14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
ŞƏHİDLƏRİN BU İL QARA BAYRAMI-Vüqar Əhməd
Tarix: 19-12-2020 19:51 | Bölmə: Ədəbiyyat


İstər Milad, istər Novruz bayramı,
Etməyəçək, yas tutacaqdır hamı,
Şəhidlərə yas tutacaqdır hamı,
Şəhidlərin bu il qara bayramı.

Şəhidlərin ailəsinə baş çəkək,
Gözümüzdən leysan-leysan yaş tökək,
Insanlıqçun ətəklərdən daş tökək,
Şəhidlərin bu il qara bayramı.

Şəhid anasının öpək əlindən,
Hal tutaq baladan, həm dul gəlindən,
Öpək şəhidlərin məzar gülündən,
Şəhidlərin bu il qara bayramı.

Götürək qucağa şəhid balasın,
Bir az qoy azalsın ata yarası,
Itkinin həyatda yoxdur çarası,
Şəhidlərin bu il qara bayramı.

Məzara aparaq bayram xonçası,
Qərənfil gülünün təri-qönçəsi,
Səməni- məzarın yaşıl xalçası,
Şəhidlərin bu il qara bayramı

Şəhidlərin ruhu bizə intizar,
Analar qəbrüstə ağlayır, zar-zar,
Doğmalar bu dərddən olmayır bezar,
Şəhidlərin bu il qara bayramı.

Yenə də deyirik-Sağ olsun Vətən!
Erməni kimiydi, bir yoldan ötən,
Ey ŞƏHİD bu zəfər sənin qələbən,
Şəhidlərin bu il qara bayramı.

İlhamla qazandıq qələbəmizi,
Qarabağ səsləyir növqağa bizi,
Allaha açırıq əllərimizi,
Şəhidlərin bu il qara bayramı.

Bir gözüm gülərdir, biri ağlayır,
Şəhidlər qəlbimi deşir, dağlayır,
Bütün Azərbaycan, ellər ağlayır,
Şəhidlərin bu il qara bayramı.



Baxış sayı: 902


Bölməyə aid digər xəbərlər