18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Deputat: Vəzifəmiz təbliğ etməkdir – Nizami Azərbaycan şairidir
Tarix: 04-01-2019 12:40 | Bölmə: Ədəbiyyat
Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir. O, Gəncədə, türk ailəsində doğulub, boya-başa çatıb. Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: “İlahi, sən özün türk balasını qoru”. Hansı ata türk olmadan öz övladına “türk balası”, - deyə, müraciət edər, onu türk adlandırar?!
Trend-in məlumatına görə, bunu AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti ətrafında yenidən açılan müzakirələrə, onun bəzi müəlliflər tərəfindən fars şairi adlandırılmasına münasibətini bildirərkən deyib.
G.Baxşəliyeva qeyd edib ki, Nizaminin şeir üslubu fars dilində “səbki-Azərbaycani” adlanır:
“Yəni, fars dilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər o üslubda yazırdı və o üslub klassik fars şairlərinin üslubundan xeyli dərəcədə fərqlənirdi. Bu, Nizaminin türk olmasına ikinci çox tutarlı dəlildir. Üçüncüsü, məsələn, rus poeziyasının ən böyük şairi Puşkinin ulu babası Efiopiyadan (Həbəşistandan) olub.
O zaman Puşkini efiop, həbəş şairi adlandırmaq olarmı? Puşkin Rusiyada yaşayıb, rus dilində yazıb, rus və Rusiya reallığını əks etdirib bütün yaradıcılığında.
Nizami də bütün əsərlərində, yaradıcılığında o vaxtkı Gəncənin, Azərbaycanın mənzərəsini yaradıb. İndi ona necə fars şairi demək olar?” - deyən şərqşünas-alim qeyd edib ki, Nizami ona görə farsca yazıb ki, orta əsrlərdə Aralıq dənizindən ta Hindistanacan (Mərkəzi Asiya da daxil olmaqla) bütün regionun şeir dili fars dili idi. “Zəbani farsi xeyli şirin”.
Millət vəkili vurğulayıb ki, fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi: "Təkcə Nizami deyil, digər dahilər, məsələn, Cəlaləddin Rumi farsca yazıb-yaradırdı.
Onlarca, yüzlərcə digər şairlər də öz əsərlərini farsca qələmə alırdı. Hətta 18-ci əsrdə də elə şairlər olub ki, onlar farsca yazıblar öz şeirlərini.
Baxmayaraq ki, türk dili tam formalaşmışdı, tam inkişaf etmişdi, sadəcə, həmin o fars dili, “gözəl şeir farsca yazılar” ənənəsindən istifadə edərək, farsca yazırdılar. Əşrəf Marağayi, Əbdibəy Şirazi, Saib Təbrizi kimi görkəmli şairlər də öz şeirlərini farsca qələmə alırdılar. Hətta Saib Tərbrizi Hindistanda fars dilli şeirin ən görkəmli nümayəndəsi hesab olunur.
Yaxud böyük hind şairi Əmir Xosrov Dəhləvi Nizamiyə nəzirə olaraq, fars dilində bütöv “Xəmsə” yaradıb. Belə olan təqdirdə, Nizamini fars şairi adlandırmaq həqiqəti əks etdirmir, o, farsca yazan Azərbaycan şairdir”.
Nizaminin fars şairi kimi təqdim edilməsinin haradan qaynaqlanmasına gəlincə, G.Baxşəliyeva bunları bildirib:
“Bir neçə il öncə Misirdə, “İskəndəriyyə” kitabxanasında Nizaminin büstünün açılışında iştirak edirdim. Eyni zamanda, Nizami Gəncəvi haqqında ərəb tədqiqatçısı tərəfindən yazılmış irihəcmli monoqrafiyanın təqdimatı keçirilirdi. Kitabın elə ön sözündəcə müəllif Nizamini fars mədəni irsinin nümayəndəsi adlandırır.
Onun Nizami haqqında istifadə etdiklərinin 99,9 faizi də məhz farsca yazılmış tədqiqat əsərlərindən idi. Yəni, əsərin biblioqrafiyasında bir-iki türk müəllifinin adı çəkilsə də, azərbaycanlı alimlərin əsərlərindən ümumən istifadə edilməyib.
Yaxud Nizami haqqında əsərdə, məsələn, Yevgeni Bertelsin kitabının adı çəkilir, amma müəllif heç Bertelsin kitabının üzünü belə açmayıb. Ona görə də yalnız fars dilində yazılan mənbələrdən istifadə edərək, Nizamini fars şairi adlandırır.
Bizim də bu cür təhriflərin qarşısını almaq üçün vəzifəmiz yazmaq, təbliğ etməkdir ki, Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil. O, əsl türk oğlu türk, Azərbaycan şairdir”.
Baxış sayı: 1 286
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib