Bütün xəbərlər
Sumqayıt Dram Teatrında “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası oldu
Tarix: 04-11-2018 09:41 | Bölmə: Ədəbiyyat

Yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram teatrı böyük əzmlə repertuarını zənginləşdirməkdədir.
Teatrdan Sabaha-inamla.az-a verilən məlumata görə Bugün Rus xalq xağılı əsasında  səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası oldu.
Kiçik yaşlı tamaşaçılar və məktəblilərin həm əylənib, həm də öyrənmələrini  təmin edən  nağıl tamaşada obrazların timsalında ağıl və gücün  müqayisəsi aparılır.
Tamaşadan öncə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Texniki və Təbiət  Elmləri Liseyinin direktor müavini Ətrabə Tağıyeva, quruluşçu rejissor Ayla Osmanova tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşamünasibətilə yaradıcı heyəti təbrik etdilər.Daha sonra tamaşa nümayiş edildi. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçurəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu  Ceyhun Dadaşovdur.
Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və  Elmir Mehdiyev ifa edirlər.
Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Dram.yaxın günlərdə daha bir  yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcəkdir.





Baxış sayı: 1 036


Bölməyə aid digər xəbərlər