22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Zoryana Zamkova-şeir
Tarix: 13-01-2019 00:50 | Bölmə: Ədəbiyyat


ALIŞDIM HƏYATIN HƏR BİR ÜZÜNƏ

Dördəlli dəfn edin talan eşqimi,
Özgə ürəyində güllə, çiçəklə,
Cahana sığmayan həyat sevgimi,
Arzuya yol gedən yeni ürəklə.

Səni itirməkdən elə qorxuram,
Dəniz öz qumunu itirən kimi.
Hamının gözünə düpdüz baxıram,
Qızılgül tikanı bitirən kimi.

Yalnız məhəbbəti öldürün - deyə,
Yanan ürəkləri söndürün - deyə,
Sevgini cənnətə döndərin - deyə,
Ulduz tək göylərdə rəqs edin barı.

Qələmə inandım, sözə inandım,
Baxışa inandım, gözə inandım,
Sevgidə min dərdə, dözə inandım,
Alışdım həyatın minbir eşqinə.

Zoryana Zamkova - Ukrayna, Ternopol şəhəri
Tərcümə edəni: Əmir Pəhləvan



Baxış sayı: 863


Bölməyə aid digər xəbərlər