18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
“Nağı Nağıyev: taleyi və sənəti” kitabının təqdimatı olub
Tarix: 28-01-2021 17:01 | Bölmə: Ədəbiyyat

AMEA-nın Naxçıvan Bölməsində görkəmli ictimai xadim, yazıçı, dramaturq, tərcüməçi, redaktor, rəssam, pedaqoq Nağı Nağıyevə həsr olunmuş “Nağı Nağıyev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2007-ci ildən başlayaraq İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” seriyası üzrə kitabların nəşri artıq ənənə halı alıb. “Nağı Nağıyev: taleyi və sənəti” kitabı da həmin seriya çərçivəsində nəşr olunan sayca 14-cü kitabdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan kitab “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində çap olunub. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir.
Akademik görkəmli nasirin çoxşaxəli fəaliyyətindən bəhs edərək söyləyib ki, Nağı Nağıyev eyni zamanda tərcüməçi və redaktor kimi də uğurlu fəaliyyət göstərmişdir. Onun məhsuldar fəaliyyəti nəticəsində dünya ədəbiyyatının bir neçə incisi Azərbaycan oxucusuna təqdim edilmiş, ədəbiyyatımız daha da zənginləşmişdir.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Nağı Nağıyevin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.Çıxışda vurğulanıb ki, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri olan Nağı Nağıyev nasir, tərcüməçi, redaktor, rəssam olmaqla yanaşı, eyni zamanda bir pedaqoq kimi də fəaliyyət göstərmiş, vətənpərvərliyi, doğma torpağa sədaqəti öz timsalında gənc nəslə aşılamışdır. Alim yazıçının yaradıcılığının Naxçıvan və Bakı dövrləri haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən əsrin ortalarında Naxçıvana göstərilən ögey münasibət Nağı Nağıyevin fəaliyyətinə də təsir göstərmiş, o, yalnız Bakıda yaşadığı dövrdə əsərlərinin nəşrinə müvəffəq olmuşdur.
Yazıçının yaradıcılığına göstərilən dövlət qayğısından bəhs edən alim bildirib ki, kitabda Nağı Nağıyevin həyatının bütün dövrləri tədqiqata cəlb olunmuş, çoxşaxəli yaradıcılığının ən incə məqamları işıqlandırılmışdır. Burada Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının Nağı Nağıyevə həsr olunmuş 12 məqaləsi verilmiş, onun həyatı, yaradıcılığının üslub xüsusiyyətləri, hekayələri, povestləri, dramaturgiyası, Naxçıvan teatrındakı fəaliyyəti və digər məsələlərlə tədqiq edilmişdir.
“Müasirləri Nağı Nağıyev haqqında” adlı başlıqda Süleyman Rəhimovun “Zəhmətkeş yazıçı”, Cavad Cavadlının “Ədibin xatirəsi”, Sevda Əlibəylinin
“Pedaqoq, nasir, dramaturq, rəssam, ictimai xadim” adlı yazıları və başqa tanınmış insanların onunla bağlı mətbuatda dərc edilən məqalələri oxuculara təqdim olunmuşdur.
Kitabın “Nağı Nağıyev xatirələrdə” başlığı altında yazıçının oğlu, Azərbaycanın əməkdar mühəndisi Vasif Nağıyevin “Atamdan qalan xatirələr” adlı yazısı oxuculara təqdim edilmiş, sonda yazıçının həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkilləri və kitablarının şəkilləri verilmişdir.
Yazıçının bəzi ailə üzvləri də tədbirdə onlayn iştirak edərək N.Nağıyev haqqında fikirlərini, xatirələrini yığıncaq iştirakçıları ilə bölüşüblər.
Təqdimat mərasimində Bakı şəhər 102 saylı orta məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mələk Süleymanovanın, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanlının çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, Nağı Nağıyev yaradıcılığında insan sevgisi ön plandadır. Əsərlərində insanları daim saflığa, düzlüyə səsləyən yazıçı oxuculara özünütənqid hissi aşılayır. Onun öz yaradıcılıq nümunələrində mənfi personajları islah yoluna yönəltməsi də həmin sevginin təzahürüdür. O, öz əsərlərində həyata müxtəlif peşə sahiblərinin gözündən baxır, hadisələri onların nöqteyi-nəzərindən təhlil edir ki, bu xüsusiyyət hər yaradıcı insana nəsib olmur. Sovet dövrünün qəliblərini əsərlərində darmadağın edən Nağı Nağıyev öz həyatının bəzi dövrlərini ərsəyə gətirdiyi bədii nümunələrdə uğurla təsvir etməklə bir çox aktual məsələləri işıqlandırıb.
Dövrün sərt ideologiyasına rəğmən “Vətən birdir”, -deyən yazıçının bütün əsərlərində doğma yurda olan sevgisi diqqət çəkir. Vurğulanıb ki, N.Nağıyevin əsərlərində Naxçıvan mövzusu əsas istiqamətlərdəndir. Onun əsərlərində Naxçıvanın şifahi xalq yaradıcılığına, etnoqrafiyasına sadiqliyi qabarıqlığı ilə seçilir. Yazıçının sərgilədiyi milli təəssübkeşliyin fonunda folklorumuz, etnoqrafiyamız, adət-ənənələrimizlə bağlı bir çox məlumatlar gələcək nəsillərə çatdırılır. Dialektizmlərin geniş şəkildə istifadəsi, ana dilinin səlisliyi məsələsini öz əsərlərində daim gündəmdə saxlaması yazıçının əsl yurd, millət sevgisinin təzahürüdür.
Sonda yazıçının nəvələri Mələk Süleymanova və Yeganə Qəhrəmanlı Nağı Nağıyev ədəbi irsinə göstərilən diqqət və ehtirama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri başda olmaqla, nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.
Sabaha-inamla.az

Baxış sayı: 1 032
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib