18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
Hüquqşünas-şair ƏDALƏT İZZƏTOĞLUNUN ŞEİRLƏRİ
Tarix: 09-07-2018 14:04 | Bölmə: Ədəbiyyat
İ S T Ə R Ə M
Bulud tək qaralıb yaman dolmuşam,
Dağlarıma köçüb baxmaq istərəm.
Yurdumdan ayrı düşüb solmuşam,
Dərdimi anlayan təbib istərəm.
***
Qarabağ yolunda yağışa dönüb,
Yağıb yurdumuzu yumaq istərəm.
Daşlardan süzülən bir bulaq olub,
Dağların qoynundan axmaq istərəm.
***
Gəzsəm də dünyada uca dağları,
Ərikli, gilaslı, üzüm bağları,
Mənə dərd olub Cəbrayılın dağları,
Ziyarət dağına qalxmaq istərəm.
***
Qozlu bulağından axıb buz kimi,
Dağların döşündən axan çay kimi,
Qıvrılıb, burulub bir ilan kimi,
Çaxmaqlı dərədən axmaq istərəm.
***
Əlimdə qələmim, kitab, dəftərim,
Eh, ötən illərə dönmək istərəm.
Dönübdü neştərə indi qələmim,
Düşmənin gözünü oymaq istərəm.
***
Duymadı Ədalət yurdun ətrini,
Düşübdü çöllərə, qurmur çətrini.
Bağışla şairin yanan qəlbini,
Dərdini qəlbimdə bölmək istərəm.
Sözümlə xətrini almaq istərəm.
QARDAŞDIR TƏBRIZ
Hələ ki, yol gedirik, yol üstəyik biz,
Əyilib, qalxırıq, diz üstəyik biz.
Ürəyim dözməyir bu ayrılığa,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Verib kürək-kürəyə yaşayırıq biz,
Millətim böyükdür, uludur Təbriz.
Xudafərin, Şuşa tarixiyik biz,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Dünya uludursa, dünyam böyükdür,
Dövlətim, millətim, dilim böyükdür.
Vətənin yolunda haqqım böyükdür,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Açıldı sabaha işıqlı yollar,
Zəncirini qırıb qandallı qollar,
Bağlamaz yolumu tikanlı kollar,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Şeiri yazıram ürəkdə bir dağ,
Alınsın yurdlarım, həm də Qarabağ.
Ədalətin ürəyində bu yaraya bax,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
SÖZ SARAYIM VAR
Yoxdur hay verənim, tək harayım var,
Dünyaya sığmayan bir xəyalım var,
Dünyamda qurulan ev sarayım var,
Qxuyun ay dostlar, söz sarayım var.
***
Dağılıb dünyada yurd saraylarım,
Qəlbimi dağıdır bu haraylarım,
Çalınıb, oxunsun söz gəraylarım,
Qxuyun ay dostlar, söz sarayım var.
***
Vətəndən intizar köçdu cavanlar,
Ağladı, sızladı cəmi insanlar,
Yurdum da işğaldır, tökülür qanlar,
Qxuyun ay dostlar, söz sarayım var.
***
Ədalətin sözləri dünyamızda var.
Əkmisən ağaclar, budaqları bar.
Biz də dünyamızda olaq bəxtiyar,
Qxuyun ay dostlar, söz sarayım var.
Ə S İ R L Ə R Ə
(Vətənimizin ərazi bütövlüyu uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə ittihaf edirəm)
Qollarım qoynumda qalıbdı bağlı,
Bu ürək yaralıdır, sinəm də dağlı.
Əsirlər zülmətdə, yolları bağlı,
Səsinə səs verək biz əsirlərin.
***
Yağı düşmən torpağıma göz dikdi,
Vətənimə Araz çayla səd çəkdi.
Bu millətə ayrılıqla dağ çəkdi.
Səsinə səs verək biz əsirlərin.
***
Günlər keçir, illər gedir ömürdən,
Əsirlərim qolu bağlı dəmirdən,
Qulağıma səs də gəlmir həbsdən,
Səsinə səs verək biz əsirlərin.
***
Qara yaylıq bağladılar analar,
Başsız qalıb görün neçə balalr.
Dağılıbdı Qarababağda qalalar.
Səsinə səs verək biz əsirlərin.
***
Mənim ürəyimdə asılıbdı daş,
Çəkməyir ürəyim, ağırdır bu daş
Əsirlikdə qalanlar axıtmasın yaş,
Səsinə səs verək biz əsirlərin.
***
Dözə bilmirəm bu ocağa, bu oda,
Kül olmuşam, sovruluram havada.
Ordumuz da qalib gəlsin davada,
Səsinə səs verək biz əsirlərin.
***
Göz yaşını axıtmadım de harda?
Solub gözüm, ağarıbdı qara da.
Ədalətin gözü qalıb yollarda,
Səsinə səs verək biz əsirlərin.
NƏYİMƏ GƏRƏK
Gəzirəm, küçələr mənə qaranlıq,
Xəyallar dolaşır, yurdu bir anlıq,
Gözlərim qapanır, çökür qaranlıq,
Bu dünya nəyimə, nəyimə gərək.
***
Yollara baxıram, yollar daralır,
Havaya baxıram, hava qaralır,
O yurdum üzülür, vallah saralır,
Bu dünya nəyimə, nəyimə gərək.
***
Demirəm bu dünya nəyimə gərək,
İncidib, küsdürdün məni ay fələk,
Köksümdə çatlayır döyünən ürək,
Bu dünya nəyimə, nəyimə gərək.
***
Ədalət küsməyə haqqın da çatır,
Düşmənin dayanmır, o atın çapır,
Dayanıb baxırsan, ey zalım fələk
Bu dünya nəyimə, nəyimə gərək.
D O Y M U R A M
Asta sür maşını, ağrıyır başım,
Bu yollar uzunar o yurda tərəf...
Göz dikib dağlara baxım, dolaşım,
Həsrətim azalsın o yurda tərəf...
***
Səmaya qalxıb bir qartal kimi,
Uçaydım o dağa, o yurda tərəf.
Yuxumda hər zaman gördüyüm kimi,
Sabahım açıla o yurda tərəf...
***
Vətənim bölünüb Arazla yarı,
Düşmənlər sinəmə çəkibdi dağı.
Təbrizim Bakıdan düşübdü ayrı,
Həsrətdən solubdu, vətənin bağı.
***
Dahi Şəhriyarın sinəsi dağlı,
Köçdü dünyamızdan yolları bağlı.
Əlləri Bakıya qaldı uzalı,
O dərdi içində getdi dünyadan.
***
Ədalət Xudafərin, Ziyarət dağlı,
İntizarda qalıb can Qarabağlı,
Saxla maşınını sürüçü qardaş,
Baxdıqca doymuram, o yurda tərəf...
Düşüb mən gedirəm o yurda tərəf.
ƏDALƏTİN SÖZÜ VAR
Bir romandı şeirim,
Bir nağıldı şeirim.
Ürəklərdə bitəcək,
Açılmamış çiçəkdi.
***
Dünyamıza gərəkdi,
Çiçəklərin ətiri.
Xalqımıza örnəkdi,
Şeirimin hər sətiri.
***
Ruhuma bir can verir,
Şeir, sənət ocağı.
Sözümə qüvvət verir,
Vətənimin qucağı.
***
Yazdığım bir nəsihət,
Söz yazıram ürəkdən,
Arzulardan, örnəkdən,
Tanrı verən çörəkdən.
***
Ədalətin sözü var,
Xalqı görən gözü var.
Şeir, sənət yolunda,
Dünya boyda özü var.
OXU, BÜLÜBÜL
Bülbül, yaman nalə çəkdin, bu nə səsdi?
Qərib düşən bu ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta bəsdi.
***
Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta bəsdi.
***
Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı sənin nəfəsin.
Sərvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta bəsdi.
***
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük, dərd gətirmə dərdimə,
Oxuduqca, sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm, ta bəsdi.
***
Ədalətəm, vətənimə bağlıyam,
Arazıma, Kürümə, Xəzərimə bağlıyam,
Cəbrayılın Qaramanlı Ocağına bağlıyam,
Yandı ürək, hey sızladı, ta bəsdi.
H A R A Y !
(Vətənimizin ərazi bütövlülüyü uğrunda döyüşlər zamanı əsir düşmüş əsgər-zabitlərimizə, baba-nənələrimizə, ata-analarımıza, bacı-qardaşlarımıza, körpələrimizə ittihaf edirəm)
Ədalətdən gəlir, haray,
Əsir düşən igidlərim.
Dözmür artıq, ərənlərim,
Qız-gəlinim, körpələrim.
***
İtgin düşən atam, haray,
Əsir düşən anam, haray,
İtgin düşən baçı, qardaş,
Qucağında körpəm haray.
***
Əsir düşən nənəm, haray,
İtgin düşən nəvəm, haray,
Qalmayıbdı bircə saray,
Tar-mar olub, Obam, haray!
***
Göz yaşları tökən bacım,
Yaddan çıxmır ötən acım.
Qarabağdır başda tacım,
Əsir düşüb, aman haray!
***
Əsirlərim gözü yolda,
Qollar bağlı sağda, solda,
Baş əyməyir o haqq yolda,
Kömək olun Tanrım, haray.
***
Zülümkarın zülmündəyik,
Demirik ki, pis gündəyik.
Biz də doğma Vətəndəyik,
Kömək olun, bizə haray...
***
Səsin məni qoymur yatam,
Səsinizə mən səs qatam.
Azad olam, mən də yatam,
Yolum bağlı, ellər haray!
***
Bulud olub, şimşək çaxam,
Dəniz olam, coşam qalxam,
Dərya olub, yurda axam,
Yanır dağım, daşım, haray.
***
Yurdumuzda gəzir yağı,
Tapdayıb o əzir bağı,
Qalıb əsir, yesir dağı,
Gözü yaşlı dağım haray.
***
Aman haray, yurdum haray,
Bü sızlayan qəlbim haray,
Ürəyimdə dağım haray,
Bağlı qapım, evim haray.
***
Dəmir qapı arxasında,
Cırıq-salxaq çuxasında,
Gözü bağlı, sinə dağlı,
Yol gözləyən əsir haray!
***
Ədalətəm, bir bayrağam,
Xalq yanında üzü ağam.
Yatmamışam, mən oyağam.
Dalğalanam, əsəm haray!
Pis nəfəsi kəsəm haray!
ƏDALƏT İZZƏTOĞLU,
Hüquqşünas-şair
Baxış sayı: 2 341
Bölməyə aid digər xəbərlər
Tarix: 09-07-2018 14:04 | Bölmə: Ədəbiyyat
İ S T Ə R Ə MBulud tək qaralıb yaman dolmuşam,
Dağlarıma köçüb baxmaq istərəm.
Yurdumdan ayrı düşüb solmuşam,
Dərdimi anlayan təbib istərəm.
***
Qarabağ yolunda yağışa dönüb,
Yağıb yurdumuzu yumaq istərəm.
Daşlardan süzülən bir bulaq olub,
Dağların qoynundan axmaq istərəm.
***
Gəzsəm də dünyada uca dağları,
Ərikli, gilaslı, üzüm bağları,
Mənə dərd olub Cəbrayılın dağları,
Ziyarət dağına qalxmaq istərəm.
***
Qozlu bulağından axıb buz kimi,
Dağların döşündən axan çay kimi,
Qıvrılıb, burulub bir ilan kimi,
Çaxmaqlı dərədən axmaq istərəm.
***
Əlimdə qələmim, kitab, dəftərim,
Eh, ötən illərə dönmək istərəm.
Dönübdü neştərə indi qələmim,
Düşmənin gözünü oymaq istərəm.
***
Duymadı Ədalət yurdun ətrini,
Düşübdü çöllərə, qurmur çətrini.
Bağışla şairin yanan qəlbini,
Dərdini qəlbimdə bölmək istərəm.
Sözümlə xətrini almaq istərəm.
QARDAŞDIR TƏBRIZ
Hələ ki, yol gedirik, yol üstəyik biz,
Əyilib, qalxırıq, diz üstəyik biz.
Ürəyim dözməyir bu ayrılığa,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Verib kürək-kürəyə yaşayırıq biz,
Millətim böyükdür, uludur Təbriz.
Xudafərin, Şuşa tarixiyik biz,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Dünya uludursa, dünyam böyükdür,
Dövlətim, millətim, dilim böyükdür.
Vətənin yolunda haqqım böyükdür,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Açıldı sabaha işıqlı yollar,
Zəncirini qırıb qandallı qollar,
Bağlamaz yolumu tikanlı kollar,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
***
Şeiri yazıram ürəkdə bir dağ,
Alınsın yurdlarım, həm də Qarabağ.
Ədalətin ürəyində bu yaraya bax,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
SÖZ SARAYIM VAR
Yoxdur hay verənim, tək harayım var,
Dünyaya sığmayan bir xəyalım var,
Dünyamda qurulan ev sarayım var,
Qxuyun ay dostlar, söz sarayım var.
***
Dağılıb dünyada yurd saraylarım,
Qəlbimi dağıdır bu haraylarım,
Çalınıb, oxunsun söz gəraylarım,
Qxuyun ay dostlar, söz sarayım var.
***
Vətəndən intizar köçdu cavanlar,
Ağladı, sızladı cəmi insanlar,
Yurdum da işğaldır, tökülür qanlar,
Qxuyun ay dostlar, söz sarayım var.
***
Ədalətin sözləri dünyamızda var.
Əkmisən ağaclar, budaqları bar.
Biz də dünyamızda olaq bəxtiyar,
Qxuyun ay dostlar, söz sarayım var.
Ə S İ R L Ə R Ə
(Vətənimizin ərazi bütövlüyu uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə ittihaf edirəm)
Qollarım qoynumda qalıbdı bağlı,
Bu ürək yaralıdır, sinəm də dağlı.
Əsirlər zülmətdə, yolları bağlı,
Səsinə səs verək biz əsirlərin.
***
Yağı düşmən torpağıma göz dikdi,
Vətənimə Araz çayla səd çəkdi.
Bu millətə ayrılıqla dağ çəkdi.
Səsinə səs verək biz əsirlərin.
***
Günlər keçir, illər gedir ömürdən,
Əsirlərim qolu bağlı dəmirdən,
Qulağıma səs də gəlmir həbsdən,
Səsinə səs verək biz əsirlərin.
***
Qara yaylıq bağladılar analar,
Başsız qalıb görün neçə balalr.
Dağılıbdı Qarababağda qalalar.
Səsinə səs verək biz əsirlərin.
***
Mənim ürəyimdə asılıbdı daş,
Çəkməyir ürəyim, ağırdır bu daş
Əsirlikdə qalanlar axıtmasın yaş,
Səsinə səs verək biz əsirlərin.
***
Dözə bilmirəm bu ocağa, bu oda,
Kül olmuşam, sovruluram havada.
Ordumuz da qalib gəlsin davada,
Səsinə səs verək biz əsirlərin.
***
Göz yaşını axıtmadım de harda?
Solub gözüm, ağarıbdı qara da.
Ədalətin gözü qalıb yollarda,
Səsinə səs verək biz əsirlərin.
NƏYİMƏ GƏRƏK
Gəzirəm, küçələr mənə qaranlıq,
Xəyallar dolaşır, yurdu bir anlıq,
Gözlərim qapanır, çökür qaranlıq,
Bu dünya nəyimə, nəyimə gərək.
***
Yollara baxıram, yollar daralır,
Havaya baxıram, hava qaralır,
O yurdum üzülür, vallah saralır,
Bu dünya nəyimə, nəyimə gərək.
***
Demirəm bu dünya nəyimə gərək,
İncidib, küsdürdün məni ay fələk,
Köksümdə çatlayır döyünən ürək,
Bu dünya nəyimə, nəyimə gərək.
***
Ədalət küsməyə haqqın da çatır,
Düşmənin dayanmır, o atın çapır,
Dayanıb baxırsan, ey zalım fələk
Bu dünya nəyimə, nəyimə gərək.
D O Y M U R A M
Asta sür maşını, ağrıyır başım,
Bu yollar uzunar o yurda tərəf...
Göz dikib dağlara baxım, dolaşım,
Həsrətim azalsın o yurda tərəf...
***
Səmaya qalxıb bir qartal kimi,
Uçaydım o dağa, o yurda tərəf.
Yuxumda hər zaman gördüyüm kimi,
Sabahım açıla o yurda tərəf...
***
Vətənim bölünüb Arazla yarı,
Düşmənlər sinəmə çəkibdi dağı.
Təbrizim Bakıdan düşübdü ayrı,
Həsrətdən solubdu, vətənin bağı.
***
Dahi Şəhriyarın sinəsi dağlı,
Köçdü dünyamızdan yolları bağlı.
Əlləri Bakıya qaldı uzalı,
O dərdi içində getdi dünyadan.
***
Ədalət Xudafərin, Ziyarət dağlı,
İntizarda qalıb can Qarabağlı,
Saxla maşınını sürüçü qardaş,
Baxdıqca doymuram, o yurda tərəf...
Düşüb mən gedirəm o yurda tərəf.
ƏDALƏTİN SÖZÜ VAR
Bir romandı şeirim,
Bir nağıldı şeirim.
Ürəklərdə bitəcək,
Açılmamış çiçəkdi.
***
Dünyamıza gərəkdi,
Çiçəklərin ətiri.
Xalqımıza örnəkdi,
Şeirimin hər sətiri.
***
Ruhuma bir can verir,
Şeir, sənət ocağı.
Sözümə qüvvət verir,
Vətənimin qucağı.
***
Yazdığım bir nəsihət,
Söz yazıram ürəkdən,
Arzulardan, örnəkdən,
Tanrı verən çörəkdən.
***
Ədalətin sözü var,
Xalqı görən gözü var.
Şeir, sənət yolunda,
Dünya boyda özü var.
OXU, BÜLÜBÜL
Bülbül, yaman nalə çəkdin, bu nə səsdi?
Qərib düşən bu ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta bəsdi.
***
Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta bəsdi.
***
Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı sənin nəfəsin.
Sərvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta bəsdi.
***
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük, dərd gətirmə dərdimə,
Oxuduqca, sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm, ta bəsdi.
***
Ədalətəm, vətənimə bağlıyam,
Arazıma, Kürümə, Xəzərimə bağlıyam,
Cəbrayılın Qaramanlı Ocağına bağlıyam,
Yandı ürək, hey sızladı, ta bəsdi.
H A R A Y !
(Vətənimizin ərazi bütövlülüyü uğrunda döyüşlər zamanı əsir düşmüş əsgər-zabitlərimizə, baba-nənələrimizə, ata-analarımıza, bacı-qardaşlarımıza, körpələrimizə ittihaf edirəm)
Ədalətdən gəlir, haray,
Əsir düşən igidlərim.
Dözmür artıq, ərənlərim,
Qız-gəlinim, körpələrim.
***
İtgin düşən atam, haray,
Əsir düşən anam, haray,
İtgin düşən baçı, qardaş,
Qucağında körpəm haray.
***
Əsir düşən nənəm, haray,
İtgin düşən nəvəm, haray,
Qalmayıbdı bircə saray,
Tar-mar olub, Obam, haray!
***
Göz yaşları tökən bacım,
Yaddan çıxmır ötən acım.
Qarabağdır başda tacım,
Əsir düşüb, aman haray!
***
Əsirlərim gözü yolda,
Qollar bağlı sağda, solda,
Baş əyməyir o haqq yolda,
Kömək olun Tanrım, haray.
***
Zülümkarın zülmündəyik,
Demirik ki, pis gündəyik.
Biz də doğma Vətəndəyik,
Kömək olun, bizə haray...
***
Səsin məni qoymur yatam,
Səsinizə mən səs qatam.
Azad olam, mən də yatam,
Yolum bağlı, ellər haray!
***
Bulud olub, şimşək çaxam,
Dəniz olam, coşam qalxam,
Dərya olub, yurda axam,
Yanır dağım, daşım, haray.
***
Yurdumuzda gəzir yağı,
Tapdayıb o əzir bağı,
Qalıb əsir, yesir dağı,
Gözü yaşlı dağım haray.
***
Aman haray, yurdum haray,
Bü sızlayan qəlbim haray,
Ürəyimdə dağım haray,
Bağlı qapım, evim haray.
***
Dəmir qapı arxasında,
Cırıq-salxaq çuxasında,
Gözü bağlı, sinə dağlı,
Yol gözləyən əsir haray!
***
Ədalətəm, bir bayrağam,
Xalq yanında üzü ağam.
Yatmamışam, mən oyağam.
Dalğalanam, əsəm haray!
Pis nəfəsi kəsəm haray!
ƏDALƏT İZZƏTOĞLU,
Hüquqşünas-şair
Baxış sayı: 2 341
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













