19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
Dağlar diyarının ilk Əməkdar jurnalisti
Tarix: 22-07-2020 04:19 | Bölmə: Ədəbiyyat
Niyə məhz mayın 5-i?!. Sovet dönəmində həmin günü Mətbuat bayramı kimi qeyd edərdik. Həmzə müəllim məhz həmin gün işıqlı dünyaya vida dedi. Gözləmədiyim, inanmaq istəmədiyim bu xəbər iliyimə qədər üşütdü məni.
Bizi yaxşı-yaxşı yandırsın deyə,
Ölüm də ən yaxşı dostları seçir.
Şəkər Aslanın bu misraları ürəyimi üşütsə də, heç nə yaza bilmədim. Qismət Milli Mətbuat gününə imiş. Özü də 145 illik yubiley gününə. Yəqin ki, yenə məni ilk təbrik edənlərdən olacaqdı. Yarıciddi-yarızarafat hər il deyərdi ki, əsl bayram sənindir. Çünki peşənə sədaqətli qalaraq iş üstündəsən, biz isə aralanmışıq.
Əslində ömrünün son aylarına qədər yazdı, yaratdı. Son 20 ildə düz 15 kitab nəşr etdirdi. “İllərdən qalan izlər”, “İllərin söz yadigarı”, “Dağdan ağır kişilər”, “Lerik ünvanlı duyğular”, “Əsgər şöhrəti”, “Şərəflə yaşanmış ömür”… doğma yurda sədaqət, ziyalı, zəhmətkeş insanlara məhəbbət bütün kitablarının ana xəttini təşkil edir.
***
1995-2002-ci illərdə mənə “bacı” deyən Novruz Novruzovun icra başçısı olduğu dövrdə Lerikə tez-tez gedərdik. Bacılarım qədər mənə əziz olan alim Şaiqə İsgəndərova, jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavadla Lerikin əksər tədbirlərinə dəvət olunub iştirak edərdik. Uzun fasilədən sonra isə 2015-ci ildə getmişdim. Sıravi işçidən Ticarət naziri vəzifəsinədək yüksələn Miri Qənbərovun yubileyinə məni həyat yoldaşı Tamilla Qənbərova dəvət etmişdi. Bakıdan, Lənkərandan və digər yerlərdən xeyli qonaq var idi. Bizi rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qarşıladı. Ağsaqqallar Şurasının sədri olaraq Həmzə müəllim tədbirin təşkilatçılarından idi. Qızı - İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova ilə orda tanış oldum. Tədbirdən sonra “Relaks” İstirahət
Mərkəzindəki ziyafət məclisinə yığışdıq. Dağların qoynunda unudulmaz bir gün yaşadıq. Həmin günün təəssüratları - “Dağlar, sizə baş əyməyə gəlmişəm” başlıqlı yazım “Söz”də əbədiləşdi. Qısa, yığcam, lakin tam əhatəli yazı xoşuna gəlmişdi. Təcrübəli redaktorun xoş sözləri mənim üçün meyar idi.
Sonrakı yayda da Lerikə getdim. Qardaşım Hacı Nizami ilə gedəc\əyimi bir gün əvvəldən bilirdi. Gedişimin məqsədi şair-publisist Allahverdi Məmmədlinin adına verilmiş küçənin taleyilə bağlı idi. Arzu xanımla görüşdüm. Küçənin adıyla bağlı sərəncamı tapdı. Rayonun memarını Arxitektoru çağırdı. Həmin hissədə təmir işləri getdiyindən küçəni göstərə bilmədilər. Küçənin və “Allahverdi Məmmədli küçəsi” yazılmış lövhənin şəkillərini çəkdirib mənə göndərmələrini xahiş etdim. Haqqında yazdığım kitab üçün istəyirdim. Təəssüf ki, bu günə kimi əlaqədar təşkilatlardan xəbər yoxdur.
Həmzə müəllimi görmək üçün Ağsaqqallar Şurasına getdik. Mənim üçün dağların ətəyindən üstündə gülləri olan xeyli kəklikotu yığdırmışdı.
Deyəsən, sonuncu görüşümüz oldu. Telefonla tez-tez danışdığımızdan, mənə son dərəcə diqqət göstərdiyindən elə bilirdim, tez-tez görüşürük.
***
İlin əvvəllərində özümü yaxşı hiss eləmirdim. O mənada ki, şəkərim, təzyiqim normadan hədsiz çox olurdu. Hamı xəstəxana şəraitində müalicə almağımı məsləhət görürdü. Həmin ərəfədə Həmzə müəllim zəng vurdu. Səsimdən ağrıdığımı hiss etdi. O da xəstəxana şəraitində müalicə almağımı tövsiyə etdi. 5-10 dəqiqə sonra yenə zəng vurdu. Və bildirdi ki, məndən ötrü lerikli həkim Qəhrəman Novruzova zəng vurub xəstəxanaya yerləşdirilməyimə kömək etməsini xahiş edib. Doğrudur, xəstəxanada cəmi bir sutka yatdım. Amma Həmzə müəllimin və həkim Qəhrəman Novruzovun qayğısını heç vaxt unutmaram.
Bu ilin axır çərşənbəsi idi. Təbrik üçün zəng vurmuşdu. Səsimin hüznlü olduğunu o dəqiqə hiss etdi. Nə qədər soruşdu, “heç nə olmayıb” dedim. Çox nigaran qaldı. Dedi: “heç nəyə oxşamır”.
Haqlıydı, sevimli anamı itirmişdim. Dünyam alt-üst olmuşdu. Amma Həmzə müəllimi narahat etmək istəmədim. İndi də bilmirəm, düz elədim, ya səhv?.. Düşündüm, Lerikdən durub o boyda yolu Lənkərana gələcək. 40-a deyəcəyimi qərarlaşdırdım… Daha bilmədim ki, dünyanı caynağına alan pandemiyanın sərt rejimi hamımızın əl-qolunu bağlayacaq.
Qardaşım Yusif 2011-ci ildə Bakıda xəstəxanada yatdığı günlərdə hər gün zəng vurub vəziyyətilə maraqlanırdı. Lakin Yusifin dərdinə əlac tapılmadı. 22 gündən sonra Lənkərana qayıtdıq. Dəfn günü Həmzə müəllim birinci gələnlərdən idi.
2000-ci ilin əvvəllərində Lənkəran Dövlət Dram Teatrında Şəkər Aslanın yubileyi keçirilirdi. Aparıcı olaraq səhnədə idim. Lənkəranın ziyalı ağsaqqallarından olan Hacı Mirhaşım Talışlı, Hacı Mirsalam Babayev və İltifat Saleh də mənim yanımda idilər. Həmzə müəllimin yubileyə gəldiyindən xəbərsizdim. Yəqin ki, o zaman Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Yaşar Rzayev dəvət etmişdi. Amfiteatrda Yaşar müəllimlə yanaşı oturmuşdu. Əlini qaldırıb söz istədi. Səhnəyə dəvət etdik. Çox kövrək danışdı. Lənkəranı şeirlərilə dünyaya tanıdan Şəkər Aslan üçün daha böyük yubileylər keçirilməsini arzuladı. Və qeyd etdi ki, Sevda xanım Şəkər Aslanın “qız qardaşı” idi. Mənim isə bacımdır.
***
Həmzə Vəliməmmədov ata-anasının tək övladı idi. Atası Ruhulla kişini xatırlaya bilmirdi. Repressiya onların ailəsindən də yan keçməmişdi. Böyükxanım ana balaca Həmzəni götürüb Təlbəyəğ kəndindən çıxıb Lerikin başqa kəndlərinə üz tutub. Amma deyirlər, Həmzə müəllim uşaq yaddaşında yaşatdığı o kəndin gur çeşməli bulaqlarını, qədim kəhrizlərini, meyvəli bağlarını heç vaxt unutmazmış. Həmzə Vəliməmmədov yeddiillik təhsilini Kəlvəz, Cəngəmiran kəndlərində və orta təhsilini Lerik qəsəbəsində alır. Sonra Lənkəran Pedaqoji Məktəbində oxuyur. Lerikin Blaband və Barzavu kəndlərində müəllim və məktəb direktoru işləyir. İşləyə-işləyə təhsilini Gəncə Pedaqoji İnstitutunda davam etdirir. Bir qədər sonra “Bolluq uğrunda” rayon qəzetində şöbə müdiri kimi fəaliyyətə başlayır. Həmin dövrdə Bakı Ali Partiya Məktəbinin jurnalistika fakültəsində təhsil alır. Rayon Partiya Komitəsində təlimatçı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri olur. Son illər rayon Ağsaqqallar
Şurasının sədri idi. Bir redaktor olaraq dağ rayonunun qayğı və problemləri, eləcə də uğurları onun qələmindən çıxırdı. O illərdə aldığı “Əməkdar jurnalist” fəxri adı onun halal haqqı idi.
“Söz” ün hər sayını izlərdi. Üzləşdiyim çətinliklərdən xəbərdardı. Daimi əməkdaşlarımızdandı. Çalışardı elə mövzularda yazsın, satışına da köməyi dəysin.
Kitablarıma da yüksək dəyər verərdi. İlk kitabımın qəhrəmanı, ağır illərin, meydan hadisələri dövrünün naziri, general-mayor Aydın Məmmədov uzun illər Lerik rayon Partiya Komitəsinin I katibi işləmiş Sultan Məmmədovun qardaşı olaraq ona da doğma idi. “İlk poliqrafçı alim” Şəddat Cəfərovu Azərbaycandan tanısa da, “Ulyanovskaya
Pravda” nəşriyyatının direktoru olanda daha da yaxınlaşmışdılar. Oğlu Rüfət həmin dövrdə Ulyanovskda ali təhsil alırdı. Şəddat Cəfərovun həmin illərdə oğluna xeyirxah münasibətini Həmzə müəllim uutmurdu. Minnətdarlıq dolu məktubları Fatma Həsənqızının “Acılı-şirinli günlər” kitabında dərc olunub. “Haçandı görüşmürük” kitabımın qəhrəmanı, şair-publisist Allahverdi Məmmədli də sevdiyi insanlardan idi.
***
Həmzə Vəliməmmədov ailədə tək böyüsə də, Tanrı övlad sarıdan onu bol-bol sevindirmişdi. Sözün həqiqi mənasında qəhrəman ana olan Səlminaz xanımla 5 qız, 5 oğlan ərsəyə gətirmişdi. Təəssüf ki, Səlminaz xanım övladlarının sevincini doyunca görmədi. 54 yaşında bu dünyayla vidalaşdı. Dövlət məmuru, dövlət xidmətində duran hərbçi, iqtisadiyyat, təhsil və musiqi ilə məşğul olan övladları ailənin yaxşı ənənələrini nəvələrə ötürürlər.
***
82 il - Həmzə Vəliməmmədovun yaşadığı ömür bu qədər oldu. Uzunömürlülər diyarı üçün bu rəqəm çox olmasa da, normal insan ömrü üçün pis rəqəm deyil. Həmzə müəllimin təhsil illərini nəzərə almasaq, bütün ömrünü dağlar qoynunda yaşadı. Dağlar diyarının sakinlərinin maariflənməsinə, mədəni, bir sözlə, hərtərəfli inkişafına ömür qoydu.
Deyirlər, dağlar etibarı, sədaqəti çox sevir. Dağların daş yaddaşı etibarlı olur. Elə bilirəm, dağlar yurdun qələm adamını heç vaxt unutmayacaq. Əlaqədar təşkilatlar isə HƏMZƏ VƏLİƏMMƏDOVun adının əbədiləşdirilməsi üçün tədbir görəcəklər.
Sevda Əlibəyli

Baxış sayı: 1 464
Bölməyə aid digər xəbərlər
Tarix: 22-07-2020 04:19 | Bölmə: Ədəbiyyat
Niyə məhz mayın 5-i?!. Sovet dönəmində həmin günü Mətbuat bayramı kimi qeyd edərdik. Həmzə müəllim məhz həmin gün işıqlı dünyaya vida dedi. Gözləmədiyim, inanmaq istəmədiyim bu xəbər iliyimə qədər üşütdü məni. Bizi yaxşı-yaxşı yandırsın deyə,
Ölüm də ən yaxşı dostları seçir.
Şəkər Aslanın bu misraları ürəyimi üşütsə də, heç nə yaza bilmədim. Qismət Milli Mətbuat gününə imiş. Özü də 145 illik yubiley gününə. Yəqin ki, yenə məni ilk təbrik edənlərdən olacaqdı. Yarıciddi-yarızarafat hər il deyərdi ki, əsl bayram sənindir. Çünki peşənə sədaqətli qalaraq iş üstündəsən, biz isə aralanmışıq.
Əslində ömrünün son aylarına qədər yazdı, yaratdı. Son 20 ildə düz 15 kitab nəşr etdirdi. “İllərdən qalan izlər”, “İllərin söz yadigarı”, “Dağdan ağır kişilər”, “Lerik ünvanlı duyğular”, “Əsgər şöhrəti”, “Şərəflə yaşanmış ömür”… doğma yurda sədaqət, ziyalı, zəhmətkeş insanlara məhəbbət bütün kitablarının ana xəttini təşkil edir.
***
1995-2002-ci illərdə mənə “bacı” deyən Novruz Novruzovun icra başçısı olduğu dövrdə Lerikə tez-tez gedərdik. Bacılarım qədər mənə əziz olan alim Şaiqə İsgəndərova, jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavadla Lerikin əksər tədbirlərinə dəvət olunub iştirak edərdik. Uzun fasilədən sonra isə 2015-ci ildə getmişdim. Sıravi işçidən Ticarət naziri vəzifəsinədək yüksələn Miri Qənbərovun yubileyinə məni həyat yoldaşı Tamilla Qənbərova dəvət etmişdi. Bakıdan, Lənkərandan və digər yerlərdən xeyli qonaq var idi. Bizi rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qarşıladı. Ağsaqqallar Şurasının sədri olaraq Həmzə müəllim tədbirin təşkilatçılarından idi. Qızı - İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova ilə orda tanış oldum. Tədbirdən sonra “Relaks” İstirahət
Mərkəzindəki ziyafət məclisinə yığışdıq. Dağların qoynunda unudulmaz bir gün yaşadıq. Həmin günün təəssüratları - “Dağlar, sizə baş əyməyə gəlmişəm” başlıqlı yazım “Söz”də əbədiləşdi. Qısa, yığcam, lakin tam əhatəli yazı xoşuna gəlmişdi. Təcrübəli redaktorun xoş sözləri mənim üçün meyar idi.Sonrakı yayda da Lerikə getdim. Qardaşım Hacı Nizami ilə gedəc\əyimi bir gün əvvəldən bilirdi. Gedişimin məqsədi şair-publisist Allahverdi Məmmədlinin adına verilmiş küçənin taleyilə bağlı idi. Arzu xanımla görüşdüm. Küçənin adıyla bağlı sərəncamı tapdı. Rayonun memarını Arxitektoru çağırdı. Həmin hissədə təmir işləri getdiyindən küçəni göstərə bilmədilər. Küçənin və “Allahverdi Məmmədli küçəsi” yazılmış lövhənin şəkillərini çəkdirib mənə göndərmələrini xahiş etdim. Haqqında yazdığım kitab üçün istəyirdim. Təəssüf ki, bu günə kimi əlaqədar təşkilatlardan xəbər yoxdur.
Həmzə müəllimi görmək üçün Ağsaqqallar Şurasına getdik. Mənim üçün dağların ətəyindən üstündə gülləri olan xeyli kəklikotu yığdırmışdı.
Deyəsən, sonuncu görüşümüz oldu. Telefonla tez-tez danışdığımızdan, mənə son dərəcə diqqət göstərdiyindən elə bilirdim, tez-tez görüşürük.***
İlin əvvəllərində özümü yaxşı hiss eləmirdim. O mənada ki, şəkərim, təzyiqim normadan hədsiz çox olurdu. Hamı xəstəxana şəraitində müalicə almağımı məsləhət görürdü. Həmin ərəfədə Həmzə müəllim zəng vurdu. Səsimdən ağrıdığımı hiss etdi. O da xəstəxana şəraitində müalicə almağımı tövsiyə etdi. 5-10 dəqiqə sonra yenə zəng vurdu. Və bildirdi ki, məndən ötrü lerikli həkim Qəhrəman Novruzova zəng vurub xəstəxanaya yerləşdirilməyimə kömək etməsini xahiş edib. Doğrudur, xəstəxanada cəmi bir sutka yatdım. Amma Həmzə müəllimin və həkim Qəhrəman Novruzovun qayğısını heç vaxt unutmaram.
Bu ilin axır çərşənbəsi idi. Təbrik üçün zəng vurmuşdu. Səsimin hüznlü olduğunu o dəqiqə hiss etdi. Nə qədər soruşdu, “heç nə olmayıb” dedim. Çox nigaran qaldı. Dedi: “heç nəyə oxşamır”.Haqlıydı, sevimli anamı itirmişdim. Dünyam alt-üst olmuşdu. Amma Həmzə müəllimi narahat etmək istəmədim. İndi də bilmirəm, düz elədim, ya səhv?.. Düşündüm, Lerikdən durub o boyda yolu Lənkərana gələcək. 40-a deyəcəyimi qərarlaşdırdım… Daha bilmədim ki, dünyanı caynağına alan pandemiyanın sərt rejimi hamımızın əl-qolunu bağlayacaq.
Qardaşım Yusif 2011-ci ildə Bakıda xəstəxanada yatdığı günlərdə hər gün zəng vurub vəziyyətilə maraqlanırdı. Lakin Yusifin dərdinə əlac tapılmadı. 22 gündən sonra Lənkərana qayıtdıq. Dəfn günü Həmzə müəllim birinci gələnlərdən idi.
2000-ci ilin əvvəllərində Lənkəran Dövlət Dram Teatrında Şəkər Aslanın yubileyi keçirilirdi. Aparıcı olaraq səhnədə idim. Lənkəranın ziyalı ağsaqqallarından olan Hacı Mirhaşım Talışlı, Hacı Mirsalam Babayev və İltifat Saleh də mənim yanımda idilər. Həmzə müəllimin yubileyə gəldiyindən xəbərsizdim. Yəqin ki, o zaman Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Yaşar Rzayev dəvət etmişdi. Amfiteatrda Yaşar müəllimlə yanaşı oturmuşdu. Əlini qaldırıb söz istədi. Səhnəyə dəvət etdik. Çox kövrək danışdı. Lənkəranı şeirlərilə dünyaya tanıdan Şəkər Aslan üçün daha böyük yubileylər keçirilməsini arzuladı. Və qeyd etdi ki, Sevda xanım Şəkər Aslanın “qız qardaşı” idi. Mənim isə bacımdır.***
Həmzə Vəliməmmədov ata-anasının tək övladı idi. Atası Ruhulla kişini xatırlaya bilmirdi. Repressiya onların ailəsindən də yan keçməmişdi. Böyükxanım ana balaca Həmzəni götürüb Təlbəyəğ kəndindən çıxıb Lerikin başqa kəndlərinə üz tutub. Amma deyirlər, Həmzə müəllim uşaq yaddaşında yaşatdığı o kəndin gur çeşməli bulaqlarını, qədim kəhrizlərini, meyvəli bağlarını heç vaxt unutmazmış. Həmzə Vəliməmmədov yeddiillik təhsilini Kəlvəz, Cəngəmiran kəndlərində və orta təhsilini Lerik qəsəbəsində alır. Sonra Lənkəran Pedaqoji Məktəbində oxuyur. Lerikin Blaband və Barzavu kəndlərində müəllim və məktəb direktoru işləyir. İşləyə-işləyə təhsilini Gəncə Pedaqoji İnstitutunda davam etdirir. Bir qədər sonra “Bolluq uğrunda” rayon qəzetində şöbə müdiri kimi fəaliyyətə başlayır. Həmin dövrdə Bakı Ali Partiya Məktəbinin jurnalistika fakültəsində təhsil alır. Rayon Partiya Komitəsində təlimatçı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri olur. Son illər rayon Ağsaqqallar
Şurasının sədri idi. Bir redaktor olaraq dağ rayonunun qayğı və problemləri, eləcə də uğurları onun qələmindən çıxırdı. O illərdə aldığı “Əməkdar jurnalist” fəxri adı onun halal haqqı idi. “Söz” ün hər sayını izlərdi. Üzləşdiyim çətinliklərdən xəbərdardı. Daimi əməkdaşlarımızdandı. Çalışardı elə mövzularda yazsın, satışına da köməyi dəysin.
Kitablarıma da yüksək dəyər verərdi. İlk kitabımın qəhrəmanı, ağır illərin, meydan hadisələri dövrünün naziri, general-mayor Aydın Məmmədov uzun illər Lerik rayon Partiya Komitəsinin I katibi işləmiş Sultan Məmmədovun qardaşı olaraq ona da doğma idi. “İlk poliqrafçı alim” Şəddat Cəfərovu Azərbaycandan tanısa da, “Ulyanovskaya
Pravda” nəşriyyatının direktoru olanda daha da yaxınlaşmışdılar. Oğlu Rüfət həmin dövrdə Ulyanovskda ali təhsil alırdı. Şəddat Cəfərovun həmin illərdə oğluna xeyirxah münasibətini Həmzə müəllim uutmurdu. Minnətdarlıq dolu məktubları Fatma Həsənqızının “Acılı-şirinli günlər” kitabında dərc olunub. “Haçandı görüşmürük” kitabımın qəhrəmanı, şair-publisist Allahverdi Məmmədli də sevdiyi insanlardan idi.***
Həmzə Vəliməmmədov ailədə tək böyüsə də, Tanrı övlad sarıdan onu bol-bol sevindirmişdi. Sözün həqiqi mənasında qəhrəman ana olan Səlminaz xanımla 5 qız, 5 oğlan ərsəyə gətirmişdi. Təəssüf ki, Səlminaz xanım övladlarının sevincini doyunca görmədi. 54 yaşında bu dünyayla vidalaşdı. Dövlət məmuru, dövlət xidmətində duran hərbçi, iqtisadiyyat, təhsil və musiqi ilə məşğul olan övladları ailənin yaxşı ənənələrini nəvələrə ötürürlər.***
82 il - Həmzə Vəliməmmədovun yaşadığı ömür bu qədər oldu. Uzunömürlülər diyarı üçün bu rəqəm çox olmasa da, normal insan ömrü üçün pis rəqəm deyil. Həmzə müəllimin təhsil illərini nəzərə almasaq, bütün ömrünü dağlar qoynunda yaşadı. Dağlar diyarının sakinlərinin maariflənməsinə, mədəni, bir sözlə, hərtərəfli inkişafına ömür qoydu.
Deyirlər, dağlar etibarı, sədaqəti çox sevir. Dağların daş yaddaşı etibarlı olur. Elə bilirəm, dağlar yurdun qələm adamını heç vaxt unutmayacaq. Əlaqədar təşkilatlar isə HƏMZƏ VƏLİƏMMƏDOVun adının əbədiləşdirilməsi üçün tədbir görəcəklər.
Sevda Əlibəyli

Baxış sayı: 1 464
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













