Bütün xəbərlər
Leyla Əliyeva şəhidlərə şeir həsr etdi — FOTO
Tarix: 17-07-2020 23:28 | Bölmə: Ədəbiyyat

                  Leyla Əliyeva şəhidlərə şeir həsr etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "İnstagram" hesabında şəhidlərlə bağlı paylaşım edib.
O, iyulun 12-də Ermənistanın təxribatı ilə başlayan döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinə şeir həsr edib. L.Əliyeva həmin şeiri şəhidlərin övladları əks olunmuş fotolarla birlikdə yayımlayıb.





Bomba partlayışı, avtomat

Bomba partlayışı, avtomat səsi
Qan axır çay kimi iyul günləri
Güllələr önündə sipər olublar
Ana torpağımın mərd əsgərləri.

Döyüşə hazırdır hamı əzmlə
Bu günlər əbədi xatirə olar
Bircə kiçik oğlan gözündə yaşla
Atasın gözləyib, kədərlə ağlar.

Günəşi örtərək o inildəyər,
Çox şey unudular, tarixə dönər,
Fəqət ata artıq qayıdan deyil
Körpənin dərdini başqa kim bilər?

Analar ovcunda ürəyin sıxıb,
Oğlum haradadır deyib, ah çəkər!
Axı hələ dünən o bir körpəydi
Artıq o da yoxdur! Ah! Müharibə!

Düşməni susdurmaq çox uzun çəkməz
Vətəni uğrunda əsgər can verər!
Bircə körpə oğlan səbrin dəfn edib
Atanın gəlişin artıq gözləməz.

Şeir: Leyla Əliyeva
Tərcümə :Aydan Xəndan








Baxış sayı: 497


Bölməyə aid digər xəbərlər