19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
18:09 / 08-09-2026
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
15:40 / 08-09-2026
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
15:03 / 08-09-2026
Ekstremal idmançı Başqırdıstanda Çəhrayı qayaların üzərində 70 metr hündürlükdə sapandla gəzib
14:55 / 08-09-2026
Rusiya və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri danışıqlar keçirirlər
14:39 / 08-09-2026
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
14:35 / 08-09-2026
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
14:19 / 08-09-2026
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
14:15 / 08-09-2026
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
14:12 / 08-09-2026
Yakutiya və Amur Bölgəsi Uzaq Şərq istiqraz mexanizmi üçün pilot bölgələrə çevriləcək
21:18 / 07-09-2026
Şimali Koreya qarşıdurma halında ABŞ-ı qarşılıqlı tədbirlərlə hədələyir
21:13 / 07-09-2026
Finlandiya Rusiya ilə sərhədlərində 356 milyon avro dəyərində hasarın tikintisini başa çatdırıb
21:10 / 07-09-2026
"Eurotrans" şirkətinin direktorlar şurasının sədrinə qarşı iş üzrə iki təqsirləndirilən şəxs həbs edilib
20:58 / 07-09-2026
Serbiya Nazirlər Kabineti Vuçiçdən parlamenti buraxmağı və erkən seçkilər təyin etməyi xahiş edib
20:54 / 07-09-2026
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
20:51 / 07-09-2026
Vitkoff Fransanı Ukrayna ilə bağlı danışıqlara hazırlaşmağa çağırdı
20:48 / 07-09-2026
Bir qadın göbələk və çətənə liflərindən hazırlanmış tabutda dəfn edilib
20:44 / 07-09-2026
Premium yaşayış kompleksinin sakini güllələnib
20:41 / 07-09-2026
Ukrayna Baş Prokuroru NABU işi ilə bağlı yeddi işçini işdən çıxarıb
20:37 / 07-09-2026
Turistlər Türkiyə otelində dava etdilər
20:28 / 07-09-2026
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
20:14 / 07-09-2026
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
16:46 / 07-09-2026
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
16:44 / 07-09-2026
Merz Almaniyanın partiya sistemində tektonik dəyişiklik elan etdi
16:39 / 07-09-2026
"Yabloko" fraksiyasının Sverdlovsk şöbəsinin sədri saxlanılıb
16:37 / 07-09-2026
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
16:33 / 07-09-2026
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
Üçcildlik təfsirin təqdimatı olub
Tarix: 04-02-2021 02:45 | Bölmə: Ədəbiyyat

AMEA-nın Naxçıvan Bölməsində Nematullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) üçcildlik təfsirinin təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 29 oktyabr 2018-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamla təsdiq olunmuş Tədbirlər planına əsasən Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi üçün AMEA Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılmış, görkəmli təfsir aliminin zəngin elmi irsi araşdırılmış, onun həyat və yaradıcılığını əks etdirən əsərlər ərsəyə gətirilmişdir.
Akademik Nemətullah Naxçıvani haqqında məlumat verərək çox zəngin düşüncəyə malik alimin yürütdüyü sistemli təhlilləri, İslamın təməl ehkamlarını mükəmməl təsvir etməsini iştirakçıların diqqətinə çatdırıb.
Kitabın doğma dilimizə tərcüməsinin bölmənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, elmi redaktorluğunun isə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov tərəfindən uğurla yerinə yetirdiyini qeyd edən alim nəşrlə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, təqdimatı keçirilən üçcildlik də daxil olmaqla nəşr olunan əsərlər, keçirilən beynəlxalq konfranslar görkəmli islam aliminin irsinin tanıdılması və təbliğinə xidmət edir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Surə Seyid bildirib ki, Nemətullah Naxçıvani türk islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanmışdır. Naxçıvanda dünyaya göz açan alim dövrünün görkəmli alimlərindən təhsil almış, dini və dünyəvi elmlərə dərindən yiyələnmişdir. Naxçıvani islam elmlərinə dərindən yiyələnmək qabiliyyəti, zəkası və başqa müsbət keyfiyyətləri ilə diqqəti cəlb etmiş, bir müddət Naxçıvan mədrəsələrində müəllim işləmiş, qısa zaman ərzində dövrünün tanınmış alimlərindən birinə çevrilmişdir. Onun elmi dünyagörüşünün formalaşmasında Naxçıvan elmi və mədəni mühitinin mühüm təsiri olmuş, böyük filosof alim həyatının qalan hissəsini Təbrizdə, əsasən, Anadoluda, Karaman vilayətinin Ağşəhər qəsəbəsində keçirmişdir.
Çıxışda qeyd olunub ki, zəngin elmi və fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 oktyabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılmış, 2019-cu ilin may ayında Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Türkiyə Respublikasının Konya şəhərinə tədqiqatçıların səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani”, AMEA Naxçıvan Bölməsində isə “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir. “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabı çap olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun dəstəyi ilə professor Yaşar Kurtun “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı ilk elmi-tədqiqat əsəri tərcümə olunaraq nəşr edilmişdir. Naxçıvan Dövlət Televiziya və Radio verilişləri tərəfindən Naxçıvan və Konyada
aparılan çəkilişlər əsasında “Təfsir alimi” filmi hazırlanmış, müxtəlif tematik verilişlər və mətbuat materialları yayımlanmışdır.
Surə Seyid söyləyib ki, Nemətullah Naxçıvani zəngin elmi, fəlsəfi irsinə görə nəinki Azərbaycanda, Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində tanınır. Onun Azərbaycan, ərəb, fars və türk dillərində yazdığı əsərləri hazırda Türkiyənin kitabxana və muzeylərində mühafizə olunur. Həmin əsərlərdən 12 əlyazma nüsxəsinin elektron variantı AMEA Naxçıvan Bölməsinə təqdim edilmişdir. Vurğulanıb ki, Nemətullah Naxçıvani yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir. Dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik alimin digər təfsirlərə müraciət etmədən yazdığı “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa ən böyük töhfədir. Sözügedən təfsirin digər təfsirlərdən ən üstün cəhəti burada Quran surələrinin hər ayəsinin izahının ayrı-ayrılıqda mükəmməl izah olunmasıdır. Ali İhsan Turcanın türk dilinə tərcüməsi əsasında hazırlanan üçcildlik nəşr sadə və anlaşıqlı olması, ifadələrin düzgün seçilməsi ilə fərqlənir.
Təfsiri orijinal nüsxədən türk dilinə tərcümə edən din alimi Ali İhsan Turcan təqdimat mərasiminə onlayn qoşularaq çıxış etmiş, sufi alim Nemətullah Naxçıvaninin mükəmməl biliyindən, onun özünüdərkin ən yüksək zirvəsinə çatması və islamşünaslığa həsr olunmuş zəngin yaradıcılığından bəhs edib.
Tədbirdə həminin AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin və Naxçıvan Muxtar Respublikasının qazısı Sahib Məmmədovun görkəmli təsəvvüf alimi və onun Azərbaycan dilinə tərcümə olunan təfsiri haqqında çıxışları dinlənilib.
Sonra təfsiri türk dilindən tərcümə edən, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək Nemətullah Naxçıvani irsinin öyrənilməsinə yaratdığı şəraitə və gənclərə göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları kitablardan ibarət sərgi ilə tanış olublar.
Sabaha-inamla.az

Baxış sayı: 773
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR