Bütün xəbərlər
İGİD HƏTƏMXAN-ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Tarix: 03-04-2021 22:07 | Bölmə: Ədəbiyyat


İGİD HƏTƏMXAN
(Şəhidimiz KAPİTAN HƏTƏMXAN QULİYEVƏ ithaf edirəm)


Vətənim dardadır, deyib Kapitan,
“El-obam, hardadır?!” deyib, Kapitan,
Zabit mundirini geyib Kapitan,
Döyüşə atıldı İgid Hətəmxan.

Vətən dar gündəydi, qalxdı ayağa,
Bir qəhrəman oldu, döndü dayağa,
Sarıldı silaha, üçrəng Bayrağa,
Döyüşə atıldı İgid Hətəmxan.

Aprel döyüşnə sən şahid oldun,
Zəfər döyüşündə sən Şəhid oldun.
Əzmkar ruhunla sən vahid oldun,
Döyüşə atıldı İgid Hətəmxan.

Uşaqlıq illərin keçdi gözümdən,
Ürəyim ağrıdı, getdim özümdən,
Yandım alovuna, keçdim közündən,
Döyüşə atıldı, İgid Hətəmxan.

Atan Məti, Anan Ruqiyyə harda?
Bəs, Fərhad qardaşın, hansı diyarda?!
Vəfalı Xanımın yol gözlər, darda,
Döyüşə atıldı İgid Hətəmxan.

Kəsmək olmayırdı axan qanları,
Əzməyin vaxtıydı həmin “yanlar”ı.
Tanıtdın hamıya qəhrəmanları-
Döyüşə atıldı İgid Hətəmxan.

Dərdini heç kimlə bölə bilmədi,
Zəfəri görmədi, gülə bilmədi,
Dostları göz yaşın silə bilmədi,
Döyüşə atıldı İgid Hətəmxan.

Sən oldun ordumun qüruru, fəxri,
Gül-çiçək, qoxudu vətənin ətri,
Əroğlu, sən bitir, şeiri, sətri,
Döyüşə atıldı İgid Hətəmxan.

QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU),
Hüquqşünas, şair,
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ (AJB),
"QIZIL QƏLƏM" və "ULU ÖNDƏR" Media Mükafatı Laureatı






Baxış sayı: 744


Bölməyə aid digər xəbərlər