22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkarın yaradıcılığına həsr olunmuş konsert keçirilib
Tarix: 18-01-2019 23:09 | Bölmə: Ədəbiyyat

           


Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuşdu.
Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Konsertdə bəstəkarın mahnılarını xalq artistləri - Teyyub Aslanov - “Abşeron”, Gülyanaq Məmmədova - “Mənim arzularım”, Gülyaz Məmmədova - “Dağlar qızı”, Əməkdar artistlər – Rəşad İlyasov - “Xalidə”, Gülüstan Əliyeva - “Küsmüşəm”, Bəyimxanım Vəliyeva -“Könlümün yadigarı”, Zakir Əliyev - “Məzəli mahnı”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Sərxan Bünyadzadə -“Gözləyən var məni”, Sədəf Budaqova - “Nəyi gözləyirsən” ifa ediblər.
Konsertin son nömrəsi olan “Lalələr” mahnısı Teyyub Aslanov, Zakir Əliyev və Sərxan Bünyadzadənin ifasında səslənib.
İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Tədbiri əməkdar artist Rəşad İlyasov aparıb. Konsert maraqla qarşılandı və gur alqışlarla sona çatıb.

Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.



Baxış sayı: 718


Bölməyə aid digər xəbərlər