Bütün xəbərlər
Qocalmazdım-Həvva Həsibova
Tarix: 25-10-2018 11:28 | Bölmə: Ədəbiyyat


Qocalmazdım dərdin, qəmin əlindən,
Qəmə saldı fələk məni, qocaldım.
Başım üstən nələr etdi, bilmədim,
Qurdu yollarıma kələk, qocaldım.

Həsrətindən düyünlüyəm, dağlıyam,
Ömrüm boyu, ata sənə bağlıyam.
İnsafdımı, qan yaş tökəm ağlıyam?
Urəyimdə arzu, dilək, qocaldım.

Mən Həvvayam, sözüm sona yetirdim,
Baxçamda min həsrət gülü bitirdim,
Anam Baxçagülü vaxtsız itirdim,
Əsdi başım üstə külək, qocaldım.


Baxış sayı: 1 025


Bölməyə aid digər xəbərlər