Bütün xəbərlər
Şəhidim-Xalidə Nuray
Tarix: 16-09-2022 11:24 | Bölmə: Ədəbiyyat



Sabaha-inamla.az şairə Xalidə Nurayın şəhidlərə həsr etdiyi "Şəhidim" şeirini təqdim edir:


Şəhidim

Sən bir ölməz həqiqət,
Müqəddəslik rəmzisən.
Dağ vüqarlı Şəhidim,
Vətənimin özüsən.

Silinməz tarix yazdın,
Sınmaz cəsarətinlə.
Yağıya məzar qazdın,
Öc aldın qeyrətinlə.

Öz məğrur gülüşünlə,
Qarşıladın ölümü.
Ölməzliyə ucaldın,
Dərdin şəhid gülünü.

Ağlar gözlü ananın,
Qürur verən ahısan.
Gələcək nəsillərin,
Nur üzlü sabahısan.

Azadlığın sipəri,
Səngərisən Şəhidim.
Vətən adlı əsərin,
Mərd ərisən Şəhidim.

Xalidə Nuray.16.09.2022.


Baxış sayı: 502


Bölməyə aid digər xəbərlər