23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
22:58 / 03-05-2026
Mehriban Əliyeva və Alina Kabaeva Avropa kubokunu izlədilər - Fotolar
22:43 / 03-05-2026
Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - Fotolar
22:39 / 03-05-2026
Makron Yerevan sammitinə həyat yoldaşı olmadan gəlib
22:33 / 03-05-2026
İran ABŞ-dan 14 bəndlik sülh təklifinə cavab alıb
22:25 / 03-05-2026
Zelenski Yerevanda Keyr Starmer ilə görüşüb
22:21 / 03-05-2026
"Paşinyanın daha bir səhvi": Millət vəkili Çepa Ermənistanda keçirilən AB-Ukrayna sammiti ilə bağlı
22:14 / 03-05-2026
Türkiyənin şərqində avtobus qəzasında dörd nəfər ölüb
20:59 / 03-05-2026
"Afrika aslanı" təlimi zamanı iki ABŞ əsgəri itkin düşüb
20:54 / 03-05-2026
"The Guardian" Hegseth-in ən böyük qorxusu haqqında məlumat yayıb
20:49 / 03-05-2026
Politoloq Trampın Çin səfərindən nə gözləməli olduğunu açıqladı
20:46 / 03-05-2026
İran liderinin müşaviri blokadaya cavab olaraq ABŞ gəmilərini məhv etməklə hədələdi
20:40 / 03-05-2026
Larisa Dolinanın 2026-cı ilin sonuna qədər konsertlərinin sayı açıqlandı
20:35 / 03-05-2026
Keçmiş "Mançester Yunayted" meneceri Aleks Ferqyuson ev oyunundan əvvəl xəstəxanaya yerləşdirilib
20:29 / 03-05-2026
Dudakov ABŞ-ın Rusiyaya qarşı AB təxribatlarında niyə iştirak etməyəcəyini izah etdi
20:26 / 03-05-2026
Trampın Merz ilə münaqişəsi ABŞ-ın Almaniyadakı qüvvələrinin azaldılmasına səbəb oldu
20:23 / 03-05-2026
Əfqanıstan mediasında qadınların sayı bir ildə 29% azalıb
20:19 / 03-05-2026
Əlində bazuka daşıyan bir qadın görülüb
20:16 / 03-05-2026
Polşa ABŞ-dan silah tədarükünün gecikdiyini açıqladı
20:12 / 03-05-2026
Su gətirməkdən imtina etdiyinə görə bir uşağı güllələyərək öldürüb
20:08 / 03-05-2026
Artem Dzyuba Krasnodarla oyunda zədələndi
20:05 / 03-05-2026
Hörmüz boğazında toplu yük daşıyan gəmi atəşə tutuldu
20:02 / 03-05-2026
Kişini döyən yeniyetmələrə qarşı iş açıblar
19:59 / 03-05-2026
Bəbirlər Torpağı Milli Parkının direktoru Primoryedə vəhşi pişiklərin yayılması barədə danışdı
18:44 / 03-05-2026
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
21:44 / 01-05-2026
Vüqar Rəhimzadə: "Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır"
21:39 / 01-05-2026
Vüqar Rəhimzadə: "Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya..."
21:35 / 01-05-2026
Vüqar Rəhimzadə: "Qalib dövlətin və xalqın gücü: idmanda yeni zirvələr"
21:30 / 01-05-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
13:53 / 01-05-2026
Azərbaycan güləşinin növbəti zəfəri
21:59 / 30-04-2026
Kallas, AB ilə Rusiya arasında normal iş rejiminə qayıtmağa qarşı çıxdı
21:56 / 30-04-2026
Makron Ermənistanın ikinci ən böyük şəhəri Gümrüyə səfər planlaşdırıb
21:51 / 30-04-2026
Kosmonavt xəstəxanaya yerləşdirilib
21:49 / 30-04-2026
Vandallar işçilərin qapılarına qanlı çəkiclər asdılar
21:45 / 30-04-2026
Uşaq bağçasından yanğın səbəbindən uşaqlar və müəllimlər təxliyə edilib
21:42 / 30-04-2026
Ukrayna Silahlı Qüvvələrinin polkovniki Elizarov Rusiyanın Ukraynanın ballistik zərbələrinə nüvə cavabına icazə verdi
21:34 / 30-04-2026
Poddubnı: "Polşa Rusiya sərhədi yaxınlığında təxribatlara davam edir"
21:31 / 30-04-2026
Putin və Tramp münaqişənin həllində vasitəçiliyi davam etdirmək barədə razılığa gəliblər
21:28 / 30-04-2026
Həkimlər qırtlağını sındıran bir kişini xilas etdilər
HƏYATIN AMANSIZ SINAQLARININ BƏDİİ TƏSVİRİ -ƏDƏBİ-TƏNQİD
Tarix: 13-12-2017 00:18 | Bölmə: Ədəbiyyat

(Gülnaz Abdullayevanın (Əli Heydər ilə birlikdə) “Qınama məni” romanında personajların sərt həyat imtahanları qarşısında mübarizəsi)- Xəzan jurnalının redaktoru, yazıçılar ittifaqının üzvü Əli bəy Azərinin " Qınama məni " romanı haqqında fikirləri
XXI əsrin ilk illərindən Azərbaycan ədəbiyyatında roman janrına müraciət edən yazıçılar, çox güman ki, yaradıcılıq boyu daha çox manevr etmək imkanlarından bəhrələnmək, müəyyən zəmində baş verən hadisələrin axarını nəsil şəcərələrinə müvafiq davamlı məcrada aparmaq məqsədini qarşıya qoyublar. Bu, çox zaman yazıçının özünün iştirakçısı olduğu hadisələrin, yaxud da kimlərinsə nəql etdiyi epizodların birləşməsindən hasil olduğundan təsvir kifayət qədər canlı və uğurlu alınır. Gülnaz Abdullayevanın “Qınama məni” romanını belə uğurlu əsərlərdən hesab etmək mümkündür. (Qeyd edək ki, roman Əli Heydərlə birgə yazılıb).
Gülnaz Abdullayevanın yaradıcılığına nəzər saldıqda dərhal yazıçının “Ayrılıq” kitabı göz önünə gəlir. Cəmisi on beş hekayə və essesi toplanmış bu kitab yazıçının böyük və şirin dil zənginliyindən, geniş müşahidə qabiliyyətindən, hadisələri düzgün, mənalı məcraya yönəltmək məharətindən və geniş manevr etmək bacarığından xəbər verir. Kitabda diqqət çəkən əsərlərdən biri “Qınama məni” adlanır. (Romandan söhbət açmaq üçün bu kiçik parçanı mütləq nəzərdən keçirmək lazımdır).
“Bir gün gülə-gülə qulağıma “Mən səni sevirəm” demişdin. Demişdin və utanıb qaçmışdın.
İllər nə tez keçdi. Böyüdük, hərəmiz bir ali məktəb qapısına üz tutduq. Bir gün institutun qapısında səni gördüm. Dünyanı mənə verdilər. “Odur” dedim. Sənin gözlərin isə məndən aralı kimisə axtarırdı. Birdən sənin yanında başqasını gördüm. Uşaqlıq xatirələrim söndü getdi. Səni unuda bilmədim. Hara baxdımsa, özündən də ağır xəyallarınla qarşılaşdım. Hər dəfə səninlə görüşəndə sən öz sevgindən danışdın. Mən yandım, istədim sənə keçmişləri xatırladım. Qorxdum əyiləm, sınam, alçalam. Səni yandırmaq üçün hər dəfə görüşəndə özümdən yeni-yeni sevgi macəraları uydurdum, qəhrəmanlar fikirləşdim. Mənim üçün ən ağır gün sənin toyun olan gün idi. Səhərə qədər yatmadım. Səssiz-səssiz ağladım. Səni unutmaq istədim, unuda bilmədim. Özümə söz verdim ki, səni bir daha fikirləşməyim. Mümkün olmadı...
Illər beləcə keçdi. Sən bəlkə mənim adımı da unutmuşdun. Mənsə səni unuda bilmədim. Bir gün sənin əmin oğlu üçün qapımızı döydü elçilər. Ürəyim sancdı. Niyə sənin elçilərin deyildi?
Sevə bilmədim heç kimi. Beləcə xəyalınla yaşaya-yaşaya saçlarıma dən düşdü.
Bir gün tale bizi yenidən rastlaşdırdı. Sən qəlbimdəkilərdən xəbərsiz mənə ürəyini açdın. Vaxtilə pıçıltıyla qulağıma dediyin sözü indi “qoy, hamı eşitsin” deyə ucadan qışqırdın.
