22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzeti nəşr olunub
Tarix: 04-01-2019 12:59 | Bölmə: Ədəbiyyat

                                


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub.
Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb. Mətbu nəşrdə “Ulu öndər Heydər Əliyev zəmanəmizin ən böyük azərbaycanlısıdır”, “Sivilizasiyaların qovuşduğu yerdə tolerantlıq” başlıqlı məqalələr, həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar, ölkədəki əlamətdar hadisələr, beynəlxalq günlərlə bağlı tədbirlər, “Səfir saatı” layihəsi çərçivəsində görüşlər, İnstitutun Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə layihə çərçivəsində ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş diskussiyalar dərc olunub.
“İlahiyyatçı” qəzetində, həmçinin Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri əksini tapıb. Nəşrdə görkəmli akademiklər, Milli Qəhrəman, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri də maraq doğurur. Qeyd edək ki, ayda bir dəfə nəşr olunacaq “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, din sahəsində baş verən hadisələr, düşmən tapdağı altında qalan abidələrimiz, tələbələrimizin yaradıcılığı haqqında yazılar dərc ediləcək.
Qəzetin nəşr olunmasında məqsəd gənclərdə yaradıcılıq vərdişlərinin artırılması və onların intellektual səviyyələrinin yüksəldilməsinə, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.
Məlumat üçün bildiririk ki, bu günlərdə, həmçinin İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı, “Din araşdırmaları” jurnalı çapdan çıxıb.



Baxış sayı: 763


Bölməyə aid digər xəbərlər