19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
“Türk ruhunun söz bayrağı ƏHMƏD CAVAD” kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
Tarix: 18-09-2022 22:27 | Bölmə: Ədəbiyyat

MM Mədəniyyət komitəsinin dəstəyi ilə İstiqlal muzeyində böyük şairimiz Əhməd Cavadın yubileyi ilə bağlı “Türk ruhunun söz bayrağı ƏHMƏD CAVAD” kitabının təqdimatı keçirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130, vəfatının 85-ci ildönümü və “Türk ruhunun söz bayrağı ƏHMƏD CAVAD” kitabının təqdimatı münasibəti ilə təşkil olunmuş ədəbi-bədii tədbirdə çıxış edib.
Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı Əhməd Cavadın ömür yolu və bu tədbirin təşkilini zəruri edən mənəvi ehtiyacdan, vəfa borcundan söz açıb. O, tədbirin Milli Məclisin Mədəniyyət komitəsi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə baş tutduğunu bildirib, elm, mədəniyyət, incəsənət xadimlərinin, hərbçilərin, QHT, KİV nümayəndələrinin iştirak etdiyini bildirib.
Öncə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Salamlama nitqi ilə çıxış edən İstiqlal Muzeyinin direktoru Sədi Miresyibli diqqətə çatdırıb ki, Əhməd Cavad ömrünü, canını, bütün varlığını türkçülük, turançılıq ülküsünə həsr edib. Düşmənləri Əhməd Cavadın ülkü və təfəkküründən daim təlaş keçirdikləri üçün onun məzarının olmasına belə imkan verməyiblər. Bütün bunlara baxmayaraq, Azərbaycanın müstəqilliyi, Türkiyənin, Türküstanın qurtuluşu yolunda yorulmaz fəaliyyət göstərən istiqlal şairimizin əziz xatirəsi milyonlarla insanın könlündə yaşayır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, tədbirdə təqdim olunan “Türk ruhunun söz bayrağı ƏHMƏD CAVAD” kitabının həmmüəlifi Qənirə Paşayeva geniş məruzə ilə çıxış edib.
Q.Paşayeva öncə Prezident İlham Əliyevin Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb, tarixi şəxsiyyətlərimizin tanıdılmasına, mədəni irsimizin qorunması və klassik irsə yüksək həssaslıqla yanaşmasından söz açıb. O, illər keçsə də Əhməd Cavadın könüllərdə yaşadığını bildirib. Komitə sədri Əhməd Cavadın Stalin repressiyasının qurbanı olduğunu vurğulayıb:
“Repressiyalar, məhdudiyyətlər şairin adını ürəklərdən silə bilmədi. O, bu gün istiqlaliyyəti, Vətəni, Türk dünyasını sevən könüllərdə yaşayır. O, həyatda çox əzab-əziyyətlər gördü lakin öz ülküsündən dönmədi.
Əhməd Cavadın adının İstiqlal Muzeyində, qardaş ölkədən gəlmiş dəyərli aydınların iştirakı ilə keçirməyimiz təsadüfi deyil. Özəlliklə, 44 günlük müharibədəki Zəfərin fərəhi, qüruru içində istiqlal şairini, Dövlət Himninin söz müəllifini anmaq ayrı bir hadisədir! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, bu, bizim – Azərbaycanın və Türkiyənin müştərək qələbəsidir”!
Sözlərinə davam edən Q.Paşayeva deyib: “XX yüzilin əvvələrində Anadolu insanı Sarıqamış faciəsinin ağrı-acısını yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb oralarda yaşayan qardaşlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını uyğun ortamlı ailələrin himayəsinə veriməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. O, Azərbaycan üçün, Türkiyə üçün, Türk dünyası üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq türk millətinin acıları onun acısı idi. İstiqlal şairi, mütəfəkkir, maarifçi müəllim Əhməd Cavad heç bir zaman unudulmayacaq, hər zaman sevgi-sayğı ilə anılacaq. Eyni unudulmazlıq, eyni sevgi-sayğı onun vəfalı ömür-gün yoldaşı Şükriyyə xanıma da aiddir. Hər ikisinin ruhu şad olsun!
Bu gün Əhməd Cavadın məzarı yoxdur amma adı milyonların ürəyində uca yerdədir”!
Q.Paşayeva kitabın nəşrində, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürlərini bildirib.
Tədbirdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, qardaş Türkiyədə fəaliyyət göstərən “Əhməd Yəsəvi Kültür Dərnəyi” ictimai birliyinin İdarə heyətinin başqanı Dr. Fatma Sönməz, “Türk Ədəbiyyat” dərgisinin baş redaktoru yazıçı-tərcüməçi, kitabı Türkiyə türkcəsinə çevirən İmdat Avşar, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, təqdimatı keçirilən kitabın həmmüəllifi Dos.Dr. Faiq Ələkbərli, Quzey Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki təmsilçiliyinin Təhsil və Mədəniyyət attaşesi Tevfik Ulual, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev və b. öz ürək sözlərini, təqdim olunan kitabın önəmi barədə düşüncələrni bölüşüb.
Bildirilib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəxas yolu, üslubu ilə seçilən söz ustadlarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
Sonra Əhməd Cavadın nəticəsi Cavad Axundzadə çıxış edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Əməkdar artist Ağalar Bayramovun Əhməd Cavadın şeirlərini səsləndirməsi, Əməkdar artist Nuriyyə Hüseynovanın “Çırpınırdın, Qara dəniz”i ifası tədbirə xüsusi rəng qatıb.
Sədi Mirseyibli Q.Paşayeva, F.Sönməz, İmdat Avşar, T.Ulual və TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaza İstiqlal Muzeyinin nəşrlərini hədiyyə edib.
Həmçinin Q.Paşayeva F.Sönməzə Azərbaycan həqiqətlərinin təbliği, tərənümü sahəsindəki töhfələrinə görə Mədəniyyət komitəsi adından Təşəkkür məktubu, Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Sonda tədbir iştirakçıları Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyası və 1937-ci repressiya hadisələrinin 85-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olub. Sərgi oktyabrın 30-a qədər davam edəcək.
Sabaha-inamla.az

Baxış sayı: 1 460
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR