Bütün xəbərlər
NİCAT TƏK SƏNDƏDİR-Vüqar Əhməd
Tarix: 09-07-2021 01:29 | Bölmə: Ədəbiyyat

NİCAT TƏK SƏNDƏDİR

Hayla gəlib vayla gedən,
Bir- birini vuran, didən,
Dost- qohumun malın güdən,
O,  insandır,o, bəndədir.

Olumdan yol - son məzara,
Dünya dönübdür bazara,
Yoluxuruq bəd mərəzə,
Bəla şəhər, həm kənddədir.

Ömür keçmir kədər, qəmsiz,
Taleh yazırlar qələmsiz,
Kaş ölməyə ümidimiz,
Günah nə mən, nə səndədir.

Dağlar gördüm başı qarsız,
Ağaclar var tam nübarsız,
Heyif indi çoxdur arsız,
Dünya özü pis gündədir.

Qarışıbdır haqqa nahaq,
Ömrümüz keçir bu sayaq,
Nə edəcək Cənabi Haqq?
Ya Rəbb nicat tək səndədir...
 

Vüqar Əhməd


Baxış sayı: 474


Bölməyə aid digər xəbərlər