Bütün xəbərlər
"Golden Palm Awards" Azərbaycanda keçiriləcək (FOTO)
Tarix: 19-01-2019 00:34 | Bölmə: Ədəbiyyat



Dünyaca məşhur mükafatlandırılma mərasimlərindən biri olan, «Golden Palm Awards»da Azərbaycanın iştirakı asanlaşıb.
Bu barədə Trend-ə təşkilatçı Aqil Məmiyev deyib.
O, yanvar ayının 4-dən Azərbaycanda beynəlxalq mükaftlandırılma mərasiminin rəsmi təmsilçisdir. Bundan sonra Azərbaycanın uğurlu incəsənət nümayəndələri, ictimai və biznes sektorun nümayəndələri beynəlxalq mükafata asanlıqla namizədliyini irəli sürə bilər. Aqil Məmiyev qeyd edib ki, Qızıl Palma Mükafatlarının tezliklə ölkəmizdə də keçrilməsi planlaşdırılır.
6-cı «Golden Palm Awards» mükafatları martın 25-də Türkiyənin İstanbul şəhərində "Raffles İstanbul" hotelində keçriləcək. Gecənin ulduz qonaqları arasında Türkiyə ulduzları ilə yanaşı Avropa ulduzlarından Aksent və Aleksanda Standa mükafatçılar arasındadır. Keçən il isə bu mükafata Faydee ve Kate Linn kimi ulduzlar sahib olub.
Qeyd edək ki, beynəlxalq layihə hazırda Amerika Birləşmiş Ştatları, Meksika, Fransa, Türkiyə və s ölkələrdə keçirilir. Mötəbər tədbirin qurucusu və idarə heyətinin sədri, tanınmış jurnalist Nedim Delibaşdır.






















Baxış sayı: 681


Bölməyə aid digər xəbərlər