Niyə axı bu qədər gecikdin, əzizim? Illərlə yanımdan ötüb keçmisən, amma məni görməmisən. Gecdir, çox gec. Indi eşidənlər mənə nə deyər? El qınağından qurtarmaqmı olar? Yaxşı bax üzümdəki o qırışlara! Mənim tay-tuşum nənədir. Çox gecikdin, əzizim, çox. Illərlə səni gözlədim... Mən o uşaqlıq illərimdəki “səni” sevirdim, indiki “səni” yox. Həyatmı dəyişmişdi səni, yoxsa var-dövlətmi?
Qınama məni... qınama məni. Bu gün həmişəlik itirdim səni!”
Bu təkcə bir yazıçı əsəri, rəssam tablosu, musiqiçi bəstəsi deyil, sadədən də sadə bir xanımın ərşə yüksələ biləcək səviyyədə fəryad, nalə kimi ürək pıçıltılarıdır. Amma bu pıçıltılarda o qədər qürur, özünəinam, milli qeyrət, el qınağı – el namusu var ki, istənilən bədii əsərdən, tablodan, bəstədən qat-qat yüksəkdə dayanır. Gülnaz Abdullayeva bu kiçik parçanı nə vaxt qələmə alıb, deyə bilmərəm, amma onu bir zərgər dəqiqliyi ilə deyə bilərəm ki, məhz bu kiçik parça qələmə alınandan sonra yazıçının ürəyinin dərinliklərində adıçəkilən romanı yazmaq istəyi baş qaldırıb. Elə o gündən də zehnində romanın süjet xətti qurulub, epizodlar formalaşdırılıb, personajlar düşünülüb. Bu tək mənim “öncəgörənliyim” deyil, həm də Gülnaz Abdullayevanın “Ayrılıq” kitabına “Ön söz”ü ilə xeyir-dua verən məşhur yazıçı OQTAY SALAMZADƏnin qənaətidir: “Oxucu özü də mütaliə boyu sevən gənclərin bir-birindən, ananın baladan, insanın öz vətənindən müxtəlif səbəblər ucbatından ayrılmasından, məkrli məhəbbət səhnələrində baş verən hadisələrdən agah olduqca hər bir hadisəyə ayrı-ayrılıqda ürək ağrısı ilə öz qiymətini verməli olacaqdır”. O, bu sözləri yazanda bunları hardan bilə bilərdi? Onda hələ “Qınama məni” romanından heç söhbət də getmirdi! Deməli, Oqtay Salamzadə Gülnaz Abdullayevanın əsərlərindəki ürək yanğısını duyub, bunları öncədən xəbər verməkdə haqlıymış.
“Qınama məni” romanı dərin fəlsəfi-psixoloji süjet xəttinə məxsus məzmunlu nəsr əsəridir. Əsər kənardan, bəlkə də, xoşbəxt görünən bir nəslin gərgin dramatik faciələrlə üzləşməsində həyatın amansız sınaqlarına mərdanə sinə gərmələri üzərində qurulmuş hadisələrdən bəhs edir.
Roman təbiət təsviri ilə başlayır. Bakının bulvarında kiçik mənzərə – “Mirvari” kafesinin qabağındakı oturacaqda əyləşib dincələn gənclər və Qoca ilə Qarı. Onların kimliyi ilk baxışda bəlli olmasa da hiss olunur ki, əsərin qəhrəmanı odur. “Bu O, idi, Gülnar...” Az qalırsan qışqırıb deyəsən ki, Gülnar yox, Gülnaz... Mətnin yığıcısı hərfin birini səhv yazıb, axı əlyazmada çoxları z hərfinin ortasındakı xətti çəkmirlər, r hərfinə oxşayır. Bəlkə də belədir...
Bir çox yazıçılar axı öz həyatlarını, rastlaşdıqları hadisələri qələmə alırlar... Yazıçı essedə də sonda qəhrəmanını öz sevgisi ilə rastlaşdırmışdı və əbədi olaraq onu itirdiyini söylətmişdi, lap “Leyli və Məcnun”dakı kimi: “Get, a Leyli, sən o Leyli deyilsən...” Burda isə Leylinin dilindən deyilirdi. Ömrünü onun sevgisi ilə başa vurmağa hazırlaşan saçlarına dən düşmüş vaxtı neyləyəcəkdi onu qəbul edib?
...Bu zaman iki gəncin oturacaqda mübahisə etdiyini görür Gülnar. Həyatı, yəni saçlarına lopa-lopa qar ələnənə qədər yaşadığı ötən günləri kino lenti kimi onun gözləri qarşısında canlanır. (Tanış süjetdir, bir çox məşhur yazıçıların müraciət etdiyi sicilləmə... həyat dramıdır).
