22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ганна Арсенич-Баран -ŞEİRLƏR
Tarix: 22-12-2018 01:14 | Bölmə: Ədəbiyyat


ŞƏHƏRİN İŞIQLARI
Göz yaşına bənzəyir
Şəhərin işıqları.
Gözdən qızıl tökülür,
Şəfəq saçır aləmə.
Qaranlıq sakinləri –
O biçarə sərçələr
Naqillərdə oturub,
Səssiz-səmirsiz baxır -
Bu məkanın quşları,
Hərdən sürü halında
Tramvaya bənzəyir.
 Ulduzlar da onlara
Ümid verir, nur verir,
Bir nağıla bənzəyir
Şəhərin işıqları.

Nazlı bahar
Çiçəklər baharın ana yasası,
Sevən ürəklərin ömür tanası,
Mən səni sevirəm – sözün qısası,
Sözümü gözümdən oxu, əzizim.

Bir yarpaq ömrünü yaşamaq çətin,
Budağın yükünü daşımaq çətin,
Saralıb törpağa qarışmaq çətin,
Rəngimi üzümdən oxu, əzizim.

KÜLƏK
Külək də qısılıb bacaya dolub,
İsinmək isətir o da azacıq.
Lağımı dərindi kaha-mağarın,
Orda da yer tapıb küləklər artıq.
 Üstü açıq qalıb çuxur-yarğanın,
Küləyin qalmağa şansı azacıq...
Payızın gəlişi dumandan keçir,
Xəzəli tökümlü amandan keçir,
Külək Noyabrda canından keçir.
Bəzən qızınmağa yeri olsa da,
Bu ayda yanğına həsrətdi külək.
Ганна Арсенич-Баран Ukrayna, Çerniqov şəhəri
Tərcümə edəni: Əmir Pəhləvan



Baxış sayı: 971


Bölməyə aid digər xəbərlər