14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
“Naxçıvan teatrında rejissor sənəti”nə dair monoqrafiya çap olunub
Tarix: 08-10-2020 00:55 | Bölmə: Ədəbiyyat

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyası çapdan çıxıb.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin Mətbuat Xidmətindən verilən məlumata görə beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir.
Nəşrdə Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları arxiv sənədləri, dövrü mətbuat materialları əsasında müxtəlif mərhələlər üzrə araşdırılıb. Naxçıvan teatr tarixinin əsaslı şəkildə araşdırılması ilə bərabər, bir sıra əsas tezislər də elmi-nəzəri baxımdan sistemli şəkildə tədqiqata cəlb olunub.
Monoqrafiyanın ayrı-ayrı fəsillərində teatrın zəngin inkişaf yolu, burada oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, eləcə də rejissorluq sənətindən geniş bəhs olunur.




Baxış sayı: 451


Bölməyə aid digər xəbərlər