Burada əsərin ikinci qəhrəmanının da adı bəlli olur: Fərhad. (Maraqlıdır, yazıçı niyə əsərin ilk səhifəsindəcə oxucuya istədiyini çatdırsın? Nə isə burada bir “əmma” var, özü də sirli-sehirli bir əmma!)
Fərhad orta məktəbi bitirib şəhərə gəlir, ali məktəblərdən birinə qəbul olur. Tələbəlik dövründə sırf təsadüfdən rastlaşdığı bir qıza aşiq olur. O qızın adı Bahardır. Fərhad qızın adını öyrənsə də tanış ola bilmir. Hətta harada oxuduğunu da bilmir. Bircə onu öyrənir ki, Bahar tibb üzrə təhsil alır. Amma harada? (Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Gülnaz Abdullayeva yazıçı fəndindən, məhz məharətlə istifadə etməyi bacaran yazıçıdır. Romanın ilk səhifələrində sadə, həyatda çoxlarının rast gəldiyi və talelərin başlanğıcı ola biləcək epizodlardan istifadə etməklə əsərin oxunmasını vacib detal kimi ortaya qoyur. İndi doğma bir mövzunu, tanış məzmunlu bir romanı oxuma, qatlayıb bir kənara at, görüm necə atırsan?!)
Tale onları metroda qarşılaşdırır. Fərhad Baharı gördüyü kimi elə sırf təsadüfdən də çoxmilyonlu şəhərdə rastlaşır və bu dəfə şansını əldən vermək istəmir. Baharın arxasınca düşüb onunla tanış olur. Beləliklə, ünsiyyət qurulur və Fərhad ali məktəbi bitirən kimi elçi göndərir. Amma elçilər boş qayıdır. Baharın atası şəhərli olduğundan iki ayağını bir başmağa dirəyib durur, qızının rayonlu oğlanla ailə qurmasına razılıq vermir. (Rayonlu – şəhərli anlayışının son məqamı! Hər hansı bir formada bu məsələ çözülməlidir, ya yox? Cəmiyyətin hələ də həzm edə bilmədiyi məsələ öz həllini mütləq tapmalıdır.)
Bakıya təyinat alan Fərhad bir neçə ildən sonra yenidən elçilərini göndərir. Baharın atası bu dəfə də adamın kirayədə qaldığını, rayonlu olduğunu bəhanə gətirərək gənclərin ailə qurmasına razılaşmır.
Nəhayət, yeddi il sonra Fərhad üçüncü dəfə elçi göndərir. Bu müddət ərzində o, şəhərdə işlərini qaydasına salıb, hətta valideynlərinin köməyi ilə ev də alaraq şəhərdə qalıb yaşamağına qərar vermişdir. Bu dəfə razılıq əldə olunur və uzun müddət intizarda olan gənclər bir-birinə qovuşurlar.
Gülnaz Abdullayeva əsərin bu hissəsinə qədər Fərhad və Baharı mükəmməl obraz kimi tanıtdıra bilmişdir. Baharın atasının xarakterinə də nisbətən işıq sala bilmişdir, qızının taleyini, gələcəyini düşünən ata, əlbəttə ki, gənclərin bir-birinə olan müqəddəs sevgisini belə nəzərə almadan kor-təbii razılıq verə bilməzdi. Yazıçı burada onu qınaq hədəfinə çevirməyib, əksinə övladının gələcəyini düşünən, onu xoşbəxt görmək istəyən bir atanın daxili iztirablarını önə çəkməyə çalışmışdır. Bununla belə, adı da çəkilməyən BAHARIN ATASInın xarakterinə tam aydınlıq gətirilməyib, necə ki, onun sonrakı taleyi də bəlli olmayıbdır. (?)
Öz xoşbəxtliyinə qovuşan Fərhadın şən günləri uzun sürmür. Bahar xərçəng xəstəliyinə tutulur və üç azyaşlı uşağını Fərhadın öhdəsinə buraxıb həyatla vidalaşır.
Buydumu Fərhadın müqəddəs sevgisinin mükafatı?
Adətən ərləri cəbhədə, vətən yolunda şəhid olmuş gəlinlər yorulmadan namusla çalışır, gecəni gündüzə qataraq işləyib fədakarlıqla övladlarını böyüdürlər. Bir çox əsərlərin qəhrəmanları belə gəlinlərdir. Bu dəfə tale (Yazıçı Gülnaz Abdullayeva) arvadı vəfat etmiş kişinimi sınağa çəkməyi qarşısına məqsəd qoymuşdu?
Öhdəsində üç uşaq – Elçin, Solmaz və Gülnar olan Fərhada nə qədər ağır olsa da o, bütün çətinliklərə sinə gərməyə cəhd göstərir, heç bir kənar dəstək olmadan uşaqlarını böyütməyə çalışır. Özü də elə çalışır ki, uşaqlar ana nəvazişindən məhrum olduqlarını hiss etməsinlər. Beləcə, onların həyatı öz axarınca gedir. Amma nədəndirsə evin sonbeşiyinə – Gülnara diqqət daha artıqdır. Bu, Fərhadınmı seçimidir, yoxsa Gülnaz Abdullayevanın, hiss olunmur.
Bir gün Fərhad yatanda Bahar onun yuxusuna gəlir. Bahar uşaqların üzündən öpür, Fərhada razılığını bildirib gedir. (Qəlbən sevən hər kəs yuxularında (ölmüş olsa belə) öz sevgilisini görür. Hələ ki, izaholunmaz bir hissdir, mifologiyadır, hamının şüuraltı bir hissidir bu).
Gülnar rəssamlıq texnikumunda oxuyanda yaşlı bir müəllim ona vurulur. Gülnar bu xəbəri ciddi qəbul etməsə də ürəyinə xal düşür. Beynini qurd kimi yeyən xəbər, bəlkə də, onun gələcək uğursuzluqlarının siqnalıdır. Amma nə fayda ki, bunu nə Gülnar qavrayıb anlaya bilir, nə də ona vurulan Həmid müəllim. “Taylı tayın tapmasa günü ah-zarla keçər” deyib atalar.
O dövrün (hadisələr Sovet hakimiyyəti illərində – XX əsrin səksəninci illərində baş verir) pambıq, üzüm yığımında mütləq şagird və tələbələrin əməyindən istifadə olunurdu. Gülnargilin qrupu pambıq yığmaq üçün Bərdə rayonuna göndərilir. Onların briqadasına rəhbərlik Həmid müəllimə tapşırılır.
Həmid müəllim 35-37 yaşlarında bir kişidir. Avtomobil qəzasına düşdüyündən şikəstlik qazanıb, yeriyəndə qıçının birini çəkir. Ehtiyat etdiyindən ailə qura bilməyib. Bərdəyə – pambıq yığmağa yollanandan çox keçmir ki, Həmid müəllimin Gülnarı sevməsi özünü büruzə verir.
Gülnar özü də hansısa müəllimin ona vurulduğu xəbərini əvvəlcədən almışdı. Amma Həmid müəllimi təsəvvür edə bilmirdi. Bu xəbəri alanda sarsılır, halı pisləşir və gənc qız acı taleyi ilə barışmaq halına düşür. Yazıçı burada öz məharətini göstərərək xüsusi situasiya yaratmışdır. Şübhəsiz ki, bu yaşda bir müəllimin qızı yaşda olan şagirdinə sevgi etirafı mümkünsüzdür. Odur ki, Gülnarın rəfiqəsi Şəhlanın yeməkxanada Həmid müəllimin unutduğu bloknotu tapması ilə sirrin açılması səhnəsi təsvir olunur. Başdan başa Gülnarın rəsmi ilə dolu bloknotu Şəhla gətirib Gülnara verir. Ani sarsılsa da özündə güc toplayan Gülnar bir-neçə gündən sonra bloknotu Həmid müəllimə qaytarır və bununla da hər şeydən xəbərdar olduğunu büruzə verir. (Bu səhnə türk yazıçısı Gültəkinin romanı əsasında çəkilmiş “Çalıquşu” filmindəki bir fraqmentə – Yusifin nəvəsi yaşda olan gənc müəlliməyə – Fəridəyə vurulması səhnəsinə çox bənzəyir).
Bundan sonra Gülnar orda qalıb tələbə yoldaşları ilə pambıq yığa bilmir və icazə alıb, arxasınca gələn atası ilə şəhərə qayıdır.
Burada müəllim – tələbə münasibətində çat baş verir, nə qədər ki, aradan pərdə qaldırılmamışdı, birtəhər ötüşürdülər, amma ortadan pərdə qaldırılandan sonra bu mümkün olmur. Pərdəni Həmid müəllim – Şəhla – Gülnar üçlüyündə ən cəsarətli olan qaldırmalıydı, o da qaldırır. Lakin Gülnar o qədər pak, saf qızdır ki, bundan sonra bir müddət onların heç biri ilə üzləşmək istəmir. Hətta o, içindəki istəyi də başa düşə bilmir; Həmid müəllimə qarşı onda yaranan ünsiyyət nədir; sevgidir, müəllimə qarşı olan hörmət və ehtiramdır, yoxsa şikəst, zəif bir insanın yazıqlığına olan mərhəmətdir? Burada yazıçı bir psixoloq – özü də məktəbli psixoloqu, pedaqoq müəllim kimi bu hissləri açıqlamır, oxucunu intizarda saxlayır, hadisələrin məcrasını zamanın axarına, taleyin hökmünə buraxır. Deyəsən elə yeniyetməlik dövründə belə də olur. Yeniyetmələr hisslərini ağılla, şüurla deyil, instinkdən idarə edirlər, hər an bir qorxu, cəmiyyətin qınağı ilə üzləşəcəkləri hissini yaşayırlar.
Daha sonra Gülnar – Həmid – Zöhrə üçbucağı yaradılır. Zöhrə Həmidlə bərabər müəllim işləyir, yaşı da ona uyğundur, vaxtında ailə qura bilməyib. Gülnarın məsələsindən xəbər tutandan sonra ona qarşı aqressivlik nümayiş etdirir. Gülnar Zöhrəyə hər şeyi aydınlaşdırsa da ikinci ona inana bilmir. Eyni zamanda Gülnar onları yuxuda görür. Sonra jurnalı müəllimlər otağına qoyanda Zöhrənin qaşıqla Həmid müəllimə tort yedirtdiyi səhnə ilə qarşılaşır. Gülnarın halı pisləşir və jurnalı qoyan kimi oradan uzaqlaşır. Həmid müəllim onun arxasınca düşüb izah etməyə çalışır. (Məncə, bu səhnə – Həmid müəllimin Gülnarın dalınca düşüb nə isə izah etməyə cəhd göstərməsi olmamalıydı, çünki AZƏRBAYCAN KİŞİSİNİN psixologiyasında belə bir şey hələ formalaşdırılmayıb).
Sonra Fərhad ikinci amansız zərbəni alır – oğlu Elçin dünyasını dəyişir, azyaşlı nəvəsi yetim qalır...
...Əsərin bura qədər necə dramatik və faciəvi start götürdüyü barədə az da olsa ehtimal yarandı. Yəqin ki, bundan sonrasını da təsəvvür etməmək mümkünsüzdür. Həqiqətən də güclü dramatik məzmunlu bir əsərdir “Qınama məni” romanı.
Gülnaz Abdullayeva bir yazıçı kimi heç bir personajın tərəfini saxlamayıb. Qələm azad şəkildə onların həyat trayektoriyalarını cizgiləyib. Kimisi doğma vətəndə dərdləri ilə baş-başa qalıb, kimisi Avropaya üz tutub. Harda olurlarsa olsunlar, onların daxilində bir millilik hakim kəsilib – bu millilik YAZIÇININ SÜJET BOYU NƏZARƏT MEXANİZMİDİR.
“Qınama məni” romanı real həyatı təsvir edir. İnsanlar adi, elementar hadisələrlə üzləşirlər. Burada Xeyirlə Şərin mübarizəsi davam edir. Bu mübarizə min illər boyu davam edən mübarizənin yeni formasıdır. Demək, belə nəticəyə gəlmək olar ki, Gülnaz Abdullayeva əsərdə keçmişdən gələcəyə körpü salmağa cəhd göstərmişdir.
Dostluq, namərdlik, inam, yalan, sərtlik, mülayimlik kimi bir-birinə əks olan mexanizmlərinin dişləri arasında əzilsələr belə personajların mübarizə əzmi, vətən sevgisi bir an da olsa səngimir. Həyatın ən çətin anlarında da sarsılmırlar.
Romanı müasir əsərlər sırasında uğurlu hesab etmək mümkündür. “Qınama məni” vətənpərvərlik tərbiyə edən romandır, insanları mübarizliyə, milli mənafelərin qorunmasına, insani xüsusiyyətlərə sədaqətli olmağa səsləyir. Geniş auditoriyalar, xüsusən də şəxsiyyət kimi formalaşmaqda olan gənclər üçün daha əhəmiyyətlidir. Oxumağa, öyrənməyə və həyatın sərt üzü ilə imtahan sınağına çəkildikdə bəhrələnməyə dəyər.
Böyük hörmət və ehtiramla,
Əli bəy Azəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Baxış sayı: 2 021
Bölməyə aid digər xəbərlər

25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd