 / 07-09-2026
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
16:33 / 07-09-2026
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
“Kəmalə: taleyi və sənəti” kitabının təqdimatı keçirilib
Tarix: 29-01-2023 23:01 | Bölmə: Ədəbiyyat

AMEA-nın Naxçıvan Bölməsində “Kəmalə: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-averilən məlumata görə tədbiri açan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev diqqətə çatdırıb ki, 2021-ci ildə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şairə-dramaturq, pedaqoq, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın anadan olmasının 85-ci ildönümü münasibətilə elmi konfrans keçirilmişdir. İnstitutun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən nəşrə hazırlanan “Kəmalə: taleyi və sənəti” kitabı isə şairənin ədəbi irsinin təbliğinə və öyrənilməsinə növbəti töhfədir.
Təqdimat mərasimində “Şairə Kəmalənin bədii irsinin öyrənilməsində yeni səhifə” başlıqlı məruzə edən professor Əbülfəz Quliyev qeyd edib ki, “Taleyi və sənəti” seriyasından kitablar AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə nəşrə başlamışdır. Təqdimatı keçirilən yeni kitab da bu seriyanın sayca 16-cı kitabıdır.
Məruzəçi şairə Kəmalənin həyatı, əmək fəaliyyəti və çoxşaxəli bədii yaradıcılığı haqqında əhatəli məlumat verib. Vurğulanıb ki, “Taleyi və sənəti” seriyasının əvvəlki nəşrlərində olduğu kimi, yeni kitabda da dəyərli tədqiqat mövzularından ibarət məqalələr yer almışdır. Kitab Naxçıvan yaradıcılıq məktəbinin tanınmış nümayəndəsi Kəmalənin həyatı, yaradıcılığı, tərcüməçilik, publisistik, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat qaynağıdır.
Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun tərtibçiliyi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin rəyi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun elmi məsləhətçiliyi və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairənin oğlu Ələkbər Qasımovun elmi redaktorluğu əsasında ərsəyə gəlmiş, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda çap edilmişdir.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov təqdimat mərasimində “Şairə-dramaturq Kəmalə haqqında qiymətli əsər” mövzusunda məruzə edib.
Məruzə zamanı rəhbərlik etdiyi şöbənin 2022-ci il üzrə fəaliyyətinə nəzər salan tədqiqatçı bildirib ki, şöbə əməkdaşları ədəbi mühitin tədqiqi istiqamətində bir neçə ümumiləşdirici əsər ortaya qoymuşlar. “Müzəffər Nəsirli: taleyi və sənəti”, “Naxçıvanda ədəbi proses - 2021”, “Kəmalə: taleyi və sənəti” kitabları Naxçıvanda ədəbi mühitin, ədəbi prosesin və onun görkəmli nümayəndələrinin öyrənilməsinə xidmət edən əsərlərdir.
“Kitaba müasir Azərbaycan ədəbiyyatının sevilən nümayəndəsi Kəmalə xanıma həsr olunmuş elmi məqalələr daxil edilmişdir. Məqalələrdə Kəmalə xanımın zəngin və çoxcəhətli bədii yaradıcılığının müxtəlif istiqamətləri təhlil və tədqiq edilmiş, qiymətli elmi nəticələr ortaya qoyulmuşdur. Bu mənada demək olar ki, kitab müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kəmalə Ağayevadan bəhs edən çox tutarlı, ümumiləşmiş qiymətli əsərlərdən biridir”, -söyləyən Ramiz Qasımov kitabı müfəssəl şəkildə təhlil edib.
Qeyd olunub ki, kitab AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “16-cı kitabımız” adlı ön sözü ilə başlayır. Daha sonra şairə-dramaturq Kəmalə xanımın həyatı, fəaliyyəti, yaradıcılığı, mükafatları, səfərləri və s. haqqında ətraflı məlumatların yer aldığı “Elmi redaktordan” adlanan oçerk təqdim edilmişdir. Sənətkarın özünün qələmə aldığı “Nağıllarla başlayan səhnə sevgim” adlı məqalədə Kəmalənin dramaturji yaradıcılığa gəlişinə dair maraqlı etiraf və fikirləri yer alıb.
Kitabdakı ilk məqalə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Zəriflik və müdriklik nümunəsi” başlıqlı məqaləsidir. Akademik burada şairəni XX əsr Azərbaycan ədəbiyyatının çox sevilən və görkəmli sənətkarlarından biri kimi xarakterizə etmişdir. Habelə yazıçı-dramaturq Adil Babayevin “Məhsəti”, filologiya elmləri doktoru Fərman Xəlilovun “İsmət” pyesinin ilk tamaşası” adlı resenziyaları, dosent Ramiz Qasımovun “Ədəbi yaddaşın kamala yetən Kəmaləsi”, dosent Elxan Yurdoğlunun “Kəmalə şeirlərində Naxçıvan obrazı”, dosent Aytən Cəfərovanın “Kəmalə yaradıcılığında qadın mövzusu” kimi 15 məqalədə Kəmalə xanımın həyatı, yaradıcılığı, yaradıcılığının ümumi, ideya-bədii, estetik xüsusiyyətləri, sənətkarlığı, obrazlar aləmi, üslubu, poeziyasının musiqidəki təcəssümü, pyesləri və tərcüməçilik fəaliyyəti elmi cəhətdən tədqiq, təhlil və şərh olunmuşdur. Şairənin uşaqlar üçün yazdığı əsərlərinin, habelə əfsanə və nağıllarımızın motivləri əsasında yaratdığı pyeslərin ədəbiyyatımızdakı əhəmiyyətli rolundan bəhs edilmiş, onun zəngin, obrazlı yaradıcılıq dilinə sahib üslubi məharəti, poetik ustalığı barədə təhlillər aparılmışdır. Məqalələrdə şairənin nəğməyə çevrilmiş incə ruhlu poeziyası, dünya ədəbiyyatından dilimizə tərcümə etdiyi əsərlər araşdırılmışdır.
Kitabın sonunda müəllifin zəngin və səmərəli həyatından fotolar oxuculara təqdim olunmuş, yaradacılığına həsr olunmuş şeirlərdən nümunələr verilmişdir.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov tədbirdə çıxış ediblər. Fərman Xəlilov çıxışında Kəmalə Ağayevanın teatr fəaliyyəti, habelə şairənin Əlyazmalar Fondunda qorunan şəxsi arxivi barədə danışıb. Şairənin oğlu Ələkbər Qasımov çıxış edərək Kəmalə yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlıq edib.
Sabaha-inamla.az

Baxış sayı: 1 120
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR