19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
ALLAHIN EŞİTDİYİ ANA DUASI-AKADEMİK RƏFAEL HÜSEYNOV YAZIR
Tarix: 21-08-2020 01:14 | Bölmə: Ədəbiyyat

Onu yaxından tanıyanlar da, uzaqdan bələd olanlar da, hətta birbaşa, canlı yox, televiziya ekranından müşahidə edənlər də hamısı təsdiqləyirdilər ki, bilikli adamdır, yaxşı alimdir, insanlığına da söz ola bilməz.Yaxından tanıyanların dilində Bəkir Nəbiyev haqqında bu fikirlərin səslənməsində təəccüblü heç nə yoxdur. Çünki ortada 60 ildən artıq davam edən yaradıcılıq yolu boyunca yazdığı dəyərli əsərlər, kürsülərə qalxanda istənilən mövzuda gözəl Azərbaycan dilində səlis, rəvan, cazibəli nitqi vardı ki, alimliyi barədə aydın şəhadət verirdi.Onunla birgə işləyənlər, yol yoldaşı, qonşu olanlar səmimiyyətini, mehribanlığını, tikansız insan olduğunu etiraf edirdilər.Və bu keyfiyyətlər Bəkir müəllimdə o qədər qabarıq idi ki, lap üz-üzə ünsiyyətdə olmayanlar da televiziya ekranından onu seyr edərkən, radioda sifətini görməyib səsini eşidərkən belə, həm mükəmməl savadını, haqqında bəhs etdiyi mövzulara incəliyinə qədər bələdliyini, həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki hərarəti, təbiətindəki gizlədilməsi mümkünsüz qabarıq rəhmdillik ovqatını hiss edirdilər.Bəkir müəllim hamınınkı hesab edlə bilən az adamlardan, nadir alimlərdən, öz varlığında yaxşı adam və yaxşı alim anlayışlarını üzvü şəkildə qovuşdurmağa nail olmuş təklərdən idi.Bəkir Nəbiyev özü söyləyirdi və xatirlərində də yazıb ki, ondan əvvəl də ailələrində Bəkir olubmuş.Lakin bu uşaq körpə ikən vəfat etmişdi və qəlbi yanıqlı ana növbəti oğlu dünyaya gələndə həyat yoldaşının vasitəsilə qayınatasından xahiş edir ki, bu övladının da adını Bəkir qoymağa icazə versin.Beləcə, 1300 il əvvəl Məhəmməd Peyğəmbərə xüsusi səmimiyyəti və bağlılığına görə “sədaqətli” ləqəbi almış Əbu Bəkir Siddiqin şərəfinə Ağdaşdakı sadə bir azərbaycanlı ailəsinə gəlib çatmış bu ad həmin ocaqda səslənməkdə davam etmişdi.Bəkir müəllim anasını xatırlayarkən bunu da həmişə dalğınlaşaraq yada salırdı ki, Seyid Zəhra xanım hər namaz qılanda dua edərmiş: “İlahi Bəkir balama iki ömür ver. Uzun, xoşbəxt yaşasın! Həm öz ömrünü, həm də körpəykən itirdiyimiz qardaşının ömrünü!”.Və ananın məhəbbət dolu ürəyinin dibindən qopub gələn bu israrlı arzu Allahın dərgahına çatıbmış.Bəkir Nəbiyev həqiqətən iki ömür yaşadı.Yaşadığı illərin çoxluğuna görə demirəm.82 il az deyilsə də, bunu iki ömür qədər uzun müddət də saymaq düz olmazdı. Mən iki ömür deyəndə Bəkir müəllimin yaşadığı həyatın mündəricəsini, mahiyyətini, siqlətini nəzərdə tuturam.Bu ilk növbədə işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrü idi.O, rəvan, əziyyətsiz həyat sürməmişdi.Atası yaxşı təhsil almış, savadlı adam olsa da, çətin güzəran onu fəhləçilik etməyə, anasını isə külfətin maddi vəziyyətinə az-çox yüngülləşdirməkdən ötrü qohum-qonşu üçün yorğan sırımaq, bəhməz qaynatmaq, nişasta hazırlamaq kimi ağır işləri görməyə yönəltmişdi.Bəkir 12 yaşından işləməyə başlamışdı.Pinəçi yanında şəyird də olmuşdu, barama fabrikində fəhlə də işləmişdi, diktorluq da eləmişdi, müəllimlik də.Sovet repressiyaları zamanında, 1937-ci ildə atası və əmisi həbs olunaraq Sibirə sürgün edilmişdi və “xalq düşməni”nin oğlu damğası ilə yaşamağa məcbur qalan gəncin aldığı ilk ağır zərbələrdıən biri bu olmuşdu ki, orta məktəbi bitirərkən ona “qızıl medal” verməməkçün sonralar akademikinə çevriləcəyi ədəbiyyat fənnindən “əla” qiymətini “dörd”ə endirmişdilər.Ali məktəbə daxil olmuşdu. Ən nümunəvi tələbə kimi müəllimlərin hörmətini, sevgisini qazanmışdı.Onu “Stalin təqaüdü”nə təqdim etmişdilər.Lakin növbəti zərbə gəlmişdi – “xalq düşməni”nin oğluna bu şərəfi göstərməkdən imtina edilmişdi.Neçə illər elə həmin siyasi səbəbə görə Bəkirin aspiranturaya qəbuluna da əngəllər törədilmişdi.Lakin ruhdan düşməyərək, sınmayaraq addım-addım irəliləmiş, məqsədlərinə çatmaq üçün çalışmaqdan heç vaxt usanmamışdı.Ən mühümü isə həyatı boyu rastlaşdığı xoşagəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməmişdi.O mülayimlik, o səbrlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Bəkir müəllimdə vardı, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə bunun tam əksi idi axı!Pərvərdigarın ana duasını eşidərək Bəkir Nəbiyevə bağışladığı iki insan ömründən biri onun sürdüyü böyük alim həyatı idisə, Tanrı töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşaması sayılmalıdır.İki paralel və bir-birinə dayaq olan ömür.Demək, Bəkir müəllimə əslində elə anasının niyyət etdiyi kimi iki həyat nəsib olmuş və o, 82 illik deyil, 164 illik uzun ömür sürmüşdü.Fəqət bir tərcümeyi-hal içərisindəki o iki ömrə artıq bitib də demək olmaz.Çünki üçüncü ömür başlanıb.Unudulmaz Bəkir müəllimin şəhid ədəbiyyatşünasımız və müstəsna millət aydını Firidun bəy Köçərliyə həsr edilmiş ilk böyük əsəri də daxil olmaqla 50 kitabı onun davam edən varlığıdır.Bu gün Ağdaşda insanların hər gün keçdiyi “Akademik Bəkir Nəbiyev” küçəsi, hər səhər sinif otaqları şagirdlərlə dolan Bəkir Nəbiyev adına məktəb, bütün Azərbaycan boyu doğmaların, dostların, yetirmələrin qəlbindəki saysız-hesabsız məhrəm Bəkir Nəbiyev xatirələri bu əziz insanın və qiymətli alimin bitməyən yolu deməkdir.Sınaqlarla dolu və şərəfli həyat yolu keçən akademik Bəkir Nəbiyevin son ucu mütləq ölümlü dünyadakı qazancı bu qədər oldu.İftixar etməyə, ibrət götürməyə layiq deyilmi?!

Baxış sayı: 1 957
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR