14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Samişünaslığa dair monoqrafiyalar nəşr olunub
Tarix: 13-02-2021 01:48 | Bölmə: Ədəbiyyat


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin əməkdaşları Təranə Hüseynbalayeva və Heybət Heybətovun samişünaslığa dair monoqrafiyaları nəşr olunub.
Şərqşünaslıq fakültəsindən AZƏRTAC-a bildirilib ki, “Sami dilləri tarixi” və “Sami dillərinin müqayisəli qrammatikası” kitablarının hazırlanmasında respublikamızda çapdan çıxmış dilçilik əsərləri ilə yanaşı rus, Avropa, ərəb və İsrail samişünaslarının əsərlərindən, həmçinin bu sahə üzrə dünyanın müxtəlif ölkələrində çap edilmiş dövri elmi nəşrlədən istifadə olunub.
Samişünaslıq müstəqil elm sahəsi kimi XIX əsrdə formalaşmağa başlayıb. Qrammatikaya aid mühüm əsərlər, lüğətlər, çoxcildli tarixi kitablar, ədəbiyyat topluları, orta əsr sami filoloqlarının əsərlərinin təhlili və s. tədqiqat işləri çap edilib, nəticədə samişünaslıq müxtəlif qollara bölünüb.






Baxış sayı: 447


Bölməyə aid digər xəbərlər