18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
“Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans olub
Tarix: 18-02-2022 21:37 | Bölmə: Ədəbiyyat

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Konfransın əsas məqsədinin Naxçıvanda ədəbi mühit, ədəbi proses məsələləri, 2021-ci ildə qələmə alınan lirik, epik, dram əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri, bu istiqamətdə yazılmış elmi, publisistik məqalələrin, kitab və monoqrafiyaların bütövlükdə elmə qazandırdığı yeniliklərin təhlilinə, bu sahənin zənginləşdirilməsinə xidmət etdiyini bildirib.
Alim söyləyib ki, əvvəlki illərdə də Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan ədəbi mühiti və ədəbi proses məsələləri əhatəli tədqiq olunmuş, bu ənənə institut əməkdaşları tərəfindən hazırda da davam etdirilir. Naxçıvan ədəbi prosesinin tədqiqi və təbliği məqsədi daşıyan konfransın davamlı keçirilməsi, aparılan araşdırma və müzakirələr, konfrans materiallarının nəzərdə tutulan nəşri gələcəkdə bu sahənin tədqiqatçıları üçün dəyərli mənbə ola bilər.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar konfransda “Naxçıvanda ədəbi proses-2021” mövzusunda məruzə edib. Məruzəçi Naxçıvan ədəbi mühitinin yetirmələrinin ötən il ərzində 52 kitabının nəşr olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyəti haqqında məlumat verib, muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla birlikdə əlamətdar tarixi günlər, eləcə də ədəbiyyatımızın təbliği məqsədilə müxtəlif tədbir, elmi konfrans, müsabiqə və poeziya gecələrinin keçirildiyini bildirib. 2021-ci ildə ərsəyə gələn lirik, nəsr və dram əsərlərinin ideya istiqamətləri, bədii xüsusiyyətləri, həyata keçirilməsi nəzərdə tutulan bəzi məsələlər barədə konfrans iştirakçılarını məlumatlandırıb.
“2021-ci il Naxçıvanda ədəbiyyatşünaslıq, ədəbiyyatşünaslıqda Naxçıvan” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov ötən ilin sentyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran məsələlər barədə keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu qarşısında qoyduğu bəzi vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, ədəbi prosesin inkişafı sahəsində fəaliyyətin gücləndirilməsi, ədəbiyyatşünaslığın əsas istiqamətləri üzrə tədqiqatların aparılması ilə yanaşı, Naxçıvan ədəbi mühitinin mövcud vəziyyətinin və yaradıcılıq istiqamətinin obyektiv təhlil olunması da həmin vəzifələr sırasındadır.
Tədqiqatçı həmin vəzifələrin icrası istiqamətində İnstitutda yerinə yetirilən işlər barədə yığcam məlumat verib. Ötən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini, aparılan araşdırmaların elmi və publisistik məqalələrdə əksini tapdığını söyləyib.
O, bəzi ümumiləşdirmələr aparıb, ərsəyə gələn əsərlər və ədəbi mühitin tədqiqi ilə bağlı ədəbiyyatşünasların, tənqidçilərin nəşr olunan məqalələrində, monoqrafik tədqiqatlarında əksini tapan düşüncələrindən söz açıb. Naxçıvan ədəbi mühitinin istər muxtar respublika, istər ölkə səviyyəsində təbliği və tədqiqi məsələlərinin inkişafı məqsədilə fikirlərini bölüşüb.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “2021-ci ildə Naxçıvan ədəbi mühitində poeziyanın inkişafı”, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “2021-ci ildə Naxçıvan ədəbi mühitində nəsr: axtarışlar, tapıntılar” və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova “2021-ci il Naxçıvan ədəbi mühitinin publisistik mənzərəsi” mövzulu məruzə ediblər.
Məruzələrdə poeziya, bədii nəsr, publisistika sahəsində ideya-mövzu və janr müxtəlifliyi baxımından diqqəti cəlb edən nümunələr təhlil olunub. 2021-ci ildə qələmə alınan əsərlərin əsas mövzusunun Vətən müharibəsi, şəhidlərə ehtiram, zəfər sevinci, xeyirxahlıq olduğu nəzərə çatdırılıb. S.Alışarlı, F.Fərəcov, N.Nəvai, T.Atəş, R.Allahverdiyev, S.Abdulla, Ş.Qafar, N.Əlisoy, Nargis, S.Teymurbəyli, A.Nehrəmli, T.Arifqızı, N.Məmmədli, S.Tahirli, M.Sultan və başqalarının hekayə, povest və roman janrlarında qələmə aldıqları əsərlərin əsas məziyyətləri barədə məlumat verilib.
Məruzələr ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sabaha-inamla.az

Baxış sayı: 1 060
